ABŞ-da dünya kino sənayesinin mərkəzi sayılan Hollywood’da maaşlarla bağlı razılıq əldə olunmasa, bu gün minlərlə ssenaristin tətil edəcəyi gözlənilir.
9000-dən çox üzvü olan Amerika Yazıçılar Birliyinin 15 ildən sonra ilk dəfə tətil edəcəyi gözlənilir.
Elchi.az xəbər verir ki, The Hollywood Reporter-in məlumatına görə, Amerika Yazıçılar Birliyi üzvlərinə bazar ertəsi son tarixə qədər yeni razılaşma əldə oluna bilməsə, tətil etməyə hazır olmalarını bildirib.
Bildirilir ki, sözügedən tətil gec başlayan proqramların ləğvinə, gələcək film və proqramların təxirə salınmasına səbəb ola bilər.
2007-ci ildə müəlliflərin təşkil etdiyi 100 günlük tətil təxminən 2 milyard dollara başa gəlib.
Birliyin üzvlərindən biri Aleks O’Kif BBC-yə bildirib ki, yazıçıların yarısı studiyalar tərəfindən minimum əmək haqqı ödəyib.
Şayəstə Hüseynova