"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home MANŞET

“Hər kəs öz məsuliyyətini dərk etməlidir”

03 Dekabr 2021 - 21:47
in MANŞET
FacebookVatsap

Qüdrət Həsənquliyev: “Təxribatçı qüvvələrin istifadə edə biləcəyi hərəkətlərdən, aksiyalardan çəkinməlidir”

Bunu da oxuyun

Tramp: İrana bombardmanlar bərpa oluna bilər

Kreml ABŞ-a müraciət edib

Trampdan ağcaqanadlarla bağlı FƏRMAN

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyevin müsahibəsini oxucularımıza tqədim edirik

– Qüdrət bəy DSX-nın zabitlərinin ölümü ilə nəticələnmiş vertalyot qəzası ilə bağlı müxtəlif fikirlər səsləndirilir. Siz nə düşünürsünüz?

– Qəza nəticəsində dünyasını dəyişən hərbçilərimizə Allah rəhmət eləsin. Bu ağır itki ilə əlaqədar xalqımıza, şəhidlərimizin yaxınlarına dərin hüznlə başsağlığı verirəm, yaralılara Allahdan şəfa diləyirəm.
Qəza ani yaranan texniki nasazlıqdan, pilotun nə qədər təcrübəli olmasından asılı olmayaraq yol verdiyi ciddi səhfdən, yaxud texniki nasazlığa və qəzaya səbəb olacaq kənar müdaxilədən ola bilər. Biz şərq düşüncəli və emosional bir millət olsaq da belə anlarda soyuqqanlı olmağa çalışmalı və istintaqın nəticəsini gözləməliyik. Əminəm ki, Baş Prokururluq tərəfindən yaradılan istintaq qrupu bütün fərziyyələri ciddi şəkildə araşdıracaq, qəzanın baş vermə səbəbinə aydınlıq gətirəcəkdir.
Atəşkəs elan olunsa da biz müharibə vəziyyətində olan ölkəyik, hələ sülh sazişi imzalanmayıb, danışıqlar gedir. Dövlətimiz müstəqillik tarixinin ən qürurlu və müxtəlif çağırışlarla üzləşdiyi mürəkkəb dövrünü yaşayır. Böyük güclər prosesə qoşulub, hər birinin regionda öz marağı var. Ermənistan və havadarları keçən əsrin 90-cı illərində ölkəmizdə yaranmış siyasi istiqrarsızlıqdan və qarşıdurmadan istifadə edib torpaqlarımızın 20%-ni işğal etdilər. İndi böyük güclərin Qarabağın taleyini, ölkəmizin ərazi bütövlüyünü masa üzərinə daşımaq istədikləri bir dönəmdə hər kəs öz məsuliyyətini dərk etməli, təxribatçı qüvvələrin istifadə edə biləcəyi hərəkətlərdən, aksiyalardan çəkinməlidir.

– Qüdrət bəy 15 dekabrda Brüssüldə keçiriləcək danışıqlardan gözləntiləriniz nədir?

– Ciddi bir gözləntim yoxdur. Qarabağ problemini birdəfəlik və beynəlxalq hüquq çərçivəsində həll etmək üçün Rusiya ilə danışmalı,onu problemin həllinə razı salmalıyıq. 30 il heç kim Ermənistandan tələb etmədi ki, BMT qətnamələrini yerinə yetirsin. İndi də heç kim tələb etmir ki, 10 noyabr sazişinin tələblərini icra etsin. Bizdən və Tükiyədən başqa bütün maraqlı tərəflər “nə hərb, nə sülh” mövqeyindən çıxış edir. Azərbaycan Brüsseldə onu edə bilər ki, ermənilər və qərbli havadarları anlasınlar ki, rus sülhməramlılarına güvənib danışıqları daha 30 il davam etdirməyə imkan verməyəcəyik. Rahat yaşamaq və ölkələrini inkişaf etdirmək istəyirlərsə Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanımalıdırlar. Bundan sonra kommunikasiyalar açıla bilər.Ermənistan bunu etməsə Azərbaycan Laçın dəhlizi daxil bütün sərhəd boyunca nəzarəti öz əlinə almalıdır.

– Qüdrət bəy, Prezident iki gün öncə Emin Hüseynovu “Qarabağ iqtisadi zonası” üzrə özünün səlahiyyətli nümayəndəsi təyin etdi. Bir çoxları bu sərəncamı icra hakimiyyətlərinin ləğvi istiqamətində atılan adım kimi qiymətləndirdi. Siz necə düşünürsünüz?

