"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home MƏDƏNİYYƏT

Heydər Əliyev Mərkəzində Nəsimi festivalının açılışı olub

23 Sentyabr 2025 - 12:29
in MƏDƏNİYYƏT
FacebookVatsap

Sentyabrın 23-də Heydər Əliyev Mərkəzində 3-cü Nəsimi – şeir, mənəviyyat və incəsənət festivalının açılışı olub.

Bunu da oxuyun

Regionlardakı dövlət teatrlarında direktor vəzifəsi üçün müsabiqə elan edilib

“Odissey”in kitab satışları 1400 faiz artdı

Qəbələ Beynəlxalq Musiqi Festivalının üçüncü günündə zəngin konsert proqramı təqdim olunub – FOTO

Elchi.az xəbər verir ki, Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı, ICESCO-nun tərəfdaşlığı ilə keçirilən festival “Əbədi həqiqət axtarışında” mövzusunda beynəlxalq forumla işinə başlayıb.

Forumda Azərbaycanla yanaşı, Almaniya, İran, İraq, Kanada, Qazaxıstan, Oman, Özbəkistan, Pakistan, Şimali Kipr, Tacikistan, Türkiyədən alimlər iştirak ediblər.

Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli çıxışında bildirib ki, Azərbaycanın zəngin mədəni irsi və ədəbi ənənələri əsrlər boyu xalqımızın mənəvi inkişafına xidmət edib və bu irsin qorunması dövlət siyasətinin əsas prioritetlərindən biridir. O, həmçinin qeyd edib ki, festivalın keçirilməsi həm ölkəmizdə, həm də beynəlxalq səviyyədə Azərbaycan mədəniyyətinin tanıdılması və qlobal əməkdaşlığa töhfə verilməsi baxımından böyük əhəmiyyət kəsb edir.

Nazir vurğulayıb ki, bu tədbirlər, eyni zamanda, ölkəmizin suverenliyi və ərazi bütövlüyü şəraitində həyata keçirilir. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə olunmuş nailiyyətlər Azərbaycan mədəniyyətinin inkişafını daha da gücləndirir.

Forumun açılışında ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malikin videomüraciəti təqdim edilib. O bildirib ki, Nəsimi irsi insanlığın mədəni və mənəvi inkişafında əvəzsiz rol oynayır. ICESCO-nun Baş direktoru qeyd edib ki, bu irsi yad etməklə cəsarət, sorğu və gözəllik ənənəsi canlanır, insanlığın yolu işıqlandırılır. Həmçinin o, Nəsimi irsinin qəlbləri və ağlı işığa, birliyə, sülhə və rifaha yönəltdiyini xüsusilə vurğulayıb.

Sonra çıxış edən Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti İsa Həbibbəyli Nəsimi festivalını Azərbaycan incəsənətinin təbliği baxımından mühüm beynəlxalq tədbir kimi dəyərləndirdiyini deyib: “Nəsimi yalnız öz dövründə deyil, gələcək nəsillərə də yol göstərib, ədəbiyyatın inkişafında və mədəniyyətlərarası dialoqun formalaşmasında böyük rol oynayıb. Onun əsərləri humanist prinsipləri və yüksək estetik dəyərləri bir araya gətirərək dünya mədəni irsinin əvəzolunmaz hissəsinə çevrilib”.

Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyat Muzeyinin direktoru, professor, AMEA-nın həqiqi üzvü Rafael Hüseynov orta əsr Şərqinin ən böyük şairlərindən biri olan İmadəddin Nəsiminin zəngin fəlsəfi və ədəbi irsinə toxunub. O, Nəsiminin yaradıcılığının yalnız öz dövründə deyil, gələcək nəsillərə də yol göstərdiyini diqqətə çatdırıb.

Akademik əlavə edib ki, Nəsimi irsi ədəbiyyatın inkişafında, mədəniyyətlərarası dialoqun formalaşmasında və insan düşüncəsinin zənginləşməsində böyük rol oynayıb. Onun əsərləri insanın mənəvi yüksəlişinə, azad düşüncəyə və ədalət prinsiplərinə xidmət edən bir irs kimi hələ də aktualdır və gənc nəsillərə ilham verir.

