Livandakı Hizbullah Hərəkatı İsraillə sərhəddəki 7 hərbi məntəqəyə hücum təşkil etdiyini açıqlayıb.
Elchi.az xəbər verir ki, Hizbullah Livanın cənubundan İsrailə qarşı həyata keçirdiyi hücumlarla bağlı açıqlama verib.
Açıqlamada sərhəddə yerləşən Bayad Blida, Zibdin, Tahyat Üçbucağı və Ruveysat əl-Asi İsrail hərbi məntəqələrinə idarə olunan raketlər və müvafiq silahlarla hücum edildiyi bildirilib.
Hizbullah başqa bir açıqlamada İsrailin ed-Duheyra, Cal Alem və Kubra adlı hərbi məntəqələrinin də vurulduğunu bildirib.
Livanın rəsmi agentliyi NNA-da yer alan xəbərə görə, İsrail ordusu Livanın cənubunda bəzi bölgələrə qarşı hücumlar həyata keçirib.
Xəbərdə İsrail qüvvələrinin Livanın Teyr Harfa, Nakura, Hiyam, Meysel el Cebel şəhərlərini artilleriya atəşi ilə vurduğu qeyd edilib.
Oktyabrın 8-dən İsrail ordusu ilə Hizbullah arasındakı sərhəddə qarşılıqlı hücumlar edilir. Bu hücumlarda 89 Hizbullah üzvü və 6 İsrail əsgəri həlak olub.
Nuranə Məmmədova