Almaniyanın aparıcı iqtisadi beyin mərkəzlərindən biri olan İqtisadiyyat Araşdırmaları İnstitutu yüksək inflyasiyanın istehlak xərclərinə mənfi təsiri səbəbindən bu il üçün artım proqnozunu aşağıya doğru yenidən nəzərdən keçirib.
Elchi.az xəbər verir ki, Qərargahı Münhendə yerləşən İqtisadi Tədqiqatlar İnstitutu (Ifo), mart ayında paylaşdığı Almaniya iqtisadiyyatı üçün 2023-2024-cü illəri əhatə edən artım proqnozlarını yeniləyib.
Ifo bu il üçün Ümumi Daxili Məhsulun (ÜDM) artım proqnozunu mənfi 0,1 faizdən mənfi 0,4 faizə, 2024-cü il üçün artım proqnozunu isə 1,7 faizdən 1,5 faizə endirib.
Ifo keçən il 6,9 faiz, may ayında isə 6,1 faiz olan inflyasiyanın bu il orta hesabla 5,8 faiz olacağını, 2023-cü ildə isə 2,1 faizə enəcəyini gözləyir.
Qeyri-adi yüksək inflyasiya səbəbiylə bu il xüsusi istehlakın 1,7 faiz azalacağını bildirən Ifo hesabatında 2024-cü ildə özəl istehlakın 2,2 faiz artacağı proqnozlaşdırılır.
Şayəstə Hüseynova