Hollandiyanın Gelderland əyalətinin Ede şəhərindəki kafedə insanların silahlı şəxs tərəfindən girov götürüldüyü bildirilib. Təhlükəsizlik qüvvələri hadisənin terrorla əlaqəli olduğuna dair heç bir dəlil olmadığını açıqlayıb.
Elchi.az Ede qəsəbəsində silahlı şəxs kafedəki insanları girov götürərkən, bölgəyə çoxlu sayda təhlükəsizlik qüvvələri göndərilib.
Hadisə yeri polis tərəfindən mühasirəyə alınarkən ətrafdakı evlərin boşaldıldığı açıqlanıb.
Polis rəsmiləri hadisənin terrorla əlaqəli olduğuna dair heç bir dəlil olmadığını bildiriblər.
Şayəstə Hüseynova