"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home SİYASƏT

İlham Əliyev 2 fərman imzaladı

31 Yanvar 2023 - 17:22
in SİYASƏT
FacebookVatsap

Prezident İlham Əliyev “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” 2022-ci il 30 dekabr tarixli 781-VIQ nömrəli qanunun tətbiqi barədə fərman imzalayıb.

Bunu da oxuyun

Ərdoğan Prezident İlham Əliyevə zəng edib

Bir qrup prokurorluq əməkdaşı təltif edilib – SƏRƏNCAM

Prokurorluğun bir qrup əməkdaşına ali xüsusi və ali hərbi rütbələr verilib – SƏRƏNCAM

Elchi.az xəbər verir ki, sənədə əsasən Qanunun 14.12-ci maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Prezidenti nəzərdə tutulur; Qanunun 14.5-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş orqanın (qurumun) səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla həyata keçirir; Qanunun 9.4-cü maddəsində, 18.4-cü maddəsinin ikinci cümləsində, 18.5-ci, 20.2-ci və 20.3-cü maddələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur; Qanunun 1.1.6-cı maddəsində “orqan (qurum)” dedikdə Maliyyə Monitorinqi Xidməti nəzərdə tutulur; Qanunun 9.5-ci maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi nəzərdə tutulur;

Qanunun 14.5-ci maddəsinin birinci cümləsində “orqanlar (qurumlar)” dedikdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi, Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti və Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi nəzərdə tutulur; Qanunun 16.1.2-ci maddəsində “orqan (qurum)” dedikdə Dövlət Vergi Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi nəzərdə tutulur;

Qanunun 16.1.3-cü maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi nəzərdə tutulur; Qanunun 16.1.4-cü maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi nəzərdə tutulur;

Qanunun 18.1 – 18.3-cü maddələrində, 18.4-cü maddəsinin birinci cümləsində, 19.4-cü, 19.6-cı maddələrində və 22.1-ci maddəsinin ikinci cümləsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi nəzərdə tutulur.

Bu Fərmanın 1-ci hissəsi 2023-cü il fevralın 1-dən qüvvəyə minir.

***

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2022-ci il 30 dekabr tarixli 783-VIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə” 2016-cı il 15 fevral tarixli 795 nömrəli, “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın təsdiq edilməsi barədə” 2017-ci il 23 fevral tarixli 1256 nömrəli və “Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın təsdiq edilməsi barədə” 2017-ci il 3 may tarixli 1361 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

Fərmanda deyilir:

1. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli 795 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 2 (II kitab), maddə 259, № 3, maddə 460, № 4, maddə 670, № 6, maddələr 1025, 1063, № 7, maddə 1272, № 9, maddə 1468, № 10, maddələr 1614, 1638; 2017, № 2, maddələr 176, 202, № 3, maddə 351, № 4, maddələr 530, 537, № 6, maddə 1101, № 7, maddələr 1314, 1346, № 8, maddə 1521, № 9, maddə 1637, № 10, maddələr 1788, 1798, № 11, maddələr 2003, 2027, № 12 (I kitab), maddələr 2290, 2320; 2018, № 1, maddə 36, № 2, maddələr 198, 201, № 3, maddələr 418, 428, 443, 445, № 5, maddələr 914, 918, 926, 955, № 6, maddələr 1225, 1234, № 7 (I kitab), maddələr 1465, 1477, 1494, 1504, № 8, maddələr 1678, 1697, № 9, maddə 1840, № 11, maddələr 2244, 2256, 2273, 2289, № 12 (I kitab), maddələr 2541, 2566, 2573, 2610; 2019, № 1, maddələr 52, 68, № 3, maddə 426, № 4, maddələr 602, 630, № 5, maddələr 825, 846, 852, № 6, maddələr 1035, 1046, № 8, maddələr 1395, 1401, № 11, maddə 1700; 2020, № 3, maddələr 238, 240, 241, № 5, maddələr 540, 564, № 6, maddələr 691, 709, № 7, maddələr 863, 880, 884, № 8, maddələr 1027, 1032, № 9, maddə 1155, № 11, maddə 1359, № 12 (I kitab), maddə 1484; 2021, № 1, maddə 36, № 4, maddə 317, № 5, maddə 444, № 6 (I kitab), maddələr 565, 575, № 7, maddələr 724, 728, 741, № 10, maddə 1101, № 12, maddələr 1407, 1423; 2022, № 1, maddə 28, № 2, maddə 111, № 4, maddələr 313, 323, № 5, maddə 473, № 8, maddələr 837, 861, 897; Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 30 dekabr tarixli 1952 nömrəli, 2023-cü il 12 yanvar tarixli 1964 nömrəli və 14 yanvar tarixli 1978 nömrəli fərmanları) 5.70-ci və 5.70-2-ci bəndləri ləğv edilsin.

2. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 2, maddə 200, № 6, maddə 1105, № 9, maddə 1638, № 11, maddə 1984; 2018, № 2, maddə 199, № 3, maddələr 415, 419, 429, № 5, maddələr 915, 927, № 7 (I kitab), maddə 1481, № 8, maddə 1698, № 11, maddələr 2242, 2289, № 12 (I kitab), maddələr 2566, 2597; 2019, № 1, maddə 82, № 2, maddə 213, № 3, maddə 426, № 4, maddələr 620, 630, 649, № 5, maddələr 819, 862; 2020, № 3, maddələr 238, 240, № 4, maddə 404, № 7, maddələr 864, 885, № 8, maddə 1041, № 9, maddə 1153; 2021, № 6 (I kitab), maddə 566, № 7, maddələr 724, 728, № 12, maddələr 1407, 1423; 2022, № 4, maddələr 313, 323, № 8, maddə 896, № 10, maddə 1146; Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 28 noyabr tarixli 1890, 1892 nömrəli, 15 dekabr tarixli 1904 nömrəli, 30 dekabr tarixli 1952 və 1954 nömrəli fərmanları) ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda aşağıdakı dəyişikliklər edilsin:

2.1. 3.1-ci bənddə “, 579 – 582 və 598-ci (öz fəaliyyətinin tərkib hissəsi kimi vəsait alan, toplayan, verən və ya vəsait köçürən qeyri-hökumət təşkilatlarına, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və nümayəndəliklərinə münasibətdə)” sözləri “və 579 – 582-ci” sözləri ilə əvəz edilsin;

2.2. 3.3-cü bənd və 20-ci hissə ləğv edilsin;

2.3. 6.0-cı bənddə “, 545 və 598-ci (hüquq xidmətləri, mühasibat və vergi məsləhəti xidmətləri göstərən digər şəxslərə münasibətdə)” sözləri “və 545-ci” sözləri ilə əvəz edilsin;

2.4. 14.1-ci bənddən “və 598-ci (kredit təşkilatlarına, lizinq xidmətləri göstərən hüquqi şəxslərə, investisiya şirkətlərinə, investisiya fondlarına və onların idarəçilərinə, sığortaçı, təkrarsığortaçı və sığorta vasitəçilərinə, pul vəsaitlərinin köçürülməsi ilə məşğul olan poçt xidməti göstərən müəssisələrə və valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslərə münasibətdə)” sözləri çıxarılsın.

3. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 3 may tarixli 1361 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 5, maddə 765, № 9, maddə 1650, № 10, maddə 1789, № 12 (I kitab), maddələr 2314, 2321; 2018, № 1, maddə 54, № 2, maddələr 200, 219, № 3, maddələr 416, 430, 448, № 5, maddələr 916, 919, № 6, maddə 1243, № 9, maddələr 1828, 1840, № 11, maddələr 2274, 2289, № 12 (I kitab), maddələr 2540, 2587, 2601; 2019, № 1, maddə 82, № 2, maddə 216, № 3, maddə 431, № 4, maddə 620, № 5, maddələr 819, 824, 835, 866, № 7, maddə 1221, № 8, maddə 1388, № 10, maddələr 1581, 1587, № 11, maddələr 1700, 1710; 2020, № 3, maddə 252, № 5, maddələr 538, 564, № 6, maddələr 710, 714, № 7, maddələr 865, 880, № 8, maddə 1032, № 11, maddə 1345, № 12 (I kitab), maddə 1484; 2021, № 1, maddə 33, № 6 (I kitab), maddə 566, № 8, maddə 921, № 12, maddələr 1407, 1423; 2022, № 4, maddələr 305, 306, 323, 329, № 7, maddə 728, № 10, maddə 1146; Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 5 noyabr tarixli 1874 nömrəli, 28 noyabr tarixli 1890, 1892 nömrəli və 2023-cü il 14 yanvar tarixli 1978 nömrəli fərmanları) ilə təsdiq edilmiş “Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın 71-ci hissəsi ləğv edilsin.

4. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

4.1. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 598-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslər barədə təkliflərini bir ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

4.2. “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2022-ci il 30 dekabr tarixli 783-VIQD nömrəli Qanunundan irəli gələn digər məsələləri həll etsin.

5. Bu Fərmanın 1 – 3-cü hissələri 2023-cü il fevralın 1-dən qüvvəyə minir.

Previous Post

İlham Əliyev 2 fərman imzaladı

Next Post

Rəhim Rəhimlinin qardaşına qarşı külli miqdarda dələduzluq

Bənzər yazılar

Ərdoğan Prezident İlham Əliyevə zəng edib

Ərdoğan Prezident İlham Əliyevə zəng edib

28 Sentyabr 2026 - 11:13

Sentyabrın 27-də axşam radələrində Türkiyə Respublikasının Prezidenti Rəcəp Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Elchi.az xəbər verir ki,...

