İslamçı HƏMAS qruplaşması öz “Telegram” kanalında İsrailin Qəzza zolağında mülki insanlara qarşı hücumlarına cavab olaraq Təl-Əvivi atəşə tutduğunu bildirib. Elchi.az bu barədə Lent.ru-ya istinadən xəbər verir.
Bu bəyanatı İsrail Müdafiə Qüvvələri öz Telegram hesabında təsdiqləyib. İsrail ordusunun məlumatına görə, