Hollandiya iki F-16 qırıcısını ukraynalı pilotların Rumıniyada təyin olunmuş mərkəzdə təlimi üçün təhvil verəcək.
Elchi.az bu barədə Reutersa istinadən xəbər verir.
“Danimarka, Hollandiya və Birləşmiş Ştatlar pilotların təlim proqramına start verdikdən və təyyarə hədiyyə etdikdən sonra onlarla F-16 qırıcısından birincisini bu yay Ukraynaya çatdırmağı planlaşdırır”, – deyə agentliyin materialında qeyd edilir.
Müəlliflər həmçinin vurğulayırlar ki, Hollandiya Ukrayna Silahlı Qüvvələrinin aviasiya donanmasını formalaşdırmaq üçün “beynəlxalq koalisiyanın” hərəkətverici qüvvələrindən biridir.
Havar Şəfiyeva