– Konstitusiyanın 124-cü maddəsinə görə yerlərdə icra hakimiyyətini icra hakimiyyətləri başçıları həyata keçirir. Məhz buna görə Konstitusiyanı dəyişmədən “icra başçıları” sözü dəyişdirilə bilməz.
Konstitusiyanın 95-ci maddəsinə görə, inzibati ərazi bölgüsünü Azərbaycan Respublikasının Milli Məclisi həll edir. Konstitusiyanın 94-cü maddəsinin 21-ci bəndinə görə ərazi quruluşuna dair ümumi qaydaları Milli Məclis müəyyən edir. Bundan başqa 13 iyun 2000-ci ildə qəbul olunmuş “Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında” Azərbaycan Respublikası Qanununun 7.2-ci maddəsində deyilir ki, “Azərbaycan Respublikasının bütün ərazi vahidlərinin qeydə alınması və qeydiyyatdan çıxarılması müvafiq icra hakimiyyəti orqanının təqdimatı əsasında Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən həyata keçirirlir”.
Biz ilk növbədə aydınlaşdırmalıyıq ki, “iqtisadi zonalar” ərazi vahididir ya yox. Ərazi vahidi deyilsə, nədir?
Yeri gəlmişkən qeyd edim ki, 14 aprel 2009-cu ildə “Xüsusi iqtisadi zonalar” haqqında Qanun qəbul edilsə də bu istiqamətdə addım atılmayıb. 18 may 2018-ci ildə “Ələt azad iqtisadi zonası” haqqında Qanun qəbul edilib, normativ-hüquqi baza yaradılıb, amma hər hansı istehsal prosesi haqda məlumat yoxdur.
Prezidentin həm iqtisadi zonaların yaradılması haqqında, həm də Emin Hüseynovun səlahiyyətli nümayəndə təyin edilməsi barədə Sərəncamında Konstitusiyanın 109-cu maddəsinin 32-ci bəndinə istinad edilib. Həmin bənddə qeyd olunur ki, Prezident Milli Məclisin və məhkəmə hakimiyyətinin səlahiyyətlərinə aid edilməyən digər məsələləri icra qaydasında həll edir.
Hesab edirəm “İqtisadi zonalar” və “Dövlət qoruqları” haqqında Konstitusiya ilə ziddiyyət təşkil etməyən qanunlar qəbul edilməli,s əlahiyyətli nümayəndələrin statusu müəyyən olunmalıdır və bu yerlərdə icra hakimiyyətinin həyata keçirilməsi xarakteri daşımamalıdır. Çünki bu Konstitusiya ilə yerli icra hakimiyyətləri başçılarına həvalə olunub.
Yerlərdə dövlət hakimiyyətinin həyata keçirilməsi istiqamətində islahatlar olacaqsa, bu Konstitusiyada və Qanunlarda dəyişikliklər edilməklə həyata keçirilməli, qanunvericiliyin sistemləşdirilməsi yolu ilə kolliziyalar aradan qaldırılmalıdir.
Biz BAXCP olaraq hesab edirik ki, regionların inkişafı üçün bələdiyyələrə yerli hakimiyyət orqanları statusu verilməli və onların səlahiyyətləri genişləndirilməlidir. İcra hakimiyyət başçıları isə Prezidentin səlahiyyətli nümayəndələri kimi Konstitusiyaya nəzarət funksiyasını həyata keçirməlidirlər. Türkiyədəki valilər kimi.

Previous Post

“Hər kəs öz məsuliyyətini dərk etməlidir”

Next Post

ÜST: 38 ölkədə Omicron ştamına yoluxma qeydə alınıb

Bənzər yazılar

Tramp: İrana bombardmanlar bərpa oluna bilər

Tramp: İrana bombardmanlar bərpa oluna bilər

01 Oktyabr 2026 - 17:12

ABŞ Prezidenti Donald Tramp noyabrda Konqresə keçiriləcək aralıq seçkilərdən sonra İrana qarşı bombardmanların bərpa ediləcəyini və gücləndiriləcəyini istisna etməyib. Elchi.az...

Kreml ABŞ-a müraciət edib

Kreml ABŞ-a müraciət edib

01 Oktyabr 2026 - 16:00

"Rusiya ABŞ-ı Ukraynadakı münaqişənin həllini gözləmədən iqtisadi əlaqələri bərpa etməyə çağırır". Elchi.az xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat...

Trampdan ağcaqanadlarla bağlı FƏRMAN

Trampdan ağcaqanadlarla bağlı FƏRMAN

01 Oktyabr 2026 - 15:00

ABŞ Prezidenti Donald Tramp 2028-ci ilə qədər Vaşinqtonda ağcaqanad populyasiyasının 90 faiz azaldılması barədə göstəriş verib. Elchi.az xəbər verir ki,...

