"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home MANŞET

İlham Əliyevin Mehriban xanıma möhtəşəm hədiyyəsi

27 Avqust 2022 - 09:51
in MANŞET
FacebookVatsap

“İki illik fasilədən sonra yenə qəddimizi Qələbə Tviti dikəltdi. Yenə bir boy yüksəldik, yenə qürurlandıq, yenə fərəhdən coşub-daşdıq. Prezident İlham Əliyev bəyan etdi ki, Üçrəngli Bayrağımız 30 illik ayrılıqdan sonra yenidən Laçın şəhərində dalğalanır…”.

Bunu da oxuyun

Azərbaycan süni intellekt sahəsində regionun aparıcı dövlətlərindən birinə çevrilə bilər

Gələn ayın ilk günündə Azərbaycanda yağıntılı hava müşahidə olunacaq

Tramp: İran ABŞ ilə görüşmək istəyib

Elchi.az-ın məlumatına görə, bu fikirləri “Teleqraf Holdinq”in rəhbəri Aynur Camalqızı bildirib:

“Tvitin gözəlliyinə baxın: “Azərbaycan Ordusu Laçın şəhərində yerləşdi. Zabux və Sus kəndləri nəzarətə götürüldü. Bütün laçınlıları və Azərbaycan xalqını bu münasibətlə təbrik edirəm!”

Yəqin xatırlayırsız, cəmi 1 il 9 ay əvvəl indi Laçın zəfəri xəbərinin sevinc çələngi kimi bəzədiyi mediada, sosial şəbəkələrdə, Yutub kanallarında hamını inandırmağa çalışırdılar ki, 10 noyabr bəyanatı acı məğlubiyyətdir, uduzmuşuq, Laçını heç vaxt qaytara bilməyəcəyik, bu şəhəri “dəhliz” adı ilə əlimizdən həmişəlik aldılar və s.

Halbuki 44 günlük müharibədən sonra Ermənistanı kapitulyasiya aktına imza atmağa məcbur etmişdik, 3 rayonu qan tökmədən, itki vermədən geri almışdıq, bütövlükdə 30 il işğal altında qalan torpaqlarımızın 80 faizini azad etmişdik. Ən önəmlisi, Zəngəzur – bütün türk dünyasını birləşdirəcək dəhliz gündəlikdəydi. Arzulardan reallıqlara doğru addım-addım irəliləyirdik. Amma yenə də bu misilsiz uğuru gözdən salmağa namərdcəsinə cəhdlər edirdilər. Elə bu günədək elə bir zərərli ovqat, ruh düşkünlüyü təlqin edilirdi ki, sanki heç qələbə qazanmamışıq, əksinə, hər şeyi uduzmuşuq, Laçın da əldən gedib…

Prezidentin bugünkü tviti həm də o namərdlərə verilən cavabdır. “Niyə Prezident Laçını azad etmək əvəzinə Zəngəzurdan danışır” iddiası ilə beyinləri zəhərləyənlərə tutarlı cavabdır. Azərbaycan xalqına isə misilsiz hədiyyədir! İki ilə yaxındır, daha dəqiqi, 30 ildir ki, ümidlə, səbirlə, səbirsizliklə gözlədiyimiz hədiyyə!

Bu təslimçi və depressiv əhval-ruhiyyəni yaymaq, insanları bu yalana inandırmaq cəhdləri niyə gündəmə gətirilirdi? Bu, kimlərin uydurması və çirkin arzusu idi? Vətənə, millətə, Laçına niyə xəyanət edilirdi?

Suallar çoxdur. O günlərdə radikal müxalif düşərgədən olan tanınmış bir jurnalistlə söhbət etmişdim. Müxalifətin Qarabağ qələbəsindən sonra İlham Əliyevə uduzmasından ürək ağrısı ilə danışırdı. Dedi ki, yaxınlarda xaricdə səfərdə olmuş müxalif partiyalardan birinin sədri ölkəyə qayıdandan sonra ona müsahibə verib. Müsahibədənkənar söhbətdə deyib ki, görüşdüyü əcnəbi strateqlər Qarabağ savaşında əldə olunmuş uğurların İlham Əliyevi müqayisəyəgəlməz dərəcədə önə çıxardığını bildiriblər. Deyiblər ki, artıq onun rəqibini formalaşdırmaq mümkün deyil. Bircə nüansdan savayı. Əcnəbilər Azərbaycanın radikal müxalifətinə Qarabağ qələbəsini maksimum səviyyədə gözdən salmağı məsləhət görmüşdülər: “Xalqı inandırmalısınız ki, Qarabağ qələbəsi əslində bir fiaskodur. Yarımçıqdır. Əks halda İlham Əliyevə qalib gələ bilməyəcəksiniz…”

