İsrail və HƏMAS daha uzun və daha əhatəli atəşkəs üçün diplomatik kanallar vasitəsilə danışıqlara davam edərkən, şimalda Livan sərhədində İsraillə vuruşan Hizbullah tərəfindən də bəyanat verilib.
Elchi.az xəbər verir ki, Ölkənin şimalında İsraillə münaqişədə olan Hizbullah Netanyahu administrasiyasına atəşkəs şərtini açıq şəkildə bəyan edib.
Hizbullah lideri Həsən Nəsrullah deyib ki, İsrailin sərhədyanı bombardmanı yalnız İsrailin Qəzza zolağına “hücum”u başa çatdıqda bitəcək. “Bu cəbhədə döyüşlər ancaq Qəzzaya hücumlar Qəzzada Fələstin müqaviməti ilə aydın razılaşmanın bir hissəsi olaraq sona çatdıqda dayanacaq”.
Nuranə Məmmədova