Hindistan hava hücumundan müdafiə sisteminin kəsici raketini sınaqdan keçirib

51

Noyabrın 2-də Hindistan hava hücumundan müdafiə sisteminin ikinci mərhələsi çərçivəsində hazırlanmış AD-1 raketini uğurla sınaqdan keçirib.

Elchi.az “Armenpress”-ə istinadən xəbər verir ki, noyabrın 3-də Hindistan Müdafiə Nazirliyində yer alan məlumata görə, raket şərqdəki Odişa ştatının sahilləri yaxınlığındakı Abdul Kalam adasından buraxılıb.

AD-1 düşmənin potensial ballistik raketlərini, eləcə də təyyarələrini atmosferdən kənar və atmosferdaxili tutmaq üçün nəzərdə tutulmuş uzun mənzilli, iki pilləli, kəsici raketdir. Hindistan iri şəhərləri raket hücumundan qorumaq üçün iki eşelonlu hava hücumundan müdafiə sistemi yaradır ki, bu da 5 min kilometrə qədər mənzilli ballistik raketləri məhv etməyə qadirdir.

Yeganə