"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home MANŞET

İbrahim RÜSTƏMLİ: “Cəbhə xəbərlərilə daim ehtiyatlı davranmaq lazımdı”

07 Sentyabr 2015 - 13:41
in MANŞET
FacebookVatsap

10670057_1508467646093604_5071302303899199900_nDövlətin mediaya göstərdiyi dəstəyin nəticəsidir ki, hazırda Azərbaycan mətbuatı bir çox inkişaf etmiş dünya ölkələrinin media quruluşları ilə müqayisə olunacaq səviyyəyə yüksəlib. Buna rəğmən bütün dünya mətbuatında olduğu kimi, Azərbaycan mediasında da bir sıra problemlər mövcuddur. Bu fəsadlar isə daha çox jurnalitsikanın ən həssas qolu olan hərbi jurnalistika ilə əlaqədardır.

Bunu da oxuyun

“Volkswagen” profilini dəyişir: İstehsal xətlərində raket kompleksləri yer alacaq

“Ay bizimdir!” – Trampdan kosmosu silkələyən bəyanat

Üzdəki bu əlamət infarkt və insult riskinə işarə edir

Yəni ölkə mətbuatında hərbi jurnalistika və hərbi maarifləndirmə baxımından ciddi boşluq var.  Qeyri-peşəkar mətbuat nümayəndələri bir çox hallarda hərbi sirləri yayırlar. Bir də görürsən ki, jurnalistlər dövriyyəyə ön xətdən, səngərlərdən, hərbi hissələrdən foto və videolar buraxır, mövqelərimizin yerləşdiyi yerin və yüksək rütbəli zabitlərin adını açıq şəkildə yazırlar. Əlbəttə, bu kimi hərbi sirləri yaymaq yolverilməzdir. Mövcud situasiya göstərir ki, Azərbaycanda hərbi jurnalistika sahəsinin inkişafı olduqca zəruridir. Bu sahədə yazan jurnalistlərin bilik və bacarıqlarının təkmilləşdirilməsi, hərbi biliklərinin artırılması jurnalistlərin informasiya əldə etmək imkanlarının genişləndirilməsində, təhlükəsizlik və müdafiə sektorunda demokratik vətəndaş nəzarətinin həyata keçirilməsində mühüm rol oynayacaq. Əslində hərbi jurnalist anlayışı bu gün hələ də müzakirə olunan və konkret kiməsə şamil edilməsi barədə qərar verilməyən bir sahədir. Bəzi ekspertlər hesab edir ki, hərbi jurnalist olmaq üçün hansısa şərt yoxdur. İstənilən media nümayəndəsi hərbi jurnalist ola bilər. Yəni bunun üçün onun hərbi sahədə bəzi biliklərə yiyələnməsi, silahlı qüvvələr, müdafiə sektoru barədə anlayışının, ən əsası hərbi xidmət barədə əsgəri səviyyədə anlayışının olması lazımdır. Yerdə qalanı isə zamanlıqdır. Yəni zaman özü onu hərbi jurnalist-ekspert kimi yetişdirəcək.

Bu baxımdan hərbi jurnalistikanın indiki durumu, bu sahədəki problemlər və ondan çıxış yolları barədə “Azərbaycan Ordusu” qəzetinin sabiq baş redaktoru, əməkdar jurnalist, ehtiyatda olan polkovnik-leytenant İbrahim Rüstəmlinin münasibətini öyrəndik. O, “Şərq”ə müsahibəsində qeyd etdi ki, çağdaş jurnalistikamızın vəziyyəti necədirsə, hərbi jurnalistikanın durumu da o yerdədi:

“Bunu hərə bir cür qəbul edir, hərə bir cür qarşılayır, amma mən öz müşahidələrimin diktəsinə tamamilə təbii baxıram və inanıram. Yaradıcılıq sonunadək, yorulmadan axtarmaq deməkdi. Bu, kifayət qədər ağır, üzücü və mürəkkəb prosesdi. Hər adam öz çiynini bu yükün altına vermir. O üzdən sözügedən sahədə, şəxsən mən, barmaqla sayılacaq qədər çox az təəssübkeş jurnalist görürəm. Uzunmüddətli xidmətim ərzində qazandığım təcrübə isə ümidlərimin üstündən tez-tez qoşa çarpaz xətt çəkib. İyirmi ildən çox hərbi jurnalistikada təmsil olunan, ancaq bu vaxt ərzində Ordumuzdan bir dənə də olsun yazı yazmayan “diplomlu hərbi jurnalist” tanıyıramsa, deməli, vəziyyət bir o qədər də ürəkaçan deyil. Mən hələ bir yazıda ancaq ad və soyadlarını, bununla da, məkanı dəyişən, bu sahəyə, ümumiyyətlə, “paraşütlə” atılan təsadüfi “jurnalistlərdən” danışmıram. Ancaq bu da məsələnin hamısı deyil. Ortada ciddi yaradıcılıq problemlərinin mövcudluğunu danmaq qeyri-mümkündü. Çiynində par-par yanan ulduzlarınla sən ancaq ətrafındakı sadəlövh adamları aldada bilərsən, amma düşməni yox. Çünki düşmən ulduzlarınla döyüşmür, sənlə döyüşür. Ona görə də bu sahə haqqında ciddi düşünməyə böyük ehtiyac duyuram. Vəziyyət dəyişib. Çevikliyə, təəssübkeşliyə və yaradıcılıq axtarışlarına önəm verilməlidir. Dedi-qoduya, məişət söhbətlərinə yox. Ona-buna şər atmaq, vicdan əzabı çəkmədən barmağını şərəfsizcəsinə namuslu insanların üstünə tuşlamaq, yaradıcılıq deyil, Vətənə xidmət deyil. Ancaq onu da deyim ki, ömrüm boyu ümidsizlik mənimlə yol yoldaşı ola bilməyib. Həmişə önəmli olana doğru getmişəm. Önəmli olan isə hərbi jurnalistikada, sözün həqiqi mənasında, qələmini süngüyə çevirən və bu zaman heç bir təmənna ummayan həmkarlarımdı.

– Hərbi vətənpərvərlik mövzusunda yazan jurnalistlərin və media quruluşlarının fəaliyyəti, eyni zamanda sayı qənaətbəxşdirmi?

– Əlbəttə, xeyr. Say önəmli deyil. Əsas keyfiyyətdi. Bu sahədə ciddi uğurlara imza atan çox az müəllif və media qurumu tanıyıram. Yəni, cəbhədə, məsələn, son günlər müşahidə olunan davamlı gərginliyi biz öz həyatımızda nəinki yaşamırıq, bəzən, ümumiyyətlə, heç hiss etmirik. Özü də bu, köhnəlmiş və dayanıqlı təcrübədi. Lokal yaradıcılıq uğurlarını isə indiki vəziyyətdə heç təsəlli kimi də qəbul etmirəm. Bizim eyni sırada çiyin-çiyinə verib düşmənə qarşı döyüşən vaxtımızdı. Yəni hamımız bir mərkəzdə səfərbər olub informasiya cəbhəsində mobil şəkildə dövlətimizin və xalqımızın müdafiəsinə qalxmalıyıq. Uğur, qələbə yalnız bundan sonra qazanılacaq. Pərakəndəlik, şəxsi ambisiyalar, təcrübəsizlik isə bizə indiyədək gördüklərimizdən də ağır acılar yaşada bilər.

– Hərbi vətənpərvərlikdən yazan jurnalistlərin bu sahə üzrə ixtisaslaşmasına ehtiyac varmı? Varsa, bu iş necə aparılmalıdır? Bunun üçün ayrıca tədris olmalıdırmı?

– İxtisaslaşmaya bütün sahələrdə ehtiyac var. Bu elə bir işdi ki, davamlı və planlı şəkildə, fasiləsiz aparılmalıdır. Məsələn, əgər sən həkimsənsə, təbabətin ən müasir uğurlarını öyrənmədən, əlbəttə, öz xəstələrini sağalda bilməzsən. Həyatımızın dinamikası çox güclüdü və o, öz tərəfində yalnız güclü olanlara yer verir. Yəni bu iş həm fərdi, həm də kompleks şəkildə reallaşdırılmalıdır. Bu isə özündə ilk növbədə insan amilini ehtiva edir. Gərək sən özün də daim axtarışda olasan, öz üzərində işləyəsən, yazdığın sahə ilə dərindən maraqlanasan. Yalnız bundan sonra müəyyən kurslar, mühazirələr və “master klass”lar haqqında danışmaq olar.

– Bəzən jurnalistlər ölkənin milli təhlükəsizliyinə zidd informasiyalar verirlər. Bu, nədən irəli gəlir?

– Bu, bizim ordunun daim yaralı yeri olub. Hər əlinə qələm alan, yaxud bir dəfə cəbhəyə gedən jurnalist özünü müvafiq sahənin mütəxəssisi kimi aparır. Ona görə də əksər məqamlarda bilməyərəkdən ciddi strateji təhriflərə, səhvlərə yol verir. O səhvlər bəzən hətta ölkənin milli təhlükəsizliyinə təhdid yaradır. Ona görə də ordu haqqında yazanlar ilk növbədə öz məsuliyyətlərini dərk etməlidirlər, hansı mövzunun “qulpundan yapışdıqlarını” başa düşməlidirlər. Təcrübəsizliyin ağır fəsadlar yaradacağını unutmamalıdırlar. Bu cür dezinformasiyalar, həm də cəbhədə gecə-gündüz vətənimizin keşiyini çəkən qəhrəman oğullarımızın həyatını ciddi risk altında qoyur. Ümumiyyətlə, cəbhə xəbərlərilə daim ehtiyatlı davranmaq lazımdı. Ən azı ona görə ki, bu xəbərlərdən həmişə barıt qoxusu gəlir.

– Cəbhədə gərginlik baş verərsə və ya bu gərginlik şiddətli xarakter alarsa, jurnalistlər və yaxud media necə davranmalıdır? Çünki ötən il sərhəddə atəşkəs rejimi pozulanda bəzi saytlar “kəndlər boşalır” başlıqlı yazılar verirdilər. Bu məsələlər necə tənzimlənməlidir?

– Bütün bunlar sadəcə bir mərkəzdən koordinasiya edilməlidir. Ümumiyyətlə, hər hansı jurnalistin “kəndlər boşalır” kimi informasiyanı dövriyyəyə buraxması istənilən halda ölkənin strateji maraqlarına cavab vermir. Bu, birbaşa düşmənin ideoloji mübarizəsinə qoşulmaq və qarşı tərəfi təmsil etmək deməkdi. Ola bilsin, o informasiyanı yayan müəllif məsələnin bu qədər ciddi olduğunu axıradək başa düşmür, amma o da var ki, əgər sən öz istedadına və intellektinə güvənmirsənsə, niyə əlinə qumbara götürürsən! Bilmirsən ki, adi bir ehtiyatsızlıq üzündən o hər an partlaya bilər.

– Ölkədə hərbi ekspert qıtlığı yaşanır. Bunu nə ilə izah edərdiniz?

– Açığı, bu barədə heç vaxt ciddi düşünməmişəm. Çünki ekspert qıtlığı məsələsi mənim kompitensiyama aid olan məsələ deyil. Yalnız sizin sualınızdan sonra bu haqda ilk dəfə nəsə demək lazım gəlir. Ancaq düşünürəm ki, biz qıtlığa, yəni kəmiyyətə deyil, keyfiyyətə daha çox diqqət yetirməliyik. Məncə, önəmli olanı budu. Məsələn, son vaxtlar bir sıra saytlara verdiyim müsahibə və açıqlamalarım sosial şəbəkələrdə ciddi müzakirə olunur. Bilən də, bilməyən də özünü ortaya atır. Burada düşünülmüş şəkildə mənə qarşı kampaniya aparan bir qrup da var. Bu qrupun ən fəal üzvləri vaxtilə Xalq Cəbhəsi dövründə hakimiyyəti təmsil edən adamlardı. Onların bu xalqı büsbütün ümidsizliyə sürükləyən yalançı qəhrəmanlığına, canfəşanlığına təəccüblənməmək olmur. Mən özünü və öz sözünü tanıyan adamam. Amma yenə də bir sıra səbəblər üzündən hər şeyi açıq-aydın ifadə edə bilmirəm. Çünki sözümün boynuna çatı keçirənlər çoxdu.

– Ümumiyyətlə, media ilə Müdafiə Nazirliyinin birgə fəaliyyətini necə dəyərləndirirsiniz?

– Məlum səbəblər üzündən bu haqda geniş danışmaq niyyətində deyiləm. Yalnız bircə kəlmə deyə bilərəm ki, Müdafiə Nazirliyi ilə media arasında səmərəli əlaqələrin qurulması günün ən aktual mövzusudu…

Ayyət Əhməd,

“Şərq” qəzeti

Previous Post

İbrahim RÜSTƏMLİ: “Cəbhə xəbərlərilə daim ehtiyatlı davranmaq lazımdı”

Next Post

Sabah 36 dərəcə isti olacaq

Bənzər yazılar

“Volkswagen” profilini dəyişir: İstehsal xətlərində raket kompleksləri yer alacaq

“Volkswagen” profilini dəyişir: İstehsal xətlərində raket kompleksləri yer alacaq

07 Sentyabr 2026 - 18:17

Almaniyanın Osnabrük şəhərindəki "Volkswagen" zavodunun müdafiə sənayesi istehsalat sahəsinə çevrilməsi planlaşdırılır. Elchi.az "Deutschlandfunk"a istinadən xəbər verir ki, "Volkswagen" müəssisəni Aşağı...

“Ay bizimdir!” – Trampdan kosmosu silkələyən bəyanat

“Ay bizimdir!” – Trampdan kosmosu silkələyən bəyanat

07 Sentyabr 2026 - 15:00

ABŞ Prezidenti Donald Tramp Ayı öz ölkəsinin mülkiyyəti elan edib. Elchi.az xəbər verir ki, o, bu barədə "Truth Social" hesabında...

