Ölənlər arasında xarici ölkə vətəndaşları da var.
Elchi.az xəbər verir ki, Fələstin radikal HƏMAS Briqadaları İsrail Müdafiə Qüvvələrinin (IDF) Qəzza zolağına hücumu nəticəsində 13 girovun öldüyünü bildirib. Bu barədə HƏMAS-ın mətbuat xidmətinin bəyanatında deyilir.
“İzzəddin əl-Qəssam Briqadaları son 24 saat ərzində şimal qubernatorluğu və Qəzzanın intensiv bombardmanları nəticəsində xarici ölkə vətəndaşları da daxil olmaqla 13 məhbusun öldürüldüyünü bildirir”, – deyə məlumatda bildirilir.
Həmas, altı girovun şimal qubernatorunda və iki başqa yerdə, daha yeddisinin isə Qəzzanın üç fərqli bölgəsində öldürüldüyünü bildirib. Fələstin briqadası İsrailin hücumunu “barbar bombardmanı” adlandırıb.
Bir gün əvvəl İsrail fələstinlilərə və BMT əməkdaşlarına Qəzzanın şimal hissəsindən cənub hissəsinə təxliyəsi üçün 24 saat vaxt verib. HƏMAS bu məlumatı yalan adlandıraraq bildirib ki, İsrail tərəfi informasiya müharibəsi aparır, dinc əhali arasında panika yaratmağa çalışır.
Şayəstə Hüseynova