"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

İlham Əliyev açdığı yolları dənizin o tayında korrupsionerlər necə bağlayır…

31 Yanvar 2016 - 09:13
in XƏBƏR LENTİ
FacebookVatsap

Bunu da oxuyun

Laos Prezidenti BDU-nun tələbələri ilə görüşüb

Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası olacaq

“Gəncə” FIBA Avropa Kubokundakı ilk ev oyununda uduzub

Regionda cərəyan edən geosiyasi toqquşmalar nəticəsində Azərbaycan üzərindən keçən nəqliyyat dəhlizinin əhəmiyyəti daha da artsa da bu dəhlizlə yükdaşımalar korrupsioner məmurların ucbatından çətinləşib.
Virtualaz.org xəbər verir ki, Azərbaycan öz ərazisindən Orta Asiyaya yükdaşımaları asanlaşdırmaq üçün əlindən gələni etdiyi bir vaxtda Xəzərin o tayında rüşvətxorlar bu səylərə zərbə vurur.
Xəbər verildiyi kimi Rusiya Türkiyə mallarının tranzitinə qadağa qoyub.Buna görə də Türkiyədən Qazaxıstana və Orta Asiya ölkələrinə göndərilən malları Azərbaycandan keçməklə Xəzər dənizi ilə Aktau limanından daşıyırlar. Bundan başqa, Rusiya prezidenti Vladimir Putin Ukrayna ilə azad ticarət zonası barədə müqavilənin ləğvi ilə bağlı fərman imzalayıb. Nəticədə Ukrayna mallarının Rusiyadan tranziti kəsilib, hazırda  Ukraynadan Orta Asiyaya və geriyə gedən malların da Gürcüstan və Azərbaycan ərazisindən keçməklə Aktau limanından daşınması varinatı sınaqdan keçirilir. Amma yük maşınlarının sürücüləri Aktau limanında yüklərin rəsmiləşdirilməsi zamanı yaradılan süni əngəllərdən və həftələrlə ləngimələrdən şikayətlənir.
Xəbər verildiyi kimi Türkiyə mallarının Orta Asiyaya tranzitini asanlaşdırmaq üçün Azərbaycan prezidenti İlham Əliyev ölkə ərazisindən dəmir yolu ilə yükdaşımaların tariflərini, habelə liman və bərə tariflərini kəskin aşağı salmaq barədə göstərişlər verib. Prezident Azərbaycan üzərindən keçən nəqliyyat dəhlizi ilə yükdaşımaları mümkün qədər asanlaşdırmaq üçün kompleks tədbirlərin görülməsini tapşırıb. Lakin belə görünür ki, qazax məmurlarının korrupsiyaya uğraması və rüşvət maraqları bu nəqliyyat dəhlizinin işləməsinə ciddi əngəl yaradır.
“Azadlıq” radiosunun qazax xidmətinin məlumatına görə Aktau limanında gözləyən, Qırğızıstandan olan Murat adlı sürücü deyir ki, onun «TIR Carnet» adlı beynəlxalq yükdaşıma sənədi var. Bu sənədə əsasən, yük 50 min dollardan artıq deyilsə, dərhal rəsmiləşdirilməlidir. Onun yükü cəmi 20 min dollarlıqdır. Ancaq ondan əlavə ödəniş qarşılığında yükünə mühafizəçi götürməyi tələb edirlər.
