"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home MƏDƏNİYYƏT

“İfrat dərəcədə mədəniyəm” – ELÇİN MİRZƏBƏYLİ

18 Avqust 2014 - 23:18
in MƏDƏNİYYƏT
FacebookVatsap

“Xalq Cəbhəsi” qəzetinin Baş redaktoru,  şair Elçin Mirzəbəyli 1937.az saytında  “ÖZÜNÜ TƏNQİD ET”1408368833elcineziz layihəsinin qonağ olub:

Nə özünütərifdə səmimiyyət var, nə də özünütənqiddə. Bu səbəbdən də nə yazacağımı bilmirəm…

Özümü heç vaxt tərifləməmişəm. Əslində, buna heç ehtiyacım da olmayıb. Heç özümü tənqid də etməmişəm. Ara-sıra, tək qalmaq imkanım olanda və həyatımda nələrinsə öz yolunda olmadığını görəndə həyatımı, yaradıcılığımı tamamilə kənar bir şəxs kimi təhlil edirəm. Nəticəni başqalarına açıqlamıram. Çünki əldə etdiyim nəticənin başqalarına heç bir aidiyyəti yoxdur.

Yaradıcılığımı təhlil edə bilmərəm. O zaman gərək hər şeyi alt-üst edim. Bu gün yazdığımı sabah bəyənmirəm. Əksər hallarda belə olur. Adətən, köhnə yazılarıma qərəzli münasibətimin heç köklü səbəbi də olmur. Sadəcə, xoşuma gəlmir, vəssəlam.

Ən böyük səhvim yalanlara inanmamağım və özümü inanırmış kimi göstərməyimdir. Yalanlara inanmamağım həyatımı çətinləşdirir… Özümü inanırmış kimi göstərməyim isə yalan danışan şəxsin reallıqdan uzaq düşməsinə zəmin yaradır. O, məni aldatdığını düşünür, lakin illərdən sonra, danışdığı yalanların heç bir nəticə vermədiyini, yalnız öz həqiqətimlə, öz prinsiplərimlə hərəkət etdiyimi görəndə səhv etdiyinin fərqinə varır. Bu zaman çox gec olur.

Kəsəsi, mən yalanlara inandığımı nümayiş etdirməklə yalançıların özlərini illər uzunu aldatmalarına imkan verirəm. Başa düşürəm, çox insafsız davranışdır… Amma neyləmək olar, mən də beləyəm.

Xarakterimdəki ən böyük çatışmazlıq çöx mühüm məsələlərlə bağlı qərarlarımı bir an içində verməyim, çox kiçik və bəzən də əhəmiyyətsiz məsələlər haqqında uzun müddət düşünməyim, qərarsız qalmağımdır. Daha bir mənfi cəhətim hətta məni sevməyən, arxamdan min oyun çevirən, mənə min yol xəyanət edən insanlardan ayrıla bilməməyimdir.

Nəinki alışdığım insanlardan, hətta köhnə əşyalarımdan belə qopmağa çətinlik çəkirəm. Məsələn, köhnə ayaqqabılarımı hər zaman yenilərindən daha çox sevirəm, imkan düşdükcə istifadə etməyə çalışıram.

Daha bir problemim ifrat dərəcədə səbrli olmağım və şəxsən mənim özümə qarşı böyük səhvlərə yol verən insanları bağışlamağım, baş verənləri qısa bir zaman ərzində unutmağımdır. İşinə, ideallarına, prinsiplərinə xəyanət edən adamları isə heç vaxt bağışlamıram. Çırpdığım qapını yenidən açmağım mümkün deyil. Tərk etdiyim yerə hətta qonaq kimi də getmirəm. Məni tanıyanlar bunu yaxşı bilir.

Yaradıcılığıma münasibətdə tənbələm, amma şanslıyam. Çox gözəl dostlarım var və onlar məni təmənnasız olaraq sevirlər.

Bəzən mənə saysız-hesabsız pisliklər edən insanlara qarşı həddən artıq humanist davranıram, onlara göstərdiyim diqqəti məni sevənlərə və sevdiklərimə göstərmirəm. Yaxşı cəhət deyil, bilirəm. Lakin bu mənim həyat fəlsəfəmdən qaynaqlanır. Bir insanın ona edilən yaxşılıqların müqabilində nə qədər pislik edə biləcəyinin sərhədini müəyyənləşdirmək istəyirəm. İnsanın sonsuza qədər pis olacağına inanmıram. Bütün bunlar zamanımı alır və sevdiyim insanların məndən inciməsinə səbəb olur.

İşimi çox sevirəm, bəzən aşırı dərəcədə. Bu isə şəxsi həyatıma öz mənfi təsirini göstərir.

Uzaqdan həddən artıq rəsmi və quru adam təsiri bağışlayıram. Bir çox hallarda bu, insanların mənimlə məsafə saxlamalarına səbəb olur. Amma məni tanıyanlar yaxşı bilirlər ki, kifayət qədər ünsiyyətciləm.

Birini də yazım: Aqil Abbas deyir ki, sən ifrat dərəcədə mədəni adamsan. O qədər mədənisən ki, söyüş söysən, bundan yaxşıdır.  Bir az mübaliğəli desə də, haqlıdır. Əslində, etik prinsplərə ən kiçik detallarına kimi əməl etməyim mənə çox mane olur. Bəziləri bundan sui-istifadə etməyə çalışır və bəzən edirlər də.

Dəyişməyim isə mümkün deyil. Bu yaşdan sonra xarakterimi, həyat tərzimi dəyişmək niyyətində deyiləm.