Azərbaycan Prezidenti “nəyi nə vaxt, necə etmək lazımdır, bilirəm, mənə güvənin” deyərkən içimizdəki xəyanətkarlar antiazərbaycan dairələrin sifarişini yerinə yetirirmişlər. Yəni İlham Əliyev hələlik işğal altında qalan 20 faizlik ərazimizi qarış-qarış, ovuc-ovuc, qucaq-qucaq, Laçın-Laçın geri qaytarmağı planlayarkən və bütün potensial hərbi-siyasi imkanları bu istiqamətə səfərbər edərkən, yaramazlar da xəyanət toxumlarını cücərtməklə məşğul imişlər. Və bu, təkcə hakimiyyət məsələsi deyil.

Bir müddət öncə erməni diasporunun rəsmiləri qərblilərlə keçirdikləri görüşlərdən sonra açıq şəkildə etiraf etmişdilər ki, avropalı siyasətçilər İlham Əliyevə təzyiq etməyin mümkünsüz olduğunu bildirirlər. Açıqlamanın məğzi bu idi: “Nə qədər ki, ölkə daxilində İlham Əliyevin reytinqi 97-98 faizdir, ona Qarabağla bağlı hansısa güzəşt üçün təzyiq etmək mümkün deyil. Siz çalışmalısınız ki, onun reytinqi heç olmasa 15 faiz azalsın”.

Erməni diasporu müharibədən qısa müddət sonra elan etdiyi bu “hədəfə” çatmaq üçün hər şeyi edir – İlham Əliyevin ölkədə reytinqini heç olmasa, bir neçə faiz aşağı salmağa çalışır…

Bu gün, bu gözəl 26 avqust sabahı Ordumuzun artıq Laçında yerləşməsi xəbərini eşitdikdən və general-mayor Kənan Seyidovun Laçın şəhərindən Ali Baş Komandana məruzə etdiyi möhtəşəm kadrları izlədikdən sonra bir daha əmin oldum: İlham Əliyevə müxalifətçilik etmək, mövzu Vətəndirsə, ona qarşı çıxmaq, onun yanında deyil, qarşısında durmaq, erməni donorlarının arxasında durduğu “beynəlxalq təşkilatlar”ın qrantının şərtlərini “can-başla” yerinə yetirmək Vətənə xəyanətdir, erməni diasporuna xidmətdir, erməni yalına qul olmaqdır!

Ən azı 44 günlük savaşla İlham Əliyevin bu xalqa Allahın lütfü olduğunu hər kəs yaxşı bilir. O, Qarabağın xilaskarıdır, eyni zamanda, bizim hər birimizin xilaskarımızdır. 30 ildir bizi hər gün bir az əzən, sındıran, ölümə yaxınlaşdıran əziklik sindromundan xilas edən odur. Qəhrəmanımız, Ali Baş Komandanımız, Liderimizdir. Ona məhz bu yöndən baxmaq, görmək lazımdır böyüklüyünü. Laçından baxmaq lazımdır, Şuşadan, Murov yüksəkliyindən baxmaq lazımdır… Və onun tarixi və şərəfli missiyasını tamamlaması üçün reytinqini 99 faizdə saxlamaq, onu qorumaq, hər addımına güvənmək, hər sözünə əməl etmək də hər birimizin Vətən borcudur!

Bunu keçmiş müxalifətçi kimi etiraf edirəm həm də: 30 il bizi aldatdılar. 30 ildir ki, insanlarımızı aldadırlar. Müxalif düşərgədə vaxtilə mənim də lider saydığım, inandığım, müxalif dünyagörüşlü insanların az qala səcdə etdiyi şəxslər İlham Əliyev şəxsiyyətinin böyüklüyünü, miqyasını görməyə, dərk etməyə, qəbul etməyə imkan vermədilər. Proseslərə, reallıqlara yanlış don geydirdilər. İnsanları nifrətlə, kinlə, aqressiya ilə yüklədilər. Hətta… Ölkənin ən demokratik, ən ədalətli, ən dürüst insanı kimi sevdiyimiz Əbülfəz Elçibəy belə bircə dəfə öz tərəfdarlarına, yol arxadaşlarına, əqidə yoldaşlarına birbaşa etiraf etmədi ki, niyə 1993-cü ildə hakimiyyəti məhz Heydər Əliyevə həvalə edərək Kələkiyə getdi…

Niyə başqasına yox, Konstitusiyaya görə özündən sonra bu görəvi daşımalı olan səlahiyyətlilərə, komanda üzvlərinə deyil, məhz Heydər Əliyevə?..

