"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Hepatit B təhlükəsindən necə qorunmaq olar? – Bu virusa qarşı peyvənd həyat qurtarır

01 May 2015 - 17:46
in XƏBƏR LENTİ
FacebookVatsap

Hepatit B təhlükəsindən necə qorunmaq olar? - Bu virusa qarşı peyvənd həyat qurtarır

Bunu da oxuyun

AEBA: PUA Kursk AES-in soyutma qülləsini vurub

Agentlik direktoru: Bəzi hallarda nəticələri yüksək olan müəllimlər çox az dərs saatı ilə təmin olunurlar

Yardımlıda açıq ərazidə yanğın baş verib

Adil Qeybulla: “Vaksinin çox böyük əhəmiyyəti var və onun uşaqlara vurulmasının dövlət proqramına salınması da çox düzgün addımdır”

Hepatit B virusu artıq Azərbaycanda da sürətlə yayılmağa başlayıb və mütəxəssislərin sözlərinə görə, milli fəlakət halına gəlib. Bu gün çox sadə bir yolla hər bir sağlam insan Hepatit B-nin qurbanına çevrilə bilər.
Xüsusən də, gözəllik salonlarında, bərbərxanalarda, stomatoloji, ginekoloji kabinetlərdə gigiyenik normalara əməl olunmaması infeksiyanın daha sürətlə yayılmasına səbəb olur. İnsanların öz gigiyenalarına diqqət etməməsi və bu sahədə maariflənmənin aşağı səviyyədə olması da virusun yayılmasına təkan verən səbəblərdən biridir.
Ancaq dünyanın əksər ölkələrində Hepatit B-nin peyvəndi hər kəsə tətbiq olunur və bu da virusun yoluxmasının qarşısını alır.
Bəs, Azərbaycanda necə Hepatit B əleyhinə vaksinasiya aparılırmı? Vaksinlərin keyfiyyətinə və vurulma qaydalarına nə dərəcədə əməl olunur?
Musavat.com-un bu suallarını cavablandıran tibb elmləri doktoru Adil Qeybulla bildirdi ki, bu peyvəndin vurulması olduqca önəmli və effektivdir: “Vaksinasiya məsələsinə bizim millətin yanaşması çox paradoksaldır. Bir faktı sizə deyim ki, dünyada 4 karantin infeksiya taun, vəba, sarı qızdırma və təbii çiçək virusudur. Bu 4 infeksiyanın biri – təbii çiçək məhz peyvənd edilməsi nəticəsində aradan qalxıb. Siz diqqət etsəniz, 50 yaşdan yuxarı olan insanların qollarında o peyvəndin izləri hələ də qalıb. Bu peyvəndin hesabına artıq təbii çiçək infeksiyası sıradan çıxıb, artıq gənclər bu virusa qarşı vaksinasiya olunmur. ÜST hesabat verdi ki, bu xəstəlik artıq aradan qalxıb. Bu vaksinasiyanın təsir gücünü göstərir. Vaxtilə bu xəstəlikdən ildə yüzlərlə insan həyatını itirirdi”.
A.Qeybullanın sözlərinə görə, Hepatit C-nin vaksini hələ ki tapılmasa da, Hepatit B-nin çox təsirli vaksini mövcuddur: “Hepatit B monovalent vaksindir, onun bir genotipi var. Ona görə də onun vaksini mövcuddur. Hepatit C-nin isə 10 subtitrı, 6 genotipi var. Bu səbəbdən Hepatit C-nin vaksinini hazırlamaq çox çətindir. Bunun üzərində hazırda ciddi iş gedir və demək olar ki, hazır olmaq ərəfəsindədir. Mən özümə də Hepatit B-nin vaksinasiyasını etmişəm. Bu vaksin 5-7 il müddətinə insanda immunitet yaradır. Bu peyvənd Hepatit B virusunun qişasından alınan qişa antigenidir. Bu xüsusi molekulyar biologiyanın ən mühüm nailiyyətləri ilə xüsusi polisaxaridlərə hopdurulur və o bədənə yeridildikdə immunitet yaradır. Bu peyvəndin vurulmadığı orqanizm Hepatit B virusuna yoluxduqda artıq gec olur. Vaksinin çox böyük əhəmiyyəti var və onun uşaqlara vurulmasının dövlət proqramına salınması da çox düzgün addımdır”.
Hepatit B peyvəndinin əks təsirinə gəlincə, Adil Qeybulla bunun o qədər də ciddi fəsada yol açmadığını vurğuladı: “Azərbaycanda Hepatit B virusunun daha keyfiyyətli vaksinləri gətirilib və bu gün ayrı-ayrı klinikalarda tətbiq olunur. Vaksin 3 dəfə olunur. Birinci dəfədən bir ay sonra ikinci vaksin, üç ay sonra üçüncü vaksin vurulur. Bu vaksin 5-7 il müddətinə immunitet yaradır. Həmin müddətdən sonra təkrar vaksinasiya edilməlidir. Bunun heç bir qorxusu və təhlükəsi yoxdur. Vaksin tam təhlükəsiz şəkildə hazırlanır. Ola bilər ki, poliklinikalara alınan vaksinlərin keyfiyyəti aşağı olsun, vurulma qaydaları gözlənilməsin. Mən bu barədə məlumatlı deyiləm. Onu deyə bilərəm ki, kommersiya qurumlarının gətirdiyi vaksinlər kifayət qədər keyfiyyətlidir, firma dünyada tanınmış firmadır. Bu peyvəndin əks göstərişləri odur ki, allergik təsiri ola bilər. Ancaq ciddi bir əks göstərişi yoxdur”.
Qeyd edək ki, hər il 4000 minə yaxın insan Hepatit B-nin səbəb olduğu sirroz və ya qaraciyər xərçəngindən dünyasını dəyişir. Hepatit B kəskin xəstəlik formasında iştah itkisi ishal və qusma, yorğunluq hissi, dəridə və gözlərdə sarılıq, əzələlərdə, oynaqlarda və mədədə ağrılara yol aça bilər. Kəskin xəstəlik əlamətləri daha çox yetkinlərdə rast gəlinir. Xəstəliyi yoluxmuş uşaqlarda bu simptomlara aşkarlanmır. Bəzi insanlarda xəstəliyin irəlilədiyi zamanlarda belə, heç bir əlamətə rast gəlinmir.
Ancaq infeksiya çox ciddi fəsadlara, qaraciyər serrozuna yol aça, ölümlə nəticələnə bilər. Xroniki infeksiya böyüklərdən fərqli olaraq, azyaşlılarda daha çox görülür. Xəstə insanların görünüşlərinin normal olmasına baxmayaraq, infeksiyanı digər insanlara da yaya bilərlər. Amerika Birləşmiş Ştatlarında təxminən 1.4 milyon xroniki hepatit B virusu infeksiyalı adam var. Hepatit B virusu yoluxmuş adamın qan və bədən mayeləriylə asanca yayılır.
Xəstəlik həmçinin virusun yoluxduğu cisimlərlə təmas yolu ilə yoluxa bilər. Qeyd edək ki, Hepatit B virusu əşyalar üzərində 7 günə qədər yaşaya bilər. Bu virus onun daşıyıcı olan anadan körpəyə doğum əsnasında keçir. Bundan əlavə, dəridə yara olduğu təqdirdə qan və ya bədən mayelərinin təması, diş fırçası, ülgüc və ya şəkər xəstəliyinin yoxlanması və müalicəsində istifadə edilən alətlər, yoluxmuş adamla qorunmasız cinsi əlaqə, narkotik dərmanların istifadəsi zamanı iynələr paylaşılması zamanı da yoluxma mümkündür.
Hepatit B-dən qorunmağın ən effektli yolu hepatit B peyvəndidir. Hepatit B peyvəndi təkbaşına və ya digər peyvəndlərlə birlikdə vurula bilər. ABŞ-da 1982-ci ildən başlayaraq, Hepatit B peyvəndi bəzi yeniyetmələr və uşaq üçün təklif olunub. 1991-ci ildən bütün uşaqların peyvəndlənməsinə başlanılıb.
1990-cı ildən sonra xəstəliyin yoluxma sıxlığı uşaq və yeniyetmələrdə 95 faizdən çox, digər yaş qruplarında da 75 faiz azalıb. Hepatit B peyvəndinin olunmasıyla uzun illər, bəlkə də ömürboyu davam edəcək bir qorunma təmin edilər.
Uşaqlar normalda 3 dozada hepatit B peyvəndi olmalıdırlar. Birinci doza doğumdan sonra, ikinci doza 1-2 aylıq olarkən, üçüncü doza  6-18 aylıq olarkən Bəzi körpələrə 4 doza edilə bilər.
18 yaşa qədər daha əvvəl peyvənd edilməmiş şəxslər peyvənd edilməlidir. Hepatit B infeksiyası riski altındakı yeniyetmələr peyvənd olunmalıdır.
Ancaq çörək mayasına qarşı və ya hepatit B peyvəndinin komponentlərindən birinə qarşı həyatı təhdid edəcək dərəcədə allergiyası olan şəxslər hepatit B peyvəndi edilməməlidir. Peyvəndlərin ciddi yan təsirlərə və ya ölümə səbəb olma riski olduqca aşağıdır.
Previous Post

Hepatit B təhlükəsindən necə qorunmaq olar? – Bu virusa qarşı peyvənd həyat qurtarır

Next Post

Şeyx Gülə hədiyyə verdi- Foto

Bənzər yazılar

AEBA: PUA Kursk AES-in soyutma qülləsini vurub

AEBA: PUA Kursk AES-in soyutma qülləsini vurub

18 Sentyabr 2026 - 23:30

Rusiyadakı Kursk atom elektrik stansiyasının (AES) fəaliyyətdə olan enerji blokunun soyutma qülləsinə sebtyabrın 17-si səhər saatlarında PUA zərbəsi endirilib. Bu...

Agentlik direktoru: Bəzi hallarda nəticələri yüksək olan müəllimlər çox az dərs saatı ilə təmin olunurlar

Agentlik direktoru: Bəzi hallarda nəticələri yüksək olan müəllimlər çox az dərs saatı ilə təmin olunurlar

18 Sentyabr 2026 - 23:28

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktoru Eşqi Bağırov tam ştatlı müəllimlərin seçim prosesi məsələsinə aydınlıq gətirib. Elchi.az...

Yardımlıda açıq ərazidə yanğın baş verib

Yardımlıda açıq ərazidə yanğın baş verib

18 Sentyabr 2026 - 23:25

Yardımlı rayonu, Eçara kəndində açıq ərazidə yanğın baş verib. Bu barədə Elchi.az - a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib....

Yaşar Gülər: Şəhid və qazilərimizin göstərdiyi misilsiz səylər Türkiyə və Azərbaycanın ən möhkəm təminatıdır

Yaşar Gülər: Şəhid və qazilərimizin göstərdiyi misilsiz səylər Türkiyə və Azərbaycanın ən möhkəm təminatıdır

18 Sentyabr 2026 - 23:22

Ölkəmizin və can Azərbaycanımızın müstəqilliyi, millətimizin birliyi və dövlətlərimizin gələcəyi naminə şəhid və qazilərimizin göstərdiyi misilsiz səylər bu gün birlikdə...

Next Post

Şeyx Gülə hədiyyə verdi- Foto

Şeyx Gülə hədiyyə verdi- Foto

Son xəbərlər

AEBA: PUA Kursk AES-in soyutma qülləsini vurub

AEBA: PUA Kursk AES-in soyutma qülləsini vurub

18 Sentyabr 2026 - 23:30
Agentlik direktoru: Bəzi hallarda nəticələri yüksək olan müəllimlər çox az dərs saatı ilə təmin olunurlar

Agentlik direktoru: Bəzi hallarda nəticələri yüksək olan müəllimlər çox az dərs saatı ilə təmin olunurlar

18 Sentyabr 2026 - 23:28
Yardımlıda açıq ərazidə yanğın baş verib

Yardımlıda açıq ərazidə yanğın baş verib

18 Sentyabr 2026 - 23:25
Yaşar Gülər: Şəhid və qazilərimizin göstərdiyi misilsiz səylər Türkiyə və Azərbaycanın ən möhkəm təminatıdır

Yaşar Gülər: Şəhid və qazilərimizin göstərdiyi misilsiz səylər Türkiyə və Azərbaycanın ən möhkəm təminatıdır

18 Sentyabr 2026 - 23:22
SOCAR neftçiləri təbrik edib

SOCAR neftçiləri təbrik edib

18 Sentyabr 2026 - 22:47
Premyer Liqa: “Qarabağ” “Şəfa”nı məğlub edib

Premyer Liqa: “Qarabağ” “Şəfa”nı məğlub edib

18 Sentyabr 2026 - 22:45
SEPAH generalı İranın münaqişəni davam etdirməyə tam hazır olduğunu bildirib

SEPAH generalı İranın münaqişəni davam etdirməyə tam hazır olduğunu bildirib

18 Sentyabr 2026 - 22:44
Azərbaycan BMT-də mina qurbanlarının hüquqları ilə bağlı müzakirə təşkil edib

Azərbaycan BMT-də mina qurbanlarının hüquqları ilə bağlı müzakirə təşkil edib

18 Sentyabr 2026 - 22:41
Tramp: İranla düzgün razılaşma olmayacaqsa, mən ona baxmayacağam

Tramp: İranla düzgün razılaşma olmayacaqsa, mən ona baxmayacağam

18 Sentyabr 2026 - 21:56
Özbəkistanda ümumi dəyəri 7 milyard dollar olan 47 obyektin tikintisinə başlanılıb

Özbəkistanda ümumi dəyəri 7 milyard dollar olan 47 obyektin tikintisinə başlanılıb

18 Sentyabr 2026 - 21:54
İstanbulda Türk Dilli Jurnalistlərin VII Media Forumu keçirildi – Aqil Ələsgərin moderatorluğu ilə informasiya təhlükəsizliyi müzakirə olundu – FOTO/VİDEO

İstanbulda Türk Dilli Jurnalistlərin VII Media Forumu keçirildi – Aqil Ələsgərin moderatorluğu ilə informasiya təhlükəsizliyi müzakirə olundu – FOTO/VİDEO

18 Sentyabr 2026 - 21:51
Bakının Ceyhun Hacıbəyli küçəsinin bir hissəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Bakının Ceyhun Hacıbəyli küçəsinin bir hissəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

18 Sentyabr 2026 - 20:44
AQTA: 33 rayon və şəhərdə müasir heyvan kəsimi məntəqələri qurulmalıdır

AQTA: 33 rayon və şəhərdə müasir heyvan kəsimi məntəqələri qurulmalıdır

18 Sentyabr 2026 - 20:42
Həftəsonu leysan yağacaq, şimşək çaxacaq, dolu düşəcək – XƏBƏRDARLIQ

Həftəsonu leysan yağacaq, şimşək çaxacaq, dolu düşəcək – XƏBƏRDARLIQ

18 Sentyabr 2026 - 20:28
AMEA: Ermənistanda Gəncəsər monastırı ətrafında yaradılan kampaniya tarixi reallıqları təhrif edir

AMEA: Ermənistanda Gəncəsər monastırı ətrafında yaradılan kampaniya tarixi reallıqları təhrif edir

18 Sentyabr 2026 - 20:23
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.