Aktau gömrük postunda hər 10 yük maşınına bir mühafizə maşını təhkim olunur. Bu xidmətə görə sürücülərdən hər kilometrə görə 2.5 avro alınır. Gömrük postunun rəisi Talgat Kərimovun dediyinə görə, Dövlət Gəlirləri Komitəsinin 7 oktyabr 2015-ci il qərarına əsasən, Qırğızıstana yükdaşımalar gömrük müşayiəti ilə həyata keçirilir. Məqsəd də bəzi malların Qırğızıstana çatmadan yolda Qazaxıstana boşaldılmasının qarşısını almaqdır.
Türkiyədən Qırğızıstana yük daşıyan İlgar adlı sürücü qurunun oduna yaşın yanmasından gileylənir: ««TIR Carnet» müəyyən müddət üçün verilir. Həmin müddətə biz malı mütləq təyinat yerinə çardırmalıyıq. Hansısa yük Qırğızıstana gedib çatmırsa, bundan biz niyə əziyyət çəkməliyik!?».
Bu kimi ritorik sualların müəllifləri indi Qırğızıstana çatana kimi Qazaxıstan ərazisində gömrük müşayiətinə görə azı 1000 avro ödəməli olurlar. Onlar həm də Aktau limanında minimum şəraitin belə olmadığını deyirlər.
Türkiyədən Qırğızıstana mal daşıyan Ahmet Pamuk isə Aktau limanındakı şəraitsizlikdən hiddətlənir: «Beşinci gündür ki, burdayam. Özüm də çox yorulmuşam. Tualet, duş, kafe, heç nə yoxdur. Maşının burda dayanması üçün gündə 3220 tengə (8.8 ABŞ dolları) ödəyirəm. Bakıda 7 dollar ödəyirsən, nə qədər istəsən qala bilərsən. Özü də orda hər şərait var».
Ahmet deyir ki, Türkiyədə maşını on dəfə çəkiblər, heç bir problem çıxmayıb. Amma Aktauda maşını tərəziyə çıxarırsan, problem olmasa belə, 100 dollar rüşvət verməli olursan.
«Avropada bərə ilə limana qədər gedirsən, yanacağın qurtarıbsa, pulunu verib yanacaq doldura bilirsən. Burda isə əlavə 100 dollar tələb edirlər. Əsl korrupsiyadır», — deyə İlqar əlavə edir.
Aktau limanının korporativ inkişaf idarəsinin rəisi Elena Poqosova isə Bakı limanının üstünlükləri və ucuz tariflər haqda sürücülərin iradına lakonik cavab verib: «Bizi başqa ölkələrlə müqayisə etməyin. Sualınızı yazılı şəkildə ünvanlayın».
Xatırladaq ki, Azərbaycan “İpək yolu” adlanan bu strateji nəqliyyat dəhlizi ilə yükdaşımaları asanlaşdırmaq üçün region ölkələri ilə müzakirələr aparıb. Bu “İpək yolu” dəhlizi üzərində yerləşən ölkələrin dəmiryol operatorları toplaşaraq vahid yükdaşıma tariflərinin müəyyən edilməsi barədə razılığa gəlmişdilər. Ancaq bu dəhlizin effektiv işləməsi təkcə Azərbaycandan asılı deyil. Göründüyü kimi İlham Əliyevin rüşvətxorluq və  korrupsiyaya qarşı başlatdığı sərt mübarizə artıq nəticələr verməyə başladığı bir vaxtda Xəzərin o tayında vəziyyət heç də yaxşı deyil…
Previous Post

