Qəzza zolağında hökumətin media ofisi şəhərdəki vətəndaşları “işğalın psixoloji müharibə cəhdlərinə məhəl qoymamağa” çağırıb.
Elchi.az xəbər verir ki, İsrail ordusu Qəzzada 1,1 milyon dinc sakindən evlərini tərk edərək bölgənin cənubuna köçmələrini xahiş etdikdən sonra Qəzzadakı hökumətin mətbuat ofisi mətbuata açıqlama verib.
“İşğal vətəndaşlar arasında çaşqınlıq yaratmaq, cəbhəmizin birliyinə xələl gətirmək məqsədi daşıyan bəzi yalançı təbliğat xarakterli xəbərləri müxtəlif vasitələrlə dərc edib, ötürməyə çalışır”. Bəyanatda vətəndaşlar “işğalın psixoloji müharibə cəhdlərinə əhəmiyyət verməməyə” çağırılıb.
Şayəstə Hüseynova