"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home aktual-banner

Hüseynbala Mirələmov haqda sensasion məlumatlar

17 Dekabr 2016 - 15:05
in aktual-banner, Banner, Cebhe-banner
FacebookVatsap

Bunu da oxuyun

Erkən nikahlar sosial bəladır: Sosioloqdan ÇAĞIRIŞ

Odessa yaxınlığında dronla vurulan gəmidən xilas edilən azərbaycanlılar Vətənə yola salınıb

İran ABŞ-la razılaşmaya əməl etmək üçün əsas görmür

Xalqa “az ye” deyən şişman deputat haqda sensasion məlumatlarİnternet axtarış resurslarında “Hüseynbala Mirələmov” yazmaqla, deputatın kim olduğunu öyrənmək an məsələsidir

YAP Xətai Rayon Təşkilatının sədri, deputat Hüseynbala Mirələmovun adı mətbuatda daim neqativ planda, kriminal mövzularda keçib, qanunsuz bizneslə məşğul olması dəfələrlə diqqətə çatdırılıb.
İlkin kapitalının mənbəyi bilinməsə də, kifayət qədər geniş maliyyə imkanlarına malik olan H.Mirələmov sonuncu dəfə də elə mənfi planda ictimai qınaqla üzləşib. Son bahalaşmadan sonra yaranmış sosial gərginliyin üstünə iqtidar deputatları benzin tökür. Bunu qəsdlə edirlər, yoxsa savadsızlığın nəticəsidir – bu, ayrıca mövzunun araşdırmasıdır. Fakt budur ki, xeyli deputat və məmur ağızlarını açanda ölkə bir-birinə dəyir. 
Bu dəfə H.Mirələmov ağzını açıb, gözlərini yumub. Və xalqa xitabən deyib:
“Ayağını yorğanına görə uzat. Azdırsa, az ye, çoxdursa, çox ye. Adamlar var ki, ət, balıq, çörək yemir ki, formada qalsın. Demək istəyirəm ki, çox yemək insanı tez qocaldır. Az yemək lazımdır”.
1945-ci il təvəllüdlü Hüseynbala Mirələmova “cavan qalıb” demək insafsızlıq olar. Əgər ekspertizaya onun fotosunu təqdim etsək və bu şəxsin fotoya görə qidalanması haqda rəy verin desək, yəqin ki, “az yemir, ona ortabab iştahalı da demək olmaz, babat iştahası var, bir oturuma 1 qoyunu yeyib, ayağa qalxar” kimi fikirlər eşidə bilərik. Mirələmov isə yeyir və deyir – az yeyin.
Axı niyə Azərbaycan xalqı az yeməlidir? Niyə orqanizmin normal tələbatını qaydasında yerinə yetirməməli, ödəməməlidir? Siz bu xalqdan deyilsiniz? Özünüz yeyib, xalqa “az yeyin” sözünü necə deyə bilirsiz? Diliniz belə sözləri deməyə necə qatlanır?
Adınızın qabağındakı titullar sizə bu xalqa görə verilməyib? 
Vikipediyada Hüseynbala Mirələmov adının qarşısında belə adlar, titullar bəs deyincədir –  yazıçı, ssenarist, millət vəkili, Azərbaycan Dövlət Neft Akademiyasında kafedra müdiri, texnika elmləri doktoru, professor, Azərbaycan Mühəndislər Akademiyasının müxbir üzvü, Rusiya Mədən Akademiyasının, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, çoxsaylı elmi və bədii əsərlərin müəllifi, “Qızıl qələm”, “Qızıl dərviş”, “Qızıl buta”, “Abdulla Şaiq” və “Rəsul Rza” mükafatları laureatı, Fransa Sənayeçilər Assosiasiyasının “Napoleon” qızıl medalının sahibi. MDB ölkələri üzrə 8 dəfə “İlin direktoru” adına layiq görülmüşdür.
Sizin dərvişliyinizi görən olmayıb. Dərviş dilinə, iştahına sahib, əqidəli ola gərək.
Şair kimi də ortaya babat, yaddaqalan bir şeir qoya bilməmisiz. Ssenariləriniz əsasında qoyulan tamaşalar haqda da xoş söz deyənlər az yeməyənlərdir.
Azərbaycan Qaz Emalı Zavodunda direktor olduğunuz vaxtlarda büdcəni “qazlamağınız” isə az qala hər kəsə bəllidir. 8 dəfə “İlin direktoru” adına layiq görülməyinizin meyarlarını bilməyən var? Belə adların “pulunu ver, adını al” prinsipi əsasında verildiyini kim bilmir ki?
Bu gedişlə “ilin dietoloqu” adına da iddia edə bilərsiz, Hüseynbala müəllim.
Heyf ki, özünüz çox yeyirsiz, üstəlik biznesmen olduğunuzu da iddia edirsiz. Pullar hardandır? Mənbəyini açıqlaya bilərsiz? 
3 dəfə parlamentə düşə bilmisiz. Bu müddətdə 1 dəfə xalqın dərd-sərindən danışmısız ki, indi durub “az ye” şəklində məsləhət verirsiz? Bəs gəlirləriniz haqda deklorasiya necə, vermisiz bu günə qədər?
1-2 il əvvəl Azərbaycandakı sosial-iqtisadi durum haqda sizin adınızdan yazılan palaz-palaz yazılardan xəbəriniz var? Bilirsiz orada nələr “yazırdız”? 
Oxuyan elə bilərdi ki, bu ölkəyə zaval yoxdur. Bu həmin vaxt baş verirdi ki, ağlı başında olan hər kəs böhran adlı bəlanın ölkəni üzük qaşı kimi əhatəyə aldığını bilirdi. Böhranın başımızın üstünü kəsməyində, əlini cibimizdəki qəpik-quruşa uzatmağında sizin kimi az yeməyənlərin rolu o qədər böyükdür ki…
Siz adınızdan belə yazılar dərc olunanda haradasa yeyirdiniz. Bu xalqın kisəsindən formalaşan büdcədən bu gün də yeməkdəsiniz və xalqa “az ye” deməkdən də çəkinmirsiz…
Google axtarış sistemi var –  imkan varsa, yeməkdən başınız ayılanda, ad-soyadınızı daxil edin və barənizdə yazılanlar haqda məlumat alın.
Bilirsiz axtarış nəticəsində üzə çıxan ilk yazı hansıdır?
Başlığı belədir: “Hüseynbala Mirələmov kriminal aləmə dəstək verib?”
Digər başlıq isə Milli Məclisə düşməyiniz haqdadır: “Hüseynbala Mirələmov artıq deputatdır – 5 milyon manatlıq yatırıma”.
Bir başqa yazının başlığı isə “Hüseynbala Mirələmov qardaşı oğlunu söydü”dür. 
 
Necədir?
İndi bu yazıların mövzusu haqda uzun-uzadı yazılar yazmaq, həmin mövzuları davam etdirmək olar. Cəmiyyət üçün bunda fayda da ola bilər. Xalq ona “az ye” deyən deputatın barəsində özlüyündə nəticə çıxarmaq şansı qazanar.
2012-ci ilin iyulun 17-də sizə  məxsus “1001 Gecə” istirahət mərkəzində Ramal Bayramov öldürüldü. Öldürən kənar şəxs deyildi. Qardaşınız oğlu Rəşad Mirələmov Ramal Bayramovu odlu silahdan açdığı atəşlə qətlə yetirib, Səməd Mənsimovu isə yaralamışdı. Mərhumun əmisi Atlıxan Bayramov hadisə zamanı orada olan oğlunuz Fərid Mirələmovun həbsini tələb edirdi.
Həmin günlərdə əsəblərinizin tarıma çəkilməsini necə, unutmamısız ki?
Bax, həmin o yazıya elə 2012-ci ilin isti yay günlərində verdiyiniz cavab da var.
Elə belə də demişdiz: “Mən prokuror deyiləm, müstəntiq deyiləm. Öldürənin də atasına lənət, o birinə də deyəcəm indi. Ağzımı açdırmayın də! Qurtarın də! Əsəblərimi pozmusuz”.
Bu sözləri deyəndə siz yenə də deputat idiniz. Adınızın qarşısında bir xeyli titullar qalaqlanmışdı. Elə o dövrdə də az yemirdiniz…
Previous Post

Hüseynbala Mirələmov haqda sensasion məlumatlar

Next Post

Azərbaycanlı futbolçu Latviyada ilin ən yaxşısı seçildi

Bənzər yazılar

Erkən nikahlar sosial bəladır: Sosioloqdan ÇAĞIRIŞ

Erkən nikahlar sosial bəladır: Sosioloqdan ÇAĞIRIŞ

22 Sentyabr 2026 - 13:39

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Vətəndaş” Tədqiqat və İnkişaf İctimai Birliyi tərəfindən “Əvvəl bilik, sonra...

Odessa yaxınlığında dronla vurulan gəmidən xilas edilən azərbaycanlılar Vətənə yola salınıb

Odessa yaxınlığında dronla vurulan gəmidən xilas edilən azərbaycanlılar Vətənə yola salınıb

15 İyul 2026 - 23:26

Odessa şəhəri yaxınlığında dron hücumuna məruz qalan gəmidən xilas edilən 10 Azərbaycan vətəndaşı bu gün Ukraynadan Vətənə yola salınıb. Elchi.az...