Açıq etiraf etmədi, ancaq dəfələrlə işarə etdi… Onun işarəsinin üstünü örtmək üçünsə “yol yoldaşları” hər şeyi etdilər…

Heydər Əliyev Azərbaycanı parçalanmadan xilas etdi, dövləti qorudu, Ordunu qurdu: 10 ildə heç kimsənin, heç bir liderin bacarmayacağı nəhəng işləri gördü və “Mən İlham Əliyevə özüm qədər inanıram. Əminəm ki, mənim yarımçıq qoyduğum işləri o başa çatdıracaq” dedi.

Zərgər dəqiqliyi ilə hesablanmış uzunvədəli Yol!

Hər məsələdə haqlıydı, hər addımında 20 il, 30 il, 50 il sonranı dəqiqliyi ilə görə bilirdi.

Dövləti kimə etibar etmək lazım olduğunu da incəliyinə qədər bilirmiş!

Xəritəmizə baxırsınızmı? İndən sonra qürurla baxın. Bu gün xəritəmiz böyüdü. Laçın boyda, Zabux və Sus kəndləri boyda böyütdük ərazilərimizi. Müzəffər Ordumuz İlham Əliyevin rəhbərliyi ilə tarix yazır. Tariximiz və taleyimiz dəyişir. Laçında, təsəvvür edirsinizmi, Laçın şəhərində “Azərenerji”nin, DİN-in, DTX-nın yerli şöbələri açılır. 44 günlük müharibədən öncə bunu kim xəyal edə bilərdi, hansımız ağlımıza gətirə bilərdik?..

Miqyassız xoşbəxtlik budur, məncə. Bu gün o xoşbəxtliyin şəkli Laçındır. Sabah Üçrəngli Bayrağımız Xankəndidə, Xocalıda dalğalanacaq. Yetər ki, görülən işlərin miqyasını və əhəmiyyətini dərk edək. Yetər ki, bu Böyük və Şanlı Tariximizi yazan Liderə mane olmaq istəyənlərin məkrli oyunlarına, xain hiylələrinə düşməyək, düşmən dəyirmanına su daşımayaq.

Bu gündən bir incə məqam da yəqin ki, həmişəlik qalacaq. 26 avqust həm də Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın doğum günüdür. Və sanki bu gün İlham Əliyev Laçın zəfəri ilə Mehriban xanımı da təbrik etdi, hər bir azərbaycanlı kimi illərlə o torpaqların işğaldan azad edildiyini gözləyən, arzulayan, bunun uğrunda aparılan mübarizəyə töhfəsini verən xanıma Laçının azadlığını ərmağan elədi…

26 Avqustu – xanımının ad gününü İlham Əliyev Azərbaycanın Şanlı Tarixinə qızıl hərflərlə yazdı.

Qədim yunan mifologiyasındakı məşhur Sicilla və Xaribda əfsanəsini mən də xatırladım. Qarabağı azad etmək üçün Sicilla və Xaribda arasından keçən İlham Əliyevin möhtəşəm xanıma möhtəşəm hədiyyəsi Laçının azadlığı olmalıydı təbii ki…

İlham Əliyev – 26 Avqustu həm də öz ocağı üçün şükran günlərindən birinə çevirdi.

Laçınımız mübarək!

Hədiyyəmiz mübarək!

Tanrı Liderimizi qorusun!

Previous Post

İlham Əliyevin Mehriban xanıma möhtəşəm hədiyyəsi

Next Post

Rusiya daha raket zərbəsi endirə bilməyəcək

Bənzər yazılar

Azərbaycan süni intellekt sahəsində regionun aparıcı dövlətlərindən birinə çevrilə bilər

Azərbaycan süni intellekt sahəsində regionun aparıcı dövlətlərindən birinə çevrilə bilər

29 İyun 2026 - 21:52

Süni intellekt artıq gələcəyin deyil, bu günün əsas inkişaf amilidir. Elchi.az xəbər verir ki, bunu Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva...

Gələn ayın ilk günündə Azərbaycanda yağıntılı hava müşahidə olunacaq

Gələn ayın ilk günündə Azərbaycanda yağıntılı hava müşahidə olunacaq

29 İyun 2026 - 21:21

Azərbaycanda iyulun ilk günündə ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunacaq. Elchi.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti...