Bu qədər…

– See more at: http://1937.az/yeni/view/4003#sthash.LSupc9ae.dpuf

Bunu da oxuyun

Lusern sarayında Azərbaycan musiqiləri səsləndirildi – FOTO

Akademik Musiqili Teatrda “Balaca şahzadə” tamaşası nümayiş olundu

“4-cü Bakı Müasir Musiqi Günləri” Festivalı keçiriləcək

Previous Post

“İfrat dərəcədə mədəniyəm” – ELÇİN MİRZƏBƏYLİ

Next Post

İran təkzib edir

Bənzər yazılar

Lusern sarayında Azərbaycan musiqiləri səsləndirildi – FOTO

Lusern sarayında Azərbaycan musiqiləri səsləndirildi – FOTO

02 İyun 2026 - 16:12

Çexiyanın paytaxtı Praqanın mərkəzində yerləşən Lusern sarayında (Palac Lucerna) 28 May – Azərbaycan Respublikasının Müstəqillik Gününə həsr olunan konsert keçirilib....

Akademik Musiqili Teatrda “Balaca şahzadə” tamaşası nümayiş olundu

Akademik Musiqili Teatrda “Balaca şahzadə” tamaşası nümayiş olundu

02 İyun 2026 - 12:05

Həm neft-qaz sektorunda, həm də bərpa olunan enerji sahəsində artıq asan əldə edilən imkanların böyük hissəsi istifadə olunub. Bu sahələrdə...

“4-cü Bakı Müasir Musiqi Günləri” Festivalı keçiriləcək

“4-cü Bakı Müasir Musiqi Günləri” Festivalı keçiriləcək

16 May 2026 - 00:31

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi, Bakı Müasir Musiqi Cəmiyyətinin təşkilatçılığı ilə 18-24 may...

Kinematoqrafçılar İttifaqına sədr seçilməsi üçün qurultayın tarixi məlum olub

Kinematoqrafçılar İttifaqına sədr seçilməsi üçün qurultayın tarixi məlum olub

08 May 2026 - 16:55

Azərbaycan Kinematoqrafçılar İttifaqına yeni sədr seçilməsi üçün qurultayın keçiriləcəyi tarix məlum olub. Elchi.az xəbər verir ki, idarə heyətinin bugünkü iclasında qurultayın mayın 26-da...

Next Post

İran təkzib edir

İran təkzib edir

Son xəbərlər

SEPAH Küveyt aeroportunun ABŞ-nin “Patriot” HHM sistemi tərəfindən vurulduğunu iddia edir

SEPAH Küveyt aeroportunun ABŞ-nin “Patriot” HHM sistemi tərəfindən vurulduğunu iddia edir

03 İyun 2026 - 23:18
Minifutbol üzrə Avropa çempionatında ilk finalçı bəlli olub

Minifutbol üzrə Avropa çempionatında ilk finalçı bəlli olub

03 İyun 2026 - 23:11
ABŞ və Çin 30 milyard dollar dəyərində mallara rüsumları qarşılıqlı ləğv edə bilər

ABŞ və Çin 30 milyard dollar dəyərində mallara rüsumları qarşılıqlı ləğv edə bilər

03 İyun 2026 - 23:00
Qırğızıstan ilk dəfə BMT Təhlükəsizlik Şurasının üzvü seçilib

Qırğızıstan ilk dəfə BMT Təhlükəsizlik Şurasının üzvü seçilib

03 İyun 2026 - 21:40
Narkotikin təsiri altında olan sürücü həbs edilib

Narkotikin təsiri altında olan sürücü həbs edilib

03 İyun 2026 - 21:38
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi vəfat edib

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi vəfat edib

03 İyun 2026 - 21:37
Pezeşkian: Dünya bazarında səmərəli iştirakı gücləndirmək lazımdır

Pezeşkian: Dünya bazarında səmərəli iştirakı gücləndirmək lazımdır

03 İyun 2026 - 21:36
Rubio: TRIPP Azərbaycan və Ermənistan üçün əhəmiyyətli imkanlar yaradacaq

Rubio: TRIPP Azərbaycan və Ermənistan üçün əhəmiyyətli imkanlar yaradacaq

03 İyun 2026 - 21:34
Azərbaycandakı internet trafikində botların payı kəskin azalıb

Azərbaycandakı internet trafikində botların payı kəskin azalıb

03 İyun 2026 - 20:18
Zelenski Ankarada NATO sammitində iştirak edəcək

Zelenski Ankarada NATO sammitində iştirak edəcək

03 İyun 2026 - 20:15
“Apple” bir ayda Azərbaycanın mobil cihaz bazarındakı payının təqribən 19 %-ni itirib

“Apple” bir ayda Azərbaycanın mobil cihaz bazarındakı payının təqribən 19 %-ni itirib

03 İyun 2026 - 20:12
Azərbaycan səfiri etimadnaməsinin surətini Bəhreynin XİN rəhbərinə təqdim edib

Azərbaycan səfiri etimadnaməsinin surətini Bəhreynin XİN rəhbərinə təqdim edib

03 İyun 2026 - 20:08
MDB Dövlət Xəbər Agentlikləri Rəhbərləri Şurasının növbəti iclası keçirilib

MDB Dövlət Xəbər Agentlikləri Rəhbərləri Şurasının növbəti iclası keçirilib

03 İyun 2026 - 20:07
Əməyin mühafizəsi sahəsində beynəlxalq təcrübə müzakirə olundu

Əməyin mühafizəsi sahəsində beynəlxalq təcrübə müzakirə olundu

03 İyun 2026 - 19:28
İmişlidə güclü yanğın: iki rayondan dəstək gəldi

İmişlidə güclü yanğın: iki rayondan dəstək gəldi

03 İyun 2026 - 19:18
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  
« May    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.