İsrail prezidenti İsaak Hersoq mübahisəli “məhkəmə islahatları” planı ilə bağlı mübahisənin ölkənin indiyə qədər gördüyü “ən ciddi daxili böhran” olduğunu deyib.
Elchi.az xəbər verir ki, İsrailin “Yediot Ahronot” qəzetində dərc olunan müsahibəsində Hersoq “İnanıram ki, hazırkı böhran (məhkəmə islahatları) dövlətin qurulmasından bu yana ən təhlükəli, ölkə tarixindəki ən ciddi böhrandır”. deyib.
Məhkəmə tənzimləməsi ilə bağlı böhranın bir çox sektoru təsir etdiyini ifadə edən Herzoq, ona qarşı böyük müxalifətin olduğu ilə bağlı deyilənlərin sadəcə təbliğat olduğunu müdafiə edib.
İstefa tələblərini “rədd etdiyini” vurğulayan Hersoq, “İctimaiyyətin bütün təbəqələrindən böyük etibarım var” deyib.
Şayəstə Hüseynova