"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result

İlham Rəhimov Qubada əhalinin torpaqlarını zəbt edib

26 Noyabr 2014 - 12:19
in Kateqoriyasız
FacebookVatsap

Azərbaycanda Putinin dostu kimi tanınan iş adamı İlham Rəhimov Quba rayonunda bir sıra torpaqları zəbt edib.

Bunu da oxuyun

Ebolaya yoluxanların sayı 11 mini keçdi

KİV: Rusiya NATO-nun qüvvələrinin 1997-ci il mövqelərinə qaytarılmasını tələb edir

İran AEBA yoxlamalarının bərpası şərtlərini açıqladı

1Bu barədə modern.az reportaj dərc edib. Yazıda bildirilir ki, iş adamı zorla, adamlara hədə-qorxu gələrək torpaqları zəbt edib, insanların şəxsi mülkiyyətinə sahib olmaq istəyir. Qubalılar deyir ki, İlham Rəhimov Rusiyada öyrəndiyi “bespredel” davranışlarını Azərbaycanda da işə salır. Sayt aldığı şikayət üzərinə Qubada araşdırma aparıb.

Sayt yazır: “İlham Rəhimovun zorbalıq prinsipinin mahiyyəti məhz bundan ibarətdir. Villasının yaxınlığındakı, başqalarının, üstündə tikili olmayan və qeyrilərinin halal torpağına, yaşıllaşdırılan bir sahəyə göz qoyub. Özü də təsadüfə baxın ki, özünə məxsus kənd təsərrüfatı təyinatlı torpağı hansı yollasa təyinatını dəyişərək, ağacları qıraraq tikililərlə doldurduğu ərazidən fərqli olaraq, bağ ərazisi kimi saxlanılan qonşunun torpağına gözü düşüb. Araşdırma zamanı öyrəndik ki, oliqarxın qonşusunun sahəsi heç bir meşə və yaxud başqa kateqoriya torpağına aid deyil, 1 santimetr və 1 ağac belə dövlət mülkiyyət sənədindən kənara çıxmır və elə İ.Rəhimovun ərazisinə aid nə sənədi varsa, bu torpağın da var.

Bu sahə qanuni icarə əsasında Azərbaycan Qərb Universitetinə məxsusdur. Baxmayaraq ki, bəzi KİV-lər əsassız yerə bu yerin meşə fonduna aid olduğunu və zəbt edildiyini qeyd edib. Amma sənədlərdən öyrəndik ki, icarə əsasında Universitetin İnsan İnkişafı İnstitutu (təhsil naziri işləmiş mərhum Lidiya Rəsulova da istefasından sonra bu institutun direktoru olub) bu sahədə eksperimental bağçılıq sahəsi yaradıb, meşə zolağını da elə bu insanlar öz özəl ərazilərində yolun səsini, qonşuları eşitməmək, görməmək üçün son 15-16 ildə minlərlə ağac əkərək salıblar. Birisi öz ərazisində qonşuları eşitməmək, görməmək üçün yaşıl zolaq yaradır, digəri də deyir ki, mən səni, sənin yaşıl zolağını da görmək istəmirəm. Burada müxtəlif növ ağac və bitki növlərinin şəraitə davamlılıq məziyyətləri öyrənilir, müxtəlif təsərrüfat fəaliyyətlərinin effektivlik dərəcəsi müəyyən edilir, yerli şəraitlə uyğunlaşdırılmış növlər yetişdirilir. (Bizə göstərilən sənədlərdən görünür ki, bu ərazi əvvəllər sovxoz mülkiyyətində olub və kənd təsərrüfatı təyinatlıdır, sonralar pay torpaqları kimi əhaliyə paylanıb və ərazi halallıq prinsipləri qorunaraq (yerli əhali də bunu təsdiq edir) qanuni qaydada payçılardan satın alınıb).

Onu da deyək ki, hazırda həmin ətrafda yalnız bu sahənin kənd təsərrüfatı təyinatı qorunub saxlanılır. Hədsiz sayda ağac əkilib, çay kənarında (çayın sahili yumasının qarşısını almaq üçün) və digər özəl sahələrdə zəhmət bahasına son 18 ildə meşə zolağı yaradılıb”.

Reportajda həmçinin Rəhimovun başqasının mülkiyyətini zəbt etdiyi də bildirilir: “O əvvəlcə adamları hasara alınmış özəl mülkiyyətin hasarlarını söküb, sonra qəsdən villasının çirkab sularını bu sahəyə yönəldib, dayanmayıb, üstəlik özgəsinin yerinə balkon da çıxarıb. Qeyd edək ki, gördüyümüz sənədlərdə Azərbaycanda bu insanın qanunsuz əməllərinin qanuni yolla qarşısının alınmasına çalışılıb. Yerli polis hasar sökənləri yaxalayıb, özgə mülkiyyətinə zərər vurduqlarına görə cinayət işi qaldırılıb, cərimə edilib. Sonradan isə Universitet humanistlik göstərərək, hasar sökən şəxsləri, öz təqsirlərini etiraf etdiklərinə görə bağışlayıb.

Yerli sakinlər deyir ki, 1996-cı illərin əvvəllinədək bağ yerləri olmuş, indi dəbdəbəli villaların göbələk kimi çoxalmağa başladığı Qəçrəş kəndinə doğru yolun sağında və solundakı ərazilərdə bir dənə də ağac qalmamışdı. Ən bahalı və necə deyərlər “prestijli” də elə bu yerlər idi. Qudyalçayına daha yaxın, dərənin altında daha rütubətli ərazilər o qədər də maraqlı görünmədi villa tikənlərə. Qərb Universitetinin tapşırığı ilə elə həmin illərdə burada bir neçə pay torpağı sahiblərindən halallıqla satın alınıb. İlham Rəhimovlardan fərqli Universitet torpağın təyinatını min bir fırıldaqla dəyişməyib, elə kənd təsərrüfatı üçün istifadə etmək qərarına gəlib, gözəl eksperimental bağlar salıb ki, 10 ildən sonra məhsul verməyə başlayacaq. Univerisitet buradan gəlir götürmür, olan meyvəni də nəzdindəki məktəbə, uşaqlar üçün təhvil verir. Sıx, yaşıl meşə zolaqları salınıb ərazidə, daha nəhəng villalar tikılməyib. Mövcud, çiy kərpicdən olan bir mərtəbəli binanı təmir edib istifadə edir. At tövləsini təmir edib istifadə edir. Rütubətli olması insanlara xeyrli olmasa da, ağaclara düşərli olub bu yerin şəraiti. İndi İlham Rəhimov qonşuluğa gəlib bu yerin kimin qoruyub saxladığına gözü düşüb?

Öyrəndik ki, Rəhimovun villasının ətrafı elə digər villalarla əhatələnib. Yəni onun genişlənməyə başqa istiqaməti olmadığından üzünü camaatın (Universitetin) min bir əziyyətlə yetişdirib saxladığı bağ-baxçaya yönəldib. Rəhimovun adamları qonşuluqdakı Qərb Universitetinin istifadəsində olan ərazinin hasarını sökərkən içəridəki ağacların qolunu, gövdəsini, budağını ciddi zədələdikləri üçün Universitet məcbur olub həmin ağacların yerinə yeni ağaclar əkib.

Yaxınlıqdakı kəndlərin sakinlərindən biri olan Məhəmməd Əlməmmədov deyir ki, bu ərazi hasara alınsa da, burada əksəriyyəti meyvə ağacı olmaqla xeyli sayda ağac əkilib, yaşıllıq salınır. Təbiətə heç bir ziyan dəymir. Elmar Cəfərov isə bildirir ki, bu ərazidə bir neçə yerdən adamların, mal-qaranın çaya çıxması üçün keçidlər qoyulub. Bir də öyrəndik ki, hasarların çəkilməsində də məqsəd meyvə ağaclarını mal-qaradan qorumaqdır. Digər bir məqam isə ondan ibarətdir ki, bu yol qırağı sahə quldurların iddia etdiyi kimi nəinki 5 kilometr, heç də kilometrlərlə uzanmır, ümumi sahə cəmi 9-10 hektardır ki, bu da yerli camaatın əksəriyyətinin mülkiyyətində olan torpaq sahəsi ilə eynidir. Hətta 5 kilometr olsa belə, əgər pulunu verib torpağı satan vətəndaşdan alınıbsa, bunun kimə nə dəxli var? Azərbaycanda indi nəinki 10-20, hətta 1000 hektar torpağı olan fermer var. Sənədlər isə göstəriri ki, bu ərazi hələ 1998-ci ildən sahibindən qanuni yolla alınıb”.

Məlumat üçün bildirək ki, bu qalmaqala görə, Universitet məcbur olub yenidən hüquq-mühafizə orqanlarına öz hüquqlarının qorunması üçün müraciət edib.

Previous Post

İlham Rəhimov Qubada əhalinin torpaqlarını zəbt edib

Next Post

“The Guardian” Batumi kazinolarının azərbaycanlı müştərilərindən yazdı

Bənzər yazılar

Ebolaya yoluxanların sayı 11 mini keçdi

Ebolaya yoluxanların sayı 11 mini keçdi

14 Noyabr 2026 - 18:09

Konqo və Afrikanın digər ölkələrində Ebola virusuna yoluxma hallarının sayı 11 mini keçib. Elchi.az xəbər verir ki, bu barədə "Reuters" məlumat...