İran ABŞ-la razılaşmaya əməl etmək üçün əsas görmür

İran ABŞ-la razılaşmaya əməl etmək üçün əsas görmür

15 İyul 2026 - 23:22

ABŞ-la qarşılıqlı anlaşma memorandumu onun müddəalarına əməl edildiyi zaman məna daşıyır, əks halda İranın ona riayət etməsi üçün heç bir...

DSX: Gənc əsgərlərin andiçmə mərasimi keçirilib

DSX: Gənc əsgərlərin andiçmə mərasimi keçirilib

14 İyun 2026 - 15:30

Dövlət Sərhəd Xidmətinin (DSX) birləşmə və hərbi hissələrində gənc əsgərlərin andiçmə mərasimi keçirilib. Bu barədə Elchi.az - a DSX-dən məlumat...

Next Post

Azərbaycanlı futbolçu Latviyada ilin ən yaxşısı seçildi

Azərbaycanlı futbolçu Latviyada ilin ən yaxşısı seçildi

Son xəbərlər

Allahşükür Paşazadə Maskat Fəaliyyət Planı Forumunda iştirak edəcək

Allahşükür Paşazadə Maskat Fəaliyyət Planı Forumunda iştirak edəcək

15 Noyabr 2026 - 10:10
ABŞ-də ölkə üzrə aviareyslərin dayanmasının detalları məlum olub

ABŞ-də ölkə üzrə aviareyslərin dayanmasının detalları məlum olub

15 Noyabr 2026 - 10:08
Ebolaya yoluxanların sayı 11 mini keçdi

Ebolaya yoluxanların sayı 11 mini keçdi

14 Noyabr 2026 - 18:09
KİV: Rusiya NATO-nun qüvvələrinin 1997-ci il mövqelərinə qaytarılmasını tələb edir

KİV: Rusiya NATO-nun qüvvələrinin 1997-ci il mövqelərinə qaytarılmasını tələb edir

14 Noyabr 2026 - 18:05
İran AEBA yoxlamalarının bərpası şərtlərini açıqladı

İran AEBA yoxlamalarının bərpası şərtlərini açıqladı

14 Noyabr 2026 - 17:13
Kamran Əliyev argentinalı həmkarları ilə görüşlər keçirib

Kamran Əliyev argentinalı həmkarları ilə görüşlər keçirib

14 Noyabr 2026 - 17:02
Bolqarıstan Ukraynaya hərbi yardımı dayandırıb

Bolqarıstan Ukraynaya hərbi yardımı dayandırıb

14 Noyabr 2026 - 15:40
Hörmüz boğazında daha bir neft tankeri minaya düşərək yanıb

Hörmüz boğazında daha bir neft tankeri minaya düşərək yanıb

14 Noyabr 2026 - 15:14
Azərbaycan–Birləşmiş Krallıq əlaqələri: Etibarlımünasibətlərdən strateji tərəfdaşlığa

Azərbaycan–Birləşmiş Krallıq əlaqələri: Etibarlımünasibətlərdən strateji tərəfdaşlığa

14 Noyabr 2026 - 14:52
KİV: Tramp Putin və Si Cinpinlə görüşdə Ukrayna məsələsini müzakirə etmək istəmir

KİV: Tramp Putin və Si Cinpinlə görüşdə Ukrayna məsələsini müzakirə etmək istəmir

14 Noyabr 2026 - 13:50
Sözə sədaqətlə keçən ömür: Tapdıq Əlibəylinin 65 illik yubileyi qeyd olunub

Sözə sədaqətlə keçən ömür: Tapdıq Əlibəylinin 65 illik yubileyi qeyd olunub

14 Noyabr 2026 - 13:49
Azərbaycanda gələn il 6 mln. tondan artıq neft məhsulları istehsal olunacaq

Azərbaycanda gələn il 6 mln. tondan artıq neft məhsulları istehsal olunacaq

14 Noyabr 2026 - 13:34
Sabah Bakıda yağış yağacaq

Sabah Bakıda yağış yağacaq

14 Noyabr 2026 - 13:14
Azərbaycanda dənli və dənli paxlalı bitkilərin 4 illik istehsal proqnozları müəyyənləşib

Azərbaycanda dənli və dənli paxlalı bitkilərin 4 illik istehsal proqnozları müəyyənləşib

14 Noyabr 2026 - 13:00
Mark Karni: Kanada heç vaxt NATO-nun digər üzvlərini tək qoymayacaq

Mark Karni: Kanada heç vaxt NATO-nun digər üzvlərini tək qoymayacaq

14 Noyabr 2026 - 12:42
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
« Okt    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.