Tramp: İran ABŞ ilə görüşmək istəyib

Tramp: İran ABŞ ilə görüşmək istəyib

29 İyun 2026 - 16:21

ABŞ Prezidenti Donald Tramp iddia edir ki, İran Amerika tərəfi ilə görüşmək barədə sorğu göndərib və danışıqlar çərşənbə axşamı Dohada...

Ərdoğandan Ukrayna ilə bağlı ÇAĞIRIŞ

Ərdoğandan Ukrayna ilə bağlı ÇAĞIRIŞ

29 İyun 2026 - 16:00

"Yaxın gələcəkdə Ukrayna münaqişəsinin həlli prosesində konkret nəticələrə nail olmaq vacibdir". Elchi.az xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb...

Next Post
Rusiya daha raket zərbəsi endirə bilməyəcək

Rusiya daha raket zərbəsi endirə bilməyəcək

Rusiya daha raket zərbəsi endirə bilməyəcək

Rusiya daha raket zərbəsi endirə bilməyəcək

Son xəbərlər

Xameneinin müavini yol qəzasında həlak olub

Xameneinin müavini yol qəzasında həlak olub

30 İyun 2026 - 00:21
Şahbaz Şərif Türkiyə və İrana səfər edəcək

Şahbaz Şərif Türkiyə və İrana səfər edəcək

30 İyun 2026 - 00:16
Tramp: ABŞ hərbi baxımdan İran üzərində qələbə qazanır

Tramp: ABŞ hərbi baxımdan İran üzərində qələbə qazanır

30 İyun 2026 - 00:10
İran Hörmüz boğazının idarə olunmasını Omanla razılaşdırmaq istəyir

İran Hörmüz boğazının idarə olunmasını Omanla razılaşdırmaq istəyir

30 İyun 2026 - 00:07
İsrail ordusu Qəzzada HƏMAS-ın yeraltı obyektlərinə zərbələr endirib

İsrail ordusu Qəzzada HƏMAS-ın yeraltı obyektlərinə zərbələr endirib

29 İyun 2026 - 23:54
Türkiyə Ankarada keçiriləcək NATO sammitindən gözləntilərini açıqlayıb

Türkiyə Ankarada keçiriləcək NATO sammitindən gözləntilərini açıqlayıb

29 İyun 2026 - 22:10
Şagirdlərin dərs vaxtı mobil və elektron cihazlardan istifadəsi qadağan edilib – YENİ QAYDALAR

Şagirdlərin dərs vaxtı mobil və elektron cihazlardan istifadəsi qadağan edilib – YENİ QAYDALAR

29 İyun 2026 - 22:07
Azərbaycan süni intellekt sahəsində regionun aparıcı dövlətlərindən birinə çevrilə bilər

Azərbaycan süni intellekt sahəsində regionun aparıcı dövlətlərindən birinə çevrilə bilər

29 İyun 2026 - 21:52
İraq iranyönümlü qruplaşmalardan tərk-silah olmağı tələb edib

İraq iranyönümlü qruplaşmalardan tərk-silah olmağı tələb edib

29 İyun 2026 - 21:48
Emin Əmrullayev: Təhsilin rəqəmsallaşdırılması nəzərdə tutulur

Emin Əmrullayev: Təhsilin rəqəmsallaşdırılması nəzərdə tutulur

29 İyun 2026 - 21:37
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır

Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır

29 İyun 2026 - 21:35
“Ermənistan Elektrik Şəbəkələri” ictimai müəssisə kimi tanına bilər

“Ermənistan Elektrik Şəbəkələri” ictimai müəssisə kimi tanına bilər

29 İyun 2026 - 21:32
TƏBİB Yevlax Regional Xəstəxanasında kassa aparatlarının olmaması ilə bağlı açıqlama verib

TƏBİB Yevlax Regional Xəstəxanasında kassa aparatlarının olmaması ilə bağlı açıqlama verib

29 İyun 2026 - 21:30
İyulda temperatur bəzi yerlərdə yüksək olacaq – AYLIQ PROQNOZ

İyulda temperatur bəzi yerlərdə yüksək olacaq – AYLIQ PROQNOZ

29 İyun 2026 - 21:25
Kats: İsrail elə sabah İranla müharibəyə başlaya bilər

Kats: İsrail elə sabah İranla müharibəyə başlaya bilər

29 İyun 2026 - 21:22
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  
« May    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.