Üzdəki bu əlamət infarkt və insult riskinə işarə edir

Üzdəki bu əlamət infarkt və insult riskinə işarə edir

07 Sentyabr 2026 - 10:35

*Ateroskleroz* jurnalında dərc olunan yeni bir araşdırma, göz ətrafında görünən solğun, qabarıq sarı ləkələrin (ksantelazma) ürək tutması, insult və keçici...

Azərbaycan XİN Esvatini Krallığını Milli Günü münasibətilə təbrik edib

Azərbaycan XİN Esvatini Krallığını Milli Günü münasibətilə təbrik edib

06 Sentyabr 2026 - 10:27

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Esvatini Krallığının müstəqillik gününü təbrik edib. Elchi.az xəbər verir ki, XİN bununla bağlı sosial şəbəkə...

Next Post

Sabah 36 dərəcə isti olacaq

Sabah 36 dərəcə isti olacaq

Son xəbərlər

Azərbaycan neftinin qiyməti 125 dolları ötdü

Azərbaycan neftinin qiyməti 107 dolları ötüb

08 Sentyabr 2026 - 09:16
Türkiyədə ağır qəza olub, ölən və yaralananlar var

Türkiyədə ağır qəza olub, ölən və yaralananlar var

07 Sentyabr 2026 - 23:43
“Oasis”in səsyazma arxivi 2,2 milyon dollara hərraca çıxarılıb

“Oasis”in səsyazma arxivi 2,2 milyon dollara hərraca çıxarılıb

07 Sentyabr 2026 - 23:42
İrlandiyada vətəndaşlıq almaq çətinləşdirilir

İrlandiyada vətəndaşlıq almaq çətinləşdirilir

07 Sentyabr 2026 - 23:17
Messi və Ronaldu Karlos Tevesin vida matçında eyni komandada meydana çıxacaqlar

Messi və Ronaldu Karlos Tevesin vida matçında eyni komandada meydana çıxacaqlar

07 Sentyabr 2026 - 23:14
ABŞ Kubaya 178 milyard dollar zərər vurub

ABŞ Kubaya 178 milyard dollar zərər vurub

07 Sentyabr 2026 - 23:12
Zelenski: ABŞ bu qış Rusiya ilə Ukrayna arasında danışıqları bərpa etmək istəyir

Zelenski: ABŞ bu qış Rusiya ilə Ukrayna arasında danışıqları bərpa etmək istəyir

07 Sentyabr 2026 - 23:09
İran BAEA yoxlamaları üçün ABŞ hücumlarının dayandırılmasını tələb edib

İran BAEA yoxlamaları üçün ABŞ hücumlarının dayandırılmasını tələb edib

07 Sentyabr 2026 - 23:07
Boliviyada hərbi obyektdə partlayış nəticəsində ölənlərin sayı 7-yə çatıb

Boliviyada hərbi obyektdə partlayış nəticəsində ölənlərin sayı 7-yə çatıb

07 Sentyabr 2026 - 21:43
Gürcüstan və Qazaxıstan Orta Dəhlizdə yük dövriyyəsinin artırılmasını müzakirə edib

Gürcüstan və Qazaxıstan Orta Dəhlizdə yük dövriyyəsinin artırılmasını müzakirə edib

07 Sentyabr 2026 - 21:42
“Formula 1″in keçmiş rəhbəri Berni Ekklstounun baqajında ov tüfəngi aşkarlanıb

“Formula 1″in keçmiş rəhbəri Berni Ekklstounun baqajında ov tüfəngi aşkarlanıb

07 Sentyabr 2026 - 21:40
“Neftçi” nigeriyalı hücumçu Adeleke Akinyemini transfer edib

“Neftçi” nigeriyalı hücumçu Adeleke Akinyemini transfer edib

07 Sentyabr 2026 - 20:30
Ərdoğan: Hörmüzdəki düyün açılmadıqca neft qiymətləri hər kəsi çətinliyə salacaq

Ərdoğan: Hörmüzdəki düyün açılmadıqca neft qiymətləri hər kəsi çətinliyə salacaq

07 Sentyabr 2026 - 20:16
Türkiyədə iki tondan çox narkotik ələ keçirilib, 424 nəfər saxlanılıb

Türkiyədə iki tondan çox narkotik ələ keçirilib, 424 nəfər saxlanılıb

07 Sentyabr 2026 - 20:14
Ermənistan və Latviya Aİ ilə readmissiya sazişi üzrə protokol imzalayıb

Ermənistan və Latviya Aİ ilə readmissiya sazişi üzrə protokol imzalayıb

07 Sentyabr 2026 - 20:11
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.