Bir qrup prokurorluq əməkdaşı təltif edilib – SƏRƏNCAM

Bir qrup prokurorluq əməkdaşı təltif edilib – SƏRƏNCAM

28 Sentyabr 2026 - 10:41

Azərbaycan Respublikası Prokurorluğunun bir qrup əməkdaşı təltif edilib. Elchi.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən,...

Prokurorluğun bir qrup əməkdaşına ali xüsusi və ali hərbi rütbələr verilib – SƏRƏNCAM

Prokurorluğun bir qrup əməkdaşına ali xüsusi və ali hərbi rütbələr verilib – SƏRƏNCAM

28 Sentyabr 2026 - 10:33

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələrin verilməsi haqqında Sərəncam imzalayıb. Elchi.az xəbər verir ki,...

İlham Əliyev istilik təchizatı ilə bağlı fərman imzaladı

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışına baxırlar

26 Sentyabr 2026 - 16:37

Bakı şəhər halqasında Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışı keçirilir. Elchi.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım...

Next Post
Rəhim Rəhimlinin qardaşına qarşı külli miqdarda dələduzluq

Rəhim Rəhimlinin qardaşına qarşı külli miqdarda dələduzluq

Rəhim Rəhimlinin qardaşına qarşı külli miqdarda dələduzluq

Rəhim Rəhimlinin qardaşına qarşı külli miqdarda dələduzluq

Son xəbərlər

Ermənistanda 27 sentyabr skandalı: üzr istədilər

Ermənistanda 27 sentyabr skandalı: üzr istədilər

28 Sentyabr 2026 - 14:42
Abbas Abbasovun nəşi Azərbaycana gətirilir

Abbas Abbasovun nəşi Azərbaycana gətirilir

28 Sentyabr 2026 - 14:18
Ukraynadan daha bir qrup uşaq Azərbaycana gəlir

Ukraynadan daha bir qrup uşaq Azərbaycana gəlir

28 Sentyabr 2026 - 14:09
Merts öz partiyasını məhv etməkdə ittiham olunub

Merts öz partiyasını məhv etməkdə ittiham olunub

28 Sentyabr 2026 - 14:00
Əvəz Zeynallı vəfat etdi

Əvəz Zeynallı vəfat etdi

28 Sentyabr 2026 - 13:55
Leysan yağacaq, şimşək çaxacaq – XƏBƏRDARLIQ

Leysan yağacaq, şimşək çaxacaq – XƏBƏRDARLIQ

28 Sentyabr 2026 - 13:52
II Beynəlxalq İnvestisiya Forumu ölkəmizin cəlbedici sərmayə obrazını dünyaya təqdim etdi

II Beynəlxalq İnvestisiya Forumu ölkəmizin cəlbedici sərmayə obrazını dünyaya təqdim etdi

28 Sentyabr 2026 - 13:45
YAP-ın VIII qurultayında struktur dəyişiklikləri gözlənilir

YAP-ın VIII qurultayında struktur dəyişiklikləri gözlənilir

28 Sentyabr 2026 - 13:30
Qaz pulunun çox gəlməməsi üçün bunları edin

Qaz pulunun çox gəlməməsi üçün bunları edin

28 Sentyabr 2026 - 13:16
Kallas Ukrayna ilə bağlı Aİ-yə tələblər təqdim edəcək

Kallas Ukrayna ilə bağlı Aİ-yə tələblər təqdim edəcək

28 Sentyabr 2026 - 13:00
Bakının mərkəzində piyada zonaları salınır

Bakının mərkəzində piyada zonaları salınır

28 Sentyabr 2026 - 12:53
Azərbaycanda 3 gün ardıcıl iş olmayacaq

Azərbaycanda 3 gün ardıcıl iş olmayacaq

28 Sentyabr 2026 - 12:44
Sabah Bakıda yağış yağacaq

Sabah Bakıda yağış yağacaq

28 Sentyabr 2026 - 12:30
Yanvar-avqust aylarında 32 mindən çox uşağa reabilitasiya xidmətləri göstərilib

Yanvar-avqust aylarında 32 mindən çox uşağa reabilitasiya xidmətləri göstərilib

28 Sentyabr 2026 - 12:24
ABŞ-da Apple şirkətinə qarşı 5,7 milyard dollarlıq patent cəriməsi

ABŞ-da Apple şirkətinə qarşı 5,7 milyard dollarlıq patent cəriməsi

28 Sentyabr 2026 - 12:12
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.