İlham Əliyev açdığı yolları dənizin o tayında korrupsionerlər necə bağlayır…

Next Post

Bir barrel neftdən baha olan 9 şey – Siyahı

Bənzər yazılar

Laos Prezidenti BDU-nun tələbələri ilə görüşüb

Laos Prezidenti BDU-nun tələbələri ilə görüşüb

13 Oktyabr 2026 - 21:31

Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulit Bakı Dövlət Universitetinin (BDU) tələbələri ilə görüşüb. Bu barədə Elchi.az - a BDU-nun...

Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası olacaq

Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası olacaq

13 Oktyabr 2026 - 21:29

Cəbrayıl rayonunun Şükürbəyli kəndində əmək yarmarkası keçiriləcək. Bu barədə  Elchi.az - a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində...

“Gəncə” FIBA Avropa Kubokundakı ilk ev oyununda uduzub

“Gəncə” FIBA Avropa Kubokundakı ilk ev oyununda uduzub

13 Oktyabr 2026 - 21:26

"Gəncə" basketbol klubu FIBA Avropa Kubokunun müntəzəm mövsümündə ilk ev oyununu keçirib. Elchi.az -ın  məlumatına görə, Yunanıstan təmsilçisi "Kolossos"u qəbul...

Tramp: ABŞ Ukrayna ilə kəşfiyyat məlumatlarını bölüşməyi dayandırmayıb

Tramp: ABŞ Ukrayna ilə kəşfiyyat məlumatlarını bölüşməyi dayandırmayıb

13 Oktyabr 2026 - 21:24

ABŞ Ukrayna tərəfi ilə kəşfiyyat məlumatlarını bölüşməyi dayandırmayıb. Elchi.az yerli mediaya istinadən xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald...

Next Post

Bir barrel neftdən baha olan 9 şey - Siyahı

Bir barrel neftdən baha olan 9 şey - Siyahı

Son xəbərlər

Laos Prezidenti BDU-nun tələbələri ilə görüşüb

Laos Prezidenti BDU-nun tələbələri ilə görüşüb

13 Oktyabr 2026 - 21:31
Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası olacaq

Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası olacaq

13 Oktyabr 2026 - 21:29
“Gəncə” FIBA Avropa Kubokundakı ilk ev oyununda uduzub

“Gəncə” FIBA Avropa Kubokundakı ilk ev oyununda uduzub

13 Oktyabr 2026 - 21:26
Tramp: ABŞ Ukrayna ilə kəşfiyyat məlumatlarını bölüşməyi dayandırmayıb

Tramp: ABŞ Ukrayna ilə kəşfiyyat məlumatlarını bölüşməyi dayandırmayıb

13 Oktyabr 2026 - 21:24
KİV: Polşa Starlink stansiyasına hücumun arxasında Rusiyanın dayandığını iddia edir

KİV: Polşa Starlink stansiyasına hücumun arxasında Rusiyanın dayandığını iddia edir

13 Oktyabr 2026 - 19:23
Venesuela xarici işlər naziri Uruqvayı daxili işlərinə müdaxilə etməkdə günahlandırdı

Venesuela xarici işlər naziri Uruqvayı daxili işlərinə müdaxilə etməkdə günahlandırdı

13 Oktyabr 2026 - 19:12
Niderlandın xarici işlər naziri Azərbaycana səfər edəcək

Niderlandın xarici işlər naziri Azərbaycana səfər edəcək

13 Oktyabr 2026 - 18:53
Azərbaycan HDQ komandanı İtaliyaya səfər edib

Azərbaycan HDQ komandanı İtaliyaya səfər edib

13 Oktyabr 2026 - 18:45
Özbəkistan Prezidenti AQEM sammitində iştirak etmək üçün Bakıya gələcək

Özbəkistan Prezidenti AQEM sammitində iştirak etmək üçün Bakıya gələcək

13 Oktyabr 2026 - 18:34
Yaponiya silah ixracı üzrə vahid struktur yaradacaq

Yaponiya silah ixracı üzrə vahid struktur yaradacaq

13 Oktyabr 2026 - 18:31
Prezidentin sosial şəbəkə hesablarında Laos Prezidentinin Azərbaycana səfəri ilə bağlı videoçarx paylaşılıb

Prezidentin sosial şəbəkə hesablarında Laos Prezidentinin Azərbaycana səfəri ilə bağlı videoçarx paylaşılıb

13 Oktyabr 2026 - 18:25
Azərbaycan Laos münasibətləri yeni mərhələdə

Azərbaycan Laos münasibətləri yeni mərhələdə

13 Oktyabr 2026 - 18:24
İqtisadi Şurada neft-qaz sənayesinin inkişaf perspektivləri müzakirə olunub

İqtisadi Şurada neft-qaz sənayesinin inkişaf perspektivləri müzakirə olunub

13 Oktyabr 2026 - 18:13
Qırğızıstan Prezidenti Azərbaycana işgüzar səfər edəcək

Qırğızıstan Prezidenti Azərbaycana işgüzar səfər edəcək

13 Oktyabr 2026 - 18:07
Səudiyyə Ərəbistanı Sənada təxliyə çağırışı edib

Səudiyyə Ərəbistanı Sənada təxliyə çağırışı edib

13 Oktyabr 2026 - 17:58
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.