Ermənistan Baş naziri Nikol Paşinyan rəhbəri olduğu Mülki Müqavilə Partiyasının nümayəndələri ilə görüşüb.
Elchi.az Globalinfo.az-a istinadən xəbər verir ki, bu barədə məlumatı “Qraparak” qəzeti öz mənbələrinə istinadən yayıb. Məlumata görə, görüş zamanı Paşinyan onlara Ermənistan üçün çətin zamanların başladığını etiraf edib. O, beynəlxalq ictimaiyyətin artıq İrəvandan Azərbaycanla məsələnin qısa zamanda həll edilməsini və sülh müqaviləsi imzalamasını tələb etdiyini bildirib.
“Hər kəs bu situasiyadan artıq yorulub” – deyə Paşinyan Azərbaycan-Ermənistan konfliktindən danışarkən söyləyib.
Erməni baş nazir həmçinin Ermənistanın yaxın 3 ildə mövcud olmaq şansının status-kvonu uzatmaqdan ibarət olduğunu bildirib. Onun sözlərinə görə, bu üç il ərzində Ermənistan silahlanacaq, güclü olacaq və müxtəlif istiqamətlərdə hərəkət edə biləcək. Bununla belə erməni baş nazir Qarabağda baş verənlərin Rusiyanın ucbatından baş verdiyini söyləyib. O, həmçinin Qarabağın öz müqəddəratını təyinatı məsələsinin qeyri-real olduğunu qeyd edərək, Xankəndinin Azərbaycana reinteqrasiyasının vacib olduğunu söyləyib.
Qüdrət Həsənquliyev ABŞ-İran qarşıdurmasını şərh edib
Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev ARB24-ün canlı efirində ABŞ-İran münaqişəsi ilə bağlı mövcud durumu şərh...





















Son şərhlər