Daha sonra beynəlxalq tədbirin iştirakçıları ilə fəxri qonaqlar birgə foto çəkdiriblər.

Forum işini panel sessiyalarla davam etdirəcək.

Qeyd edək ki, üç gün ərzində Bakı və Şamaxıda keçiriləcək festival zəngin proqramı ilə diqqəti cəlb edir. Festival çərçivəsində Nəsimi yaradıcılığına dair müzakirələr, sərgilər, musiqi təqdimatları təşkil olunacaq, tamaşaların nümayişi keçiriləcək.

Festivalın ikinci günü Şamaxıda – Nəsiminin doğma diyarında baş tutacaq. Nəsimi Bağları Kompleksində təşkil ediləcək festival bu ərazinin müxtəlif məkanlarını əhatə edəcək. Burada tanınmış və sevilən xanəndələr, vokalçılar, qiraətçilərin iştirakı ilə Nəsimi yaradıcılığına həsr olunan bədii proqram, açıq səma altında “Multidisiplinar İncəsənət Festivalı”, bədii konsert proqramı təqdim ediləcək.

Nəsimi festivalı 2018-ci ildən təşkil olunur. Bu ildən isə İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı – ICESCO Nəsimi festivalının tərəfdaşı olub.

Heydər Əliyev Mərkəzində Nəsimi festivalının açılışı olubHeydər Əliyev Mərkəzində Nəsimi festivalının açılışı olubHeydər Əliyev Mərkəzində Nəsimi festivalının açılışı olubHeydər Əliyev Mərkəzində Nəsimi festivalının açılışı olubHeydər Əliyev Mərkəzində Nəsimi festivalının açılışı olubHeydər Əliyev Mərkəzində Nəsimi festivalının açılışı olubHeydər Əliyev Mərkəzində Nəsimi festivalının açılışı olub
Previous Post

Kopenhagen hava limanında dron xəbərdarlığı: Uçuşlar yenidən açıldı

Next Post

Daha bir ölkə Fələstini tanıdı

Bənzər yazılar

Regionlardakı dövlət teatrlarında direktor vəzifəsi üçün müsabiqə elan edilib

Regionlardakı dövlət teatrlarında direktor vəzifəsi üçün müsabiqə elan edilib

04 Avqust 2026 - 16:39

Mədəniyyət Nazirliyi region teatrlarında direktor vəzifəsi üçün müsabiqə elan edib. Elchi.az-a bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib. Qeyd olunub ki,...

“Odissey”in kitab satışları 1400 faiz artdı

“Odissey”in kitab satışları 1400 faiz artdı

31 İyul 2026 - 22:39

Dünyaşöhrətli rejissor Kristofer Nolanın Homerin məşhur “Odissey” dastanı əsasında çəkdiyi film Böyük Britaniyada qədim yunan mifologiyasına marağı kəskin artırıb. Filmin...

Qəbələ Beynəlxalq Musiqi Festivalının üçüncü günündə zəngin konsert proqramı təqdim olunub – FOTO

31 İyul 2026 - 19:17

Heydər Əliyev Fondunun təşəbbüsü və təşkilatçılığı, Mədəniyyət Nazirliyinin, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının və “Gilan”ın dəstəyi ilə keçirilən XV...

XV Qəbələ Beynəlxalq Musiqi Festivalında balet qala-konserti olub – FOTO

XV Qəbələ Beynəlxalq Musiqi Festivalında balet qala-konserti olub – FOTO

30 İyul 2026 - 09:46

Heydər Əliyev Fondunun təşəbbüsü və təşkilatçılığı, Mədəniyyət Nazirliyi, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası və “Gilan”ın dəstəyi ilə baş tutan...