KİV: Rusiya NATO-nun qüvvələrinin 1997-ci il mövqelərinə qaytarılmasını tələb edir

KİV: Rusiya NATO-nun qüvvələrinin 1997-ci il mövqelərinə qaytarılmasını tələb edir

14 Noyabr 2026 - 18:05

Rusiya Ukrayna müharibəsinin başa çatdırılması ilə bağlı danışıqlar çərçivəsində NATO qüvvələrinin 1997-ci ildəki mövqelərinə geri çəkilməsini tələb edib. Elchi.az xəbər verir...

İran AEBA yoxlamalarının bərpası şərtlərini açıqladı

İran AEBA yoxlamalarının bərpası şərtlərini açıqladı

14 Noyabr 2026 - 17:13

İran Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) nüvə obyektlərində yoxlamaları bərpa etməsi üçün ölkənin təhlükəsizlik narahatlıqlarının nəzərə alınmasını tələb edir....

Kamran Əliyev argentinalı həmkarları ilə görüşlər keçirib

Kamran Əliyev argentinalı həmkarları ilə görüşlər keçirib

14 Noyabr 2026 - 17:02

Baş prokuror Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyətinin Argentina Respublikasının Buenos-Ayres şəhərinə işgüzar səfəri çərçivəsində noyabrın 13-də ölkənin Federal Baş...

Next Post

“The Guardian” Batumi kazinolarının azərbaycanlı müştərilərindən yazdı

“The Guardian” Batumi kazinolarının azərbaycanlı müştərilərindən yazdı

Son xəbərlər

Ebolaya yoluxanların sayı 11 mini keçdi

Ebolaya yoluxanların sayı 11 mini keçdi

14 Noyabr 2026 - 18:09
KİV: Rusiya NATO-nun qüvvələrinin 1997-ci il mövqelərinə qaytarılmasını tələb edir

KİV: Rusiya NATO-nun qüvvələrinin 1997-ci il mövqelərinə qaytarılmasını tələb edir

14 Noyabr 2026 - 18:05
İran AEBA yoxlamalarının bərpası şərtlərini açıqladı

İran AEBA yoxlamalarının bərpası şərtlərini açıqladı

14 Noyabr 2026 - 17:13
Kamran Əliyev argentinalı həmkarları ilə görüşlər keçirib

Kamran Əliyev argentinalı həmkarları ilə görüşlər keçirib

14 Noyabr 2026 - 17:02
Bolqarıstan Ukraynaya hərbi yardımı dayandırıb

Bolqarıstan Ukraynaya hərbi yardımı dayandırıb

14 Noyabr 2026 - 15:40
Hörmüz boğazında daha bir neft tankeri minaya düşərək yanıb

Hörmüz boğazında daha bir neft tankeri minaya düşərək yanıb

14 Noyabr 2026 - 15:14
Azərbaycan–Birləşmiş Krallıq əlaqələri: Etibarlımünasibətlərdən strateji tərəfdaşlığa

Azərbaycan–Birləşmiş Krallıq əlaqələri: Etibarlımünasibətlərdən strateji tərəfdaşlığa

14 Noyabr 2026 - 14:52
KİV: Tramp Putin və Si Cinpinlə görüşdə Ukrayna məsələsini müzakirə etmək istəmir

KİV: Tramp Putin və Si Cinpinlə görüşdə Ukrayna məsələsini müzakirə etmək istəmir

14 Noyabr 2026 - 13:50
Sözə sədaqətlə keçən ömür: Tapdıq Əlibəylinin 65 illik yubileyi qeyd olunub

Sözə sədaqətlə keçən ömür: Tapdıq Əlibəylinin 65 illik yubileyi qeyd olunub

14 Noyabr 2026 - 13:49
Azərbaycanda gələn il 6 mln. tondan artıq neft məhsulları istehsal olunacaq

Azərbaycanda gələn il 6 mln. tondan artıq neft məhsulları istehsal olunacaq

14 Noyabr 2026 - 13:34
Sabah Bakıda yağış yağacaq

Sabah Bakıda yağış yağacaq

14 Noyabr 2026 - 13:14
Azərbaycanda dənli və dənli paxlalı bitkilərin 4 illik istehsal proqnozları müəyyənləşib

Azərbaycanda dənli və dənli paxlalı bitkilərin 4 illik istehsal proqnozları müəyyənləşib

14 Noyabr 2026 - 13:00
Mark Karni: Kanada heç vaxt NATO-nun digər üzvlərini tək qoymayacaq

Mark Karni: Kanada heç vaxt NATO-nun digər üzvlərini tək qoymayacaq

14 Noyabr 2026 - 12:42
Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı keçirilir

Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı keçirilir

14 Noyabr 2026 - 12:15
Hazırda 55-dək yeni peşə və kvalifikasiya standartı hazırlanır, 80-dən çox standart yenilənir

Hazırda 55-dək yeni peşə və kvalifikasiya standartı hazırlanır, 80-dən çox standart yenilənir

14 Noyabr 2026 - 11:59
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
« Okt    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.