Azərbaycanın müdafiə sənayesi yeni imkanlara yol açır

Azərbaycanın müdafiə sənayesi yeni imkanlara yol açır

01 Oktyabr 2026 - 13:17

Azərbaycan təhlükəsizliyini tam təmin etməyi bacaran ölkələr sırasında öz layiqli yerini qoruyur. 44 günlük Vətən müharibəsində dünya ölkəmizin hərbi imkanlarının,...

Next Post
ÜST: 38 ölkədə Omicron ştamına yoluxma qeydə alınıb

ÜST: 38 ölkədə Omicron ştamına yoluxma qeydə alınıb

ÜST: 38 ölkədə Omicron ştamına yoluxma qeydə alınıb

ÜST: 38 ölkədə Omicron ştamına yoluxma qeydə alınıb

Son xəbərlər

Rumıniyada qatarla mikroavtobusun toqquşması nəticəsində 4 nəfər ölüb

Rumıniyada qatarla mikroavtobusun toqquşması nəticəsində 4 nəfər ölüb

01 Oktyabr 2026 - 22:12
Heydər Əliyev Mərkəzi Çin bayrağının rəngləri ilə işıqlandırılıb

Heydər Əliyev Mərkəzi Çin bayrağının rəngləri ilə işıqlandırılıb

01 Oktyabr 2026 - 22:08
Kürdəmirdə 92 nəfərin zəhərləndiyi restoranın fəaliyyəti məhdudlaşdırılıb

Kürdəmirdə 92 nəfərin zəhərləndiyi restoranın fəaliyyəti məhdudlaşdırılıb

01 Oktyabr 2026 - 19:25
Baş Prokurorluq: Hərbi hissəni özbaşına tərk edən Azərbaycan hərbçisi Ermənistanda saxlanılıb, cinayət işi açılıb

Baş Prokurorluq: Hərbi hissəni özbaşına tərk edən Azərbaycan hərbçisi Ermənistanda saxlanılıb, cinayət işi açılıb

01 Oktyabr 2026 - 19:12
Niderland İraqda İŞİD-ə qarşı 12 illik hərbi missiyasını yekunlaşdırıb

Niderland İraqda İŞİD-ə qarşı 12 illik hərbi missiyasını yekunlaşdırıb

01 Oktyabr 2026 - 19:00
Azərbaycanın “Avroviziya 2027”də iştirakı ilə bağlı qərar

Azərbaycanın “Avroviziya 2027”də iştirakı ilə bağlı qərar

01 Oktyabr 2026 - 18:52
“Bavariya” Noyerə alternativ axtarır

“Bavariya” Noyerə alternativ axtarır

01 Oktyabr 2026 - 18:44
Hikmət Hacıyev: Azərbaycan–Avropa İttifaqı tərəfdaşlığı strateji əhəmiyyət daşıyır

Hikmət Hacıyev: Azərbaycan–Avropa İttifaqı tərəfdaşlığı strateji əhəmiyyət daşıyır

01 Oktyabr 2026 - 18:31
Himalayda dəhşətli uçqun: Ölənlərin sayı 15-ə çatdı

Himalayda dəhşətli uçqun: Ölənlərin sayı 15-ə çatdı

01 Oktyabr 2026 - 18:23
Bakıda külək güclənəcək – XƏBƏRDARLIQ

Bakıda külək güclənəcək – XƏBƏRDARLIQ

01 Oktyabr 2026 - 18:15
“Birliyin Gücü – 2026” birgə hərbi təliminin “Yüksək Səviyyəli Müşahidəçi Günü” keçirilib

“Birliyin Gücü – 2026” birgə hərbi təliminin “Yüksək Səviyyəli Müşahidəçi Günü” keçirilib

01 Oktyabr 2026 - 17:59
Naxçıvan Ali Məclisinin deputatının mandatı ləğv edilib

Naxçıvan Ali Məclisinin deputatının mandatı ləğv edilib

01 Oktyabr 2026 - 17:53
Hikmət Hacıyev: Azərbaycan–Avropa İttifaqı tərəfdaşlığı strateji əhəmiyyət daşıyır

Hikmət Hacıyev: Azərbaycan–Avropa İttifaqı tərəfdaşlığı strateji əhəmiyyət daşıyır

01 Oktyabr 2026 - 17:47
Aİ-nin dörd ölkəsində Rusiya pasportlarının qəbulu məhdudlaşdırılıb

Aİ-nin dörd ölkəsində Rusiya pasportlarının qəbulu məhdudlaşdırılıb

01 Oktyabr 2026 - 17:35
AZAL daha bir yeni nəsil “Airbus A321neo” təyyarəsi ilə donanmasını genişləndirib

AZAL daha bir yeni nəsil “Airbus A321neo” təyyarəsi ilə donanmasını genişləndirib

01 Oktyabr 2026 - 17:27
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.