"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Milyardlıq oğurluqların başında dayanmış Əli Abbasovu qoruyan gizli səbəblər

25 Noyabr 2016 - 09:23
in XƏBƏR LENTİ
FacebookVatsap

Bunu da oxuyun

“MS Now”: Ağ Evin yeni mətbuat katibi ilk brifinqdən sonra işdən çıxarılmaqla hədələnib

SEPAH: Hörmüzdən icazəsiz keçən neft tankerində yanğın baş verib

Böyük Britaniyanın səfiri İran XİN-ə çağırılıb

Milyardlıq oğurluqların başında dayanmış Əli Abbasovu qoruyan gizli səbəblər    Sabiq nazirin türməyə girməsinə, hakim qarşısında dayanmasına mane olan kim(lər)di; “Rabitə çetesi”nin başı kimi Vidadi Zeynalovun göstərilməsi, gələcəkdə daha böyük talançılığı stimullaşdırır

 
Bakı Ağır Cinayətlər Məhkəməsində “Rabitə işi” davam edir. Hər keçən məhkəmə prosesi büdcədən oğurluqların hansı səviyyədə olmasını daha aydın şəkildə ortaya qoyur. Rəqəmlər çox böyükdür, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə (RYTN) büdcədən ayrılan 100 milyonlarla manat oğurlanıbdır!
 
 
Prosesi izləyənlərdə belə təəssürat yaranır ki, oğurluqları böyük ölçüdə edənləri sadəcə həbs etmirlər. Oğurluqların baş tutmasında vasitəçi olanlar isə həbs edilə bilənlər kateqoriyasına aiddirlər.  
 “Rabitə işi”nə görə məhkəmə qarşısına çıxarılanlar sırasında RYTN-in sabiq aparat rəhbəri Vidadi Zeynalovun da adı var. Rəsmi ittihamda nazirliyin sabiq əməkdaşları “dəstə” adlandırılır və nə qədər qəribə olsa da, bu dəstənin başçısı kimi Əli Abbasov deyil, Vidadi Zeynalov göstərilir. Niyə axı Zeynalov? Əli Abbasov ortadadır axı!
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə dövlət büdcəsindən ayrılmış vəsaitlərin və nazirliyin tabeliyində olan müəssisələrdən daxil olan gəlirlərin sərəncamvericisi ovaxtkı nazir Əli Abbasov olub. Bu sadə həqiqəti ittiham aktında yazmamaqla gizlətmək mümkün deyil. RYTN-dən böyük oğurluqlar olubsa, elə ən böyük oğru da həmin Əli Abbasovun özü olmayıb? 
Vəsaitlərin necə mənimsənilməsini sübut edən kifayət qədər dəlillər istintaq materiallarında yer alır. İttiham aktında Əli Abbasovun 10 il ərzində baş verən büdcə oğurluqlarına seyrçi münasibət sərgilədiyini ortaya qoyur.
Image result for BTRİB
 
Bu hərəkətsizlik Əli Abbasovun ciblərinin, bank hesablarının aşıb-daşması, Bakıda, rayonlardakı səfalı guşələrdə bir-biri ilə bər-bəzəkdə, otaqların, mərtəbələrin sayında bəhsə girən villaların sahibinə çevrilməsində rol oynamayıb? 
Əgər bu məsələ hüquqi müstəviyə keçirilsə, Əli Abbasov çoxdan məhkəmə qarşısına çıxarılmışdı. Bu gün “Rabitə işi”ndə Əli Abbasovun yoxluğu, onun əvəzində Vidadi Zeynalovun önə çıxarılması gələcəkdə büdcənin daha çox talan edilməsi üçün də bir örnəkdir. Bu və ya digər nazir düşünəcək ki, 100 milyon azdır, qoy 200 milyon oğurlayım, tutulan mən olmayacağam ki…
Biz əsla Vidadi Zeynalova və digərlərinə haqq qazandırmırıq. Onlar ən iri büdcə siçovullarındandır. Dövlət malını, xalqın milyardlarla vəsaitini ata malı kimi yeyib dağıdıblar. Əslində Vidadi və onun kimi dələduzlar qanunla ən ağır cəzaya məhkum edilməlidirlər. Fəqət onların başında dayanan şəxs və ya şəxslər onlardan artıq cəzalandırılmalıdır.
Image result for RYTN-in
Bu gün vaxtilə RYTN-in rəhbərliyində çalışmış, nazir olaraq Əli Abbasovun ətrafında olmuş vəzifəli şəxslərin hamısı cinayət işlərində təqsirləndirilən şəxs statusundadırlar. Əli Abbasov isə dünyanın hansısa nöqtəsindəki imarətində əyləşib, Azərbaycan dövlətinin büdcəsindən oğurlanan pulları saymaqla, günün sonuna qədər kefi istədiyi kimi xərcləməklə şad-xürrəm yaşamını davam etdirir.
Bakıda isə “Rabitə işi” davam edir. Bütün oxlar son nəticədə Əli Abbasova yön alır. İfadələr “Əli Abbasov dedi, biz fiber optik kabeli bu qiymətə alıb, o qiymətə rəsmiləşdirdik” şəklindədir. Hakimlər isə sanki eşitmirlər.
Belə söhbətlər var ki, Əli Abbasovun həbs olunmasının gizli səbəbləri var. Amma səbəblərin nədən ibarət olduğu da bilinmir. Bu məqamı aydınlaşdırmaq istəyi də görünmür. Hər halda, bu istiqamətdə heç bir araşdırma getmir.
Bu gün də Əli Abbasovun yaxınlarının adına olan şirkətlərin talançılığının ayrıca cinayət işində araşdırılması zərurətinin nədən yarandığı bilinmir. Ötən il Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi RYTN sistemində həyata keçirdiyi yoxlamalardan sonra nazirliyin bir sıra əməkdaşlarına cinayət işi başlanıb. Eyni nazirlikdə, eyni rəhbərin gözü qarşısında və susqun razılığı ilə baş tutan talançılıq nədən ayrıca icraatda araşdırılmalıdır?
 
