"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

İki paytaxt arasında böyük siyasi barter – növbə Bakıya da çata bilər

25 Noyabr 2016 - 09:21
in XƏBƏR LENTİ
FacebookVatsap
İki paytaxt arasında böyük siyasi barter – növbə Bakıya da çata bilər

Azərbaycanın da daxil olduğu region mühüm gəlişmə ərəfəsində; Rusiyanın “Su 24” təyyarəsini vurmaqda suçlanan “boz qurdçu”nun işi bağlanır; Türkiyə Krıma investisiya yatırır; Jirinovski Ankaraya hansı mesajı aparıb və Ərdoğan “Qarabağda razılaşdırılmış rayonlar” deyəndə nəyi nəzərdə tutur?..

Bunu da oxuyun

Vens ABŞ-nin Yunanıstandakı səfiri ilə bağlı çağırış edib

Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib

Siciliyanın qərbində nadir ikili tornado müşahidə olunub

 
Dünən – Rusiyanın “Su-24″ qırıcı təyyarəsinin Türkiyə səmasında vurulmasının ildönümü günündə baş vermiş və iki ölkə münasibətlərinə dəxli olan bir neçə hadisə diqqət çəkdi. Biri təyyarə insidenti ilə birbaşa bağlıdır, digəri Kremlin ”danışan dilləri”ndən sayılan Vladimir Jirinovskinin qəfil Türkiyə səfəridir. Üçüncü, dördüncü olay haqda isə az aşağıda yazacağıq.
Ondan başlayaq ki, ildönümü günü rus pilot Oleq Peşkovun ölümündə günahlandırılan “boz qurdçu” Alparslan Çelikin cinayət işinin bağlana biləcəyi xəbəri yayılıb. Belə bir ehtimalı jurnalistlərə açıqlamasında Çelikin vəkili Murad Üstündağ deyib. Onun sözlərinə görə, hələlik cinayətlə bağlı araşdırma aparılır və iş məhkəməyə verilməyib. “Baş prokuror işin məhkəməyə verilməsi, yaxud da  bağlanması haqqında qərar qəbul edəcək. Müdafiə etdiyim şəxs rus pilotunu öldürmədiyini deyir” – vəkil qeyd edib. 
***
Maraqlıdır ki, əvvəllər iki ölkə münasibətlərinin düzəlməsi üçün Moskva tərəfindən üç şərtdən biri kimi ciddi şəkildə irəli sürülən bu məsələni indi Kreml sanki unudub. Onun üstünə getməyə lüzum görmür. Bu da əslində məntiqlidir, çünki Moskva və Ankara barışdan sonra geriyə yox, irəli baxmaqda maraqlıdır və hazırda onların arasında həlli qat-qat vacib olan, hər iki dövlətin regiondakı köklü maraqlarına toxunan məsələlər var.
Söhbət öncəliklə Suriya (Bəşər Əsəd, Hələb, İŞİD) böhranından, PKK-PYD məsələsindən, Qərblə (ABŞ və NATO ilə) ikitərəfli əlaqələrin perspektivinə iki ölkənin münasibətindən, nəhayət, Türkiyə-Rusiya əməkdaşlığını, o sırada hərbi-siyasi tərəfdaşlığını keyfiyyətcə yeni müstəviyə keçirməkdən gedir. Bu, ələlxüsus da Kremlə gərəklidir, çünki ABŞ-Rusiya rəqabəti ən gərgin bir dönəmə girib və NATO üzvü, ABŞ-ın regiondakı əsas müttəfiqi Türkiyə bu rəqabətin sonucuna məxsusi möhür basa bilər.
Image result for NATO USA
Şübhə yox ki, Jirinovskinin Türkiyə səfəri bu xüsusda təsadüfi deyil. Hətta onun açıqlamalarından göründüyü kimi, istisna deyil ki, LDRP lideri qardaş ölkəyə prezident V.Putinin xüsusi tapşırığı (missiyası) ilə gedib. Həmin açıqlamalarda əsas vurğu Ankaranın NATO və ABŞ-dan qopub Rusiya ilə siyasi-hərbi ittifaqa girməsinin, blok yaratmasının, Türkiyə hesabına Avrasiya Birliyinin genişləndirilməsinin vacibliyi qırmızı xətt kimi keçir. Jirinovskiyə görə, Rusiya, Türkiyə, İran və Suriyadan ibarət ittifaq bölgədə əsas gücə çevrilməklə, bir çox mühüm layihələri gerçəkləşdirə bilər.
Image result for Çavuşoğlu
 
Hələlik onun bu kimi təkliflərinə rəsmi Ankaranın hansı mövqe sərgilədiyi bəlli deyil. Lakin V. Jirinovskinin Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşməsi, qardaş ölkənin ünvanına ənənəvi ritorikadan fərqli olaraq, xeyli olduqca xoş sözlər söyləməsi, difirambalar səsləndirməsi özlüyündə az şey demir…
Image result for Jirinovski Türkiye
***
Maraqlıdır ki, bu arada ilhaq edilən Krıma Türkiyənin investisiya yatırmağa başlaması haqda xəbər yayılıb. Belə görünür, tərəflər doğrudan da hansısa böyük siyasi barter (mübadilə) layihəsinin içindədir. Hər necə olmasa, Ankara hər zaman Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyini, Krımın ilhaq olunduğunu, oradakı Krım türklərinin isə sıxışdırıldığını açıq bəyan edib və bu mövqeyi BMT-də, digər beynəlxalq təşkilatlarda mütəmadi, öz səsi ilə təsdiqləyib.
Image result for Kreml
Amma indi Krım “parlamenti”nin deputatı Ruslan Balbekin sözlərindən aydın olur ki, “Krım artıq bir sıra perspektivli investisiya layihələri baxımından türkiyəli iş adamlarının da diqqətini cəlb edib”. Bu barədə o, yarımadaya Türkiyə biznesi nümayəndələrinin gəlişindən sonra bildirib (“Vestnik Kavkaza”). 
Deputatın sözlərinə görə, Krımın Rusiyaya birləşməsindən sonra yarımadaya Türkiyədən bunca nüfuzlu nümayəndə heyəti təşrif buyurmayıb. “Nümayəndə heyətinə biznes-dairələrindən savayı, Türkiyənin hakim partiyasının təmsilçiləri də daxildir. Bu da o deməkdir ki, türkiyəli iş adamlarının Krımda çalışmasını Türkiyə hökuməti də dəstəkləyir” – Balbek iddia edib. Bildirilir ki, Türkiyə nümayəndə heyəti öncə Moskva reysi ilə Simferopola gəlib. Onun tərkibindəki 22 nəfər arasında Türkiyə prezidentinin rəsmi nümayəndəsi İbrahim Erilli və Ankaranın vitse-meri Əhməd Tunc da var.
Image result for Turkey Russia
***
İki ölkə münasibətlərindəki bu kimi son gəlişmələr təbii ki, Azərbaycanın da maraqlarına toxunur. Çünki Türkiyə bizim 1 nömrəli təbii strateji müttəfiqimiz, Qarabağ məsələsində ən prinsipial mövqedə duran dost-qardaş məmləkətdir. Türkiyə-Rusiya münasibətlərində istiləşmə və ya yaxınlaşma isə diqqəti avtomatik şəkildə Dağlıq Qarabağ ixtilafına da yönəldir – hansı məsələ ki, son aylar prezident Rəcəb Tayyib Ərdoğan başda olmaqla, bir sıra yüksək çinli Türkiyə rəsmilərinin dilindən səslənməkdə, Azərbaycanın haqlı mövqeyi dəstəklənməkdə, erməni işğalına tezliklə son verilməsinin vacibliyi vurğulanmaqdadır.
“Dağıq Qarabağda hətta razılaşdırılmış bəzi rayonlar var ki, ermənilər həmin bölgəni tərk etməlidir”. Prezident Ərdoğan bunu təyyarə insidentinin ildönümü günü İstanbul Konqres Mərkəzində baş tutan İslam Əməkdaşlıq Təşkilatı İqtisadiyyat və Ticarət Əməkdaşlığı daimi Komitəsinin (İSEDAK) 32-ci toplantısından sonra azərbaycanlı jurnalistin sualını cavablandırarkən deyib (Axar.az ).
Image result for BMT
“BMT-nin qəbul etdiyi qətnamələr yerinə yetirilməli, Ermənistan işğal etdiyi torpaqları tərk etməlidir. Bu mövzuda BMT Təhlükəsizlik Şurasının qərarları var. Bütün bu qərarlarla bərabər, Qarabağda hətta razılaşdırılımış bəzi rayonlar var ki, ermənilər həmin bölgəni tərk etməlidir. Bu torpaqların əsl sahibi azərbaycanlılardır. Azərbaycanlıların bu ərazilərdə məskunlaşması lazımdır. İşğalla heç nəyə nail olmaq olmaz. Biz Türkiyə olaraq işğala qarşıyıq. Bununla bağlı vasitəçilər var. Onlar öhdələrinə düşəni etməlidir. Arzum odur ki, işğal tez bir zamanda bitsin və azərbaycanlı qardaşlarımız torpaqlarına qovuşsun”.
Image result for Qarabağ
***
 
“Öhdələrinə düşəni etməli olan” vasitəçilərdən biri və birincisi isə Rusiyadır. O Rusiya ki, Türkiyə ilə əlaqələri daha yüksək səviyyəyə qaldırmaq niyyətindədir. Ancaq Qarabağ problemi ədalətli həllini tapmadan bu mümkünmü? Belə görünür, Suriya, Krımla bağlı hansısa gizli anlaşma var, bəs Qarabağ? Sıra ona da çatacaqmı?
Previous Post

İki paytaxt arasında böyük siyasi barter – növbə Bakıya da çata bilər

Next Post

Milyardlıq oğurluqların başında dayanmış Əli Abbasovu qoruyan gizli səbəblər

Bənzər yazılar

Vens ABŞ-nin Yunanıstandakı səfiri ilə bağlı çağırış edib

Vens ABŞ-nin Yunanıstandakı səfiri ilə bağlı çağırış edib

09 Oktyabr 2026 - 23:48

ABŞ-nin vitse-prezidenti Cey Di Vens ölkənin Yunanıstandakı səfiri Kimberli Gilfoyl ilə bağlı irəli sürülən ittihamlar üzrə bütün halların aydınlaşdırılmasını gözləməyə...

Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib

Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib

09 Oktyabr 2026 - 23:20

Panamanın cənubunda 7,6 maqnituda gücündə zəlzələ baş verib. Elchi.az xəbər verir ki, ABŞ Geoloji Xidmətinin məlumatına əsasən, yeraltı təkanların episentri...

Siciliyanın qərbində nadir ikili tornado müşahidə olunub

Siciliyanın qərbində nadir ikili tornado müşahidə olunub

09 Oktyabr 2026 - 23:11

Bu gün İtaliyanın Siciliya adasının qərbindəki Marsala yaxınlığında sahildə nadir ikili su tornadosu yaranıb. Elchi.az "Euronews"a istinadən xəbər verir ki,...

Avropa İttifaqı Azərbaycanın Ukraynaya humanitar yardımını yüksək qiymətləndirib

Avropa İttifaqı Azərbaycanın Ukraynaya humanitar yardımını yüksək qiymətləndirib

09 Oktyabr 2026 - 23:07

Avropa İttifaqı Ukraynaya humanitar yardım göstərdiyinə görə Azərbaycana minnətdarlığını bildirib və ölkənin enerji infrastrukturuna davam edən hücumlar və qışa hazırlıqlar...

Next Post

Milyardlıq oğurluqların başında dayanmış Əli Abbasovu qoruyan gizli səbəblər

Milyardlıq oğurluqların başında dayanmış Əli Abbasovu qoruyan gizli səbəblər

Son xəbərlər

Azərbaycanın sülh, həmrəylik və əməkdaşlıq çağırışları

Azərbaycanın sülh, həmrəylik və əməkdaşlıq çağırışları

10 Oktyabr 2026 - 19:47
Azərbaycanın cüdo nümayəndələri təltif edildi

Azərbaycanın cüdo nümayəndələri təltif edildi

10 Oktyabr 2026 - 17:54
Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər

Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər

10 Oktyabr 2026 - 17:19
İlham Əliyev: Azərbaycanlılar və çeçenlər əsrlər boyu dostluq şəraitində yaşayıblar

İlham Əliyev: Azərbaycanlılar və çeçenlər əsrlər boyu dostluq şəraitində yaşayıblar

10 Oktyabr 2026 - 16:28
Prezident İlham Əliyev və Ramzan Kadırov “Bakı Ağ Şəhər”də olublar

Prezident İlham Əliyev və Ramzan Kadırov “Bakı Ağ Şəhər”də olublar

10 Oktyabr 2026 - 16:14
Prezident İlham Əliyev Ramzan Kadırovu qəbul edib

Prezident İlham Əliyev Ramzan Kadırovu qəbul edib

10 Oktyabr 2026 - 15:48
DSMF vətəndaşların pensiya kapitallarında dəyişikliklərin baş verməsinin səbəbini açıqlayıb

DSMF vətəndaşların pensiya kapitallarında dəyişikliklərin baş verməsinin səbəbini açıqlayıb

10 Oktyabr 2026 - 15:20
Şahbaz Şərif İlham Əliyevə zəng edib

Şahbaz Şərif İlham Əliyevə zəng edib

10 Oktyabr 2026 - 14:01
İsmayıllıda ev və köməkçi tikili yanıb

İsmayıllıda ev və köməkçi tikili yanıb

10 Oktyabr 2026 - 13:50
EYBA-nın payız konfransının iştirakçıları konsert proqramında iştirak ediblər – FOTO

EYBA-nın payız konfransının iştirakçıları konsert proqramında iştirak ediblər – FOTO

10 Oktyabr 2026 - 13:30
Sabahın havası açıqlanıb

Sabahın havası açıqlanıb

10 Oktyabr 2026 - 13:11
Madina Kaisinova dünya çempionatında mübarizəni dayandırdı

Madina Kaisinova dünya çempionatında mübarizəni dayandırdı

10 Oktyabr 2026 - 13:00
Azərbaycanın İsveçdəki səfiri SSANA nümayəndələri ilə görüşüb

Azərbaycanın İsveçdəki səfiri SSANA nümayəndələri ilə görüşüb

10 Oktyabr 2026 - 12:49
NATO-dan Putinin kəskin xəbərdarlığına cavab: Kalininqradı blokadaya almayacağıq

NATO-dan Putinin kəskin xəbərdarlığına cavab: Kalininqradı blokadaya almayacağıq

10 Oktyabr 2026 - 12:21
Camal Qamzatxanov dünya çempionatına qələbə ilə başladı

Camal Qamzatxanov dünya çempionatına qələbə ilə başladı

10 Oktyabr 2026 - 12:00
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.