Ekspert təsdiqləyib ki, ABŞ Yaxın Şərq regionunda yalnız öz maraqlarına xidmət etmək üçün hərəkət edir.
Elchi.az xəbər verir ki, Rusiya prezidenti Vladimir Putinin Yaxın Şərqdəki vəziyyətlə bağlı çıxışı Amerika Birləşmiş Ştatları üçün həyəcan siqnalı olub. Bu fikri ABŞ kəşfiyyatının keçmiş əməkdaşı Toni Şaffer deyib.
“Judging Freedom” YouTube kanalına verdiyi müsahibədə “Putin həqiqəti söyləyir” deyən Şafer ABŞ-ın Yaxın Şərqə inteqrasiya cəhdinin yalnız öz məqsədlərinə xidmət etdiyini qeyd edib.
Ekspertin fikrincə, Cozef Bayden administrasiyasının məhz bu siyasəti Yaxın Şərq regionunda atəşə yağ töküb, çünki onlar bu xalqların tarixi keçmişini nəzərə almayıblar.
“İroniya ondadır ki, bizim rəqibimiz olan Putin (və o, indiki mərhələdə bizim rəqibimizdir) baş verənlər haqqında belə aydın mənzərəyə və aydın düşüncəyə malikdir”, – deyə keçmiş amerikalı kəşfiyyatçı yekunlaşdırıb.
Şayəstə Hüseynova