Əli Abbasovun ayrıca cinayət işinə təqsirləndirilən şəxs statusunda deyil, dəfələrlə şahid qismində dəvət olunması doğru addımdırmı? 
Dövriyyəyə belə məlumatlar da buraxılır ki, Əli Abbasovun, Eldar Mahmudovun bu gün istintaqdan kənar qalmalarının səbəbi oğurlanmış milyardlarla büdcə pulunun geri qaytarılmasına xidmət edir.
Guya Əli Abbasovla Eldar Mahmudovu həbs etsələr, həmin pulların geri qaytarılması mümkün olmayacaq.
Image result for 100 milyon manat
 
Axı bu nağıllara kim inanır? 
Əli Abbasov nazir statusundan təqsirləndirilən şəxs statusuna keçirilsəydi, bu gün RYTN xətti ilə büdcədən oğurlanan 100 milyonlarla manatın geri qaytarılması üçün yaxşı səbəb olardı. Təəssüf ki, belə deyil. Böyük oğurluqların başında olmuş Əli Abbasovun situasiyası bir nümunədir – bacardığın qədər çox oğurla və azadlıqda qal.
Hazırda həmin cinayət işinin hansı mərhələdə olduğunu dəqiqləşdirmək üçün Baş Prokurorluğun mətbuat xidməti ilə əlaqə saxladıq. Xidmətdən sorğumuza yazılı şəkildə verilən cavab  belə oldu:
“Sabiq rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov barəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işinin başlanması barədə yayılan məlumatlar həqiqəti əks etdirmir. Haqqında söhbət açılan cinayət işi Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin ayrı-ayrı vəzifəli şəxsləri barəsində istintaqı aparılmış cinayət işinin materiallarından ayrıca icraata ayrılmış cinayət işidir. Hazırda həmin iş üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir”.
Image result for Əli Abbasov
Xatırladaq ki, sabiq nazir Əli Abbasovun adının şahid kimi keçdiyi cinayət işi Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq yüksək rütbəli əməkdaşları barədə başlanmış cinayət işindən ayrılıb və ayrıca icraata verilib. Cinayət Məcəlləsinin 179.3.1-ci (mənimsəmə və ya israf etmə, mütəşəkkil dəstə tərəfindən törədildikdə), 179.3.2-ci (mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə), 29, 179.3.1-ci (mənimsəmə və ya israf etməyə cəhd, mütəşəkkil dəstə tərəfindən törətməyə cəhd), 29, 179.3.2-ci (mənimsəmə və ya israf etməyə cəhd, külli miqdarda törətməyə cəhd), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirləndirilirlər.
Previous Post

Milyardlıq oğurluqların başında dayanmış Əli Abbasovu qoruyan gizli səbəblər

Next Post

Rusiya mətbuatı: “Putin, Ərdoğan, Tramp birləşib dünyanı xilas etməlidir”

Bənzər yazılar

“MS Now”: Ağ Evin yeni mətbuat katibi ilk brifinqdən sonra işdən çıxarılmaqla hədələnib

“MS Now”: Ağ Evin yeni mətbuat katibi ilk brifinqdən sonra işdən çıxarılmaqla hədələnib

13 Oktyabr 2026 - 23:56

Ağ Evdə ABŞ Prezidentinin yeni mətbuat katibi Keti Zakariyanın ilk brifinqindən narazı qalıblar və onun tezliklə işdən çıxarıla biləcəyini mümkün...

SEPAH: Hörmüzdən icazəsiz keçən neft tankerində yanğın baş verib

SEPAH: Hörmüzdən icazəsiz keçən neft tankerində yanğın baş verib

13 Oktyabr 2026 - 23:19

İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri (HDQ) Hörmüz boğazının şərqində qaydaları (Tehranın elan etdiyi qaydalar-red.) pozan bir...

Böyük Britaniyanın səfiri İran XİN-ə çağırılıb

Böyük Britaniyanın səfiri İran XİN-ə çağırılıb

13 Oktyabr 2026 - 22:55

Böyük Britaniyanın İrandakı səfiri Hüqo Şorter Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb. Elchi.az  IRIB-yə istinadən xəbər verir ki, buna səbəb "RAF...

Laos Prezidenti BDU-nun tələbələri ilə görüşüb

Laos Prezidenti BDU-nun tələbələri ilə görüşüb

13 Oktyabr 2026 - 21:31

Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulit Bakı Dövlət Universitetinin (BDU) tələbələri ilə görüşüb. Bu barədə Elchi.az - a BDU-nun...

Next Post

Rusiya mətbuatı: “Putin, Ərdoğan, Tramp birləşib dünyanı xilas etməlidir”

Rusiya mətbuatı: “Putin, Ərdoğan, Tramp birləşib dünyanı xilas etməlidir”

Son xəbərlər

“MS Now”: Ağ Evin yeni mətbuat katibi ilk brifinqdən sonra işdən çıxarılmaqla hədələnib

“MS Now”: Ağ Evin yeni mətbuat katibi ilk brifinqdən sonra işdən çıxarılmaqla hədələnib

13 Oktyabr 2026 - 23:56
SEPAH: Hörmüzdən icazəsiz keçən neft tankerində yanğın baş verib

SEPAH: Hörmüzdən icazəsiz keçən neft tankerində yanğın baş verib

13 Oktyabr 2026 - 23:19
Böyük Britaniyanın səfiri İran XİN-ə çağırılıb

Böyük Britaniyanın səfiri İran XİN-ə çağırılıb

13 Oktyabr 2026 - 22:55
Laos Prezidenti BDU-nun tələbələri ilə görüşüb

Laos Prezidenti BDU-nun tələbələri ilə görüşüb

13 Oktyabr 2026 - 21:31
Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası olacaq

Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası olacaq

13 Oktyabr 2026 - 21:29
“Gəncə” FIBA Avropa Kubokundakı ilk ev oyununda uduzub

“Gəncə” FIBA Avropa Kubokundakı ilk ev oyununda uduzub

13 Oktyabr 2026 - 21:26
Tramp: ABŞ Ukrayna ilə kəşfiyyat məlumatlarını bölüşməyi dayandırmayıb

Tramp: ABŞ Ukrayna ilə kəşfiyyat məlumatlarını bölüşməyi dayandırmayıb

13 Oktyabr 2026 - 21:24
KİV: Polşa Starlink stansiyasına hücumun arxasında Rusiyanın dayandığını iddia edir

KİV: Polşa Starlink stansiyasına hücumun arxasında Rusiyanın dayandığını iddia edir

13 Oktyabr 2026 - 19:23
Venesuela xarici işlər naziri Uruqvayı daxili işlərinə müdaxilə etməkdə günahlandırdı

Venesuela xarici işlər naziri Uruqvayı daxili işlərinə müdaxilə etməkdə günahlandırdı

13 Oktyabr 2026 - 19:12
Niderlandın xarici işlər naziri Azərbaycana səfər edəcək

Niderlandın xarici işlər naziri Azərbaycana səfər edəcək

13 Oktyabr 2026 - 18:53
Azərbaycan HDQ komandanı İtaliyaya səfər edib

Azərbaycan HDQ komandanı İtaliyaya səfər edib

13 Oktyabr 2026 - 18:45
Özbəkistan Prezidenti AQEM sammitində iştirak etmək üçün Bakıya gələcək

Özbəkistan Prezidenti AQEM sammitində iştirak etmək üçün Bakıya gələcək

13 Oktyabr 2026 - 18:34
Yaponiya silah ixracı üzrə vahid struktur yaradacaq

Yaponiya silah ixracı üzrə vahid struktur yaradacaq

13 Oktyabr 2026 - 18:31
Prezidentin sosial şəbəkə hesablarında Laos Prezidentinin Azərbaycana səfəri ilə bağlı videoçarx paylaşılıb

Prezidentin sosial şəbəkə hesablarında Laos Prezidentinin Azərbaycana səfəri ilə bağlı videoçarx paylaşılıb

13 Oktyabr 2026 - 18:25
Azərbaycan Laos münasibətləri yeni mərhələdə

Azərbaycan Laos münasibətləri yeni mərhələdə

13 Oktyabr 2026 - 18:24
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.