Next Post
Daha bir ölkə Fələstini tanıdı

Daha bir ölkə Fələstini tanıdı

Mertsin bəyənmə reytinqi AZALIR

Mertsin bəyənmə reytinqi AZALIR

Comments 10

  1. Nərgiz Qurbanova says:
    11 ay ago

    Bu festival möhtəşəm olub, doğrudan da! Heydər Əliyev Mərkəzində belə bir tədbirin keçirilməsi çox sevindiricidir. Nəsiminin irsinin bu cür əzəmətlə anılması, mədəniyyətimizin dünya səviyyəsində tanıdılması üçün böyük əhəmiyyət kəsb edir. Bu festival, şübhəsiz ki, gələcək nəsillər üçün də ilham mənbəyi olacaq.

    Reply
    • Cavid Rüstəmov says:
      10 ay ago

      Ay maşallah, necə də gözəl tədbirdi! Nəsiminin ruhu şad olsun, belə möhtəşəm festival keçirilir. Heydər Əliyev Mərkəzi də bu cür incilərə layiq imiş. İnşallah, bu tədbirlər davamlı olar, Nəsiminin sözləri dünyanı dolaşar. Mən də bir parça da olsa bu ədəbi bayramdan xəbərdar oldum, çox sevindim.

      Reply
      • Aybəniz Quliyeva says:
        10 ay ago

        Nəsimi festivalının açılışı haqqında oxudum, çox sevindim! Belə gözəl tədbirlər xalqımızın mədəniyyətini, irsimizi yaşadır. Heydər Əliyev Mərkəzində belə bir festivalın keçirilməsi çox yerindədir. İnşallah, bu festival sayəsində Nəsiminin adı daha da uca tutular, onun ədəbi irsi gələcək nəsillərə də çatar. Azərbaycan mədəniyyətinin beynəlxalq səviyyədə tanıdılması üçün bu cür tədbirlər çox önəmlidir.

        Reply
  2. Orxan Yusifov says:
    11 ay ago

    Bu festivalın keçirilməsi çox gözəl oldu. Heydər Əliyev Mərkəzində belə möhtəşəm tədbirin təşkili xalqımızın mədəniyyətə verdiyi önəmi bir daha göstərir. Nəsimi kimi böyük şəxsiyyətin irsinin yaşatılması çox vacibdir. Gələcəkdə də bu cür tədbirlərin davam etməsini arzu edirəm.

    Reply
    • Elçin Bəkirov says:
      11 ay ago

      Bu festivalın keçirilməsi çox sevindirici haldır. Heydər Əliyev Mərkəzində belə bir möhtəşəm tədbirin təşkili, doğrudan da, xalqımızın mədəniyyətə verdiyi dəyəri bir daha sübut edir. Nəsimi kimi böyük bir şəxsiyyətin irsinin yaşatılması, şübhəsiz ki, çox əhəmiyyətlidir. Gələcəkdə də bu cür mədəni tədbirlərin davamlı olmasını ümid edirəm.

      Reply
      • Aytən Vəliyeva says:
        11 ay ago

        Bu festivalın təşkil olunması doğrudan da maraqlıdır. Görəsən, “Əbədi həqiqət axtarışında” mövzusu Nəsiminin hansı dərin mənalarına işıq salır? Bu möhtəşəm tədbir Nəsiminin irsini necə daha geniş kütlələrə çatdırmış olar? Gələcəkdə belə tədbirlərin davamı olacaqımı maraqlı edir.

        Reply
  3. Aytən Kərimova says:
    11 ay ago

    Əla bir festival keçirildi! Heydər Əliyev Mərkəzində Nəsimi festivalının açılışı çox gözəl olub. Bu cür tədbirlər mədəniyyətimizi dünyaya tanıtmaq üçün çox vacibdir. Nəsiminin irsinə diqqət yetirilməsi ürək açıcıdır.

    Reply
    • Hüseyn Hüseynov says:
      11 ay ago

      Bu festivalın Heydər Əliyev Mərkəzində keçirilməsi çox əladır, əvvəlki şərhlərdə də qeyd olunduğu kimi. Nəsiminin irsinə verilən önəm təqdirəlayiqdir. Bu cür tədbirlər Azərbaycan mədəniyyətini daha da tanıdır.

      Reply
      • Rəna Kazımova says:
        10 ay ago

        Bu festivalın Heydər Əliyev Mərkəzində keçirilməsi çox əladır, əvvəlki şərhlərdə də qeyd olunduğu kimi. Nəsiminin irsinə verilən önəm təqdirəlayiqdir. Bu cür tədbirlər Azərbaycan mədəniyyətini daha da tanıdır. Heydər Əliyev Mərkəzi də bu işə böyük töhfə verir.

        Reply
        • Nuranə Yusifova says:
          10 ay ago

          Bu festivalın Heydər Əliyev Mərkəzində olması həqiqətən də çox yaxşıdır, necə də əvvəlki şərhlərdə də qeyd edilibdi. Nəsiminin irsinə verilən bu qiymət çox gözəldi. Belə tədbirlər Azərbaycan mədəniyyətini daha da irəli aparacaq. Heydər Əliyev Mərkəzinin də bu işdə böyük rolu var.

          Reply

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

“Qarabağ”dan Elvin Cəfərquliyev açıqlaması

“Qarabağ”dan Elvin Cəfərquliyev açıqlaması

07 Avqust 2026 - 19:30
Gürcüstanda zəlzələ oldu

Kamçatkada 5,5 bal gücündə zəlzələ baş verib

07 Avqust 2026 - 19:16
İraq iranpərəst qruplaşmalara “son zərbə” vurmağa hazırlaşır

İraq iranpərəst qruplaşmalara “son zərbə” vurmağa hazırlaşır

07 Avqust 2026 - 19:00
Himayədar ailələrə verilən aylıq sosial ödənişlərin ümumi məbləği bəlli olub

Himayədar ailələrə verilən aylıq sosial ödənişlərin ümumi məbləği bəlli olub

07 Avqust 2026 - 18:57
ADY açıqladı: 6,4 milyondan çox sərnişin…

ADY açıqladı: 6,4 milyondan çox sərnişin…

07 Avqust 2026 - 18:44
Çində 4,9 bal gücündə zəlzələ baş verib

Çində 4,9 bal gücündə zəlzələ baş verib

07 Avqust 2026 - 18:29
Qazaxıstan Azərbaycan üzərindən neft ixracını genişləndirməyi planlaşdırır

Qazaxıstan Azərbaycan üzərindən neft ixracını genişləndirməyi planlaşdırır

07 Avqust 2026 - 18:16
Bəzi yerlərə yağış yağacaq, dolu düşəcək – XƏBƏRDARLIQ

Bəzi yerlərə yağış yağacaq, dolu düşəcək – XƏBƏRDARLIQ

07 Avqust 2026 - 17:59
Azərbaycanda faydalı qazıntı yatağı hərraca çıxarılacaq

Azərbaycanda faydalı qazıntı yatağı hərraca çıxarılacaq

07 Avqust 2026 - 17:45
Özəl bağçaların nümayəndələri ilə maliyyələşmə müsabiqəsi ilə bağlı görüş keçirilib

Özəl bağçaların nümayəndələri ilə maliyyələşmə müsabiqəsi ilə bağlı görüş keçirilib

07 Avqust 2026 - 17:38
Lənkəranda yardım adı ilə təqaüdçüləri aldadan şəxs saxlanıldı

Lənkəranda yardım adı ilə təqaüdçüləri aldadan şəxs saxlanıldı

07 Avqust 2026 - 17:30
Tarixi saziş: Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan kollektiv müdafiə paktı imzaladı

Tarixi saziş: Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan kollektiv müdafiə paktı imzaladı

07 Avqust 2026 - 17:21
“Zirə” Namik Ələsgərovla yolları ayırdı

“Zirə” Namik Ələsgərovla yolları ayırdı

07 Avqust 2026 - 17:15
ARDNF gənclərin xaricdə təhsilinə 87 milyon manat yönəldib

ARDNF gənclərin xaricdə təhsilinə 87 milyon manat yönəldib

07 Avqust 2026 - 17:07
İsrail hərbçiləri Suriyanın cənub bölgələrinə daxil olub

İsrail hərbçiləri Suriyanın cənub bölgələrinə daxil olub

07 Avqust 2026 - 16:58
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Avqust 2026
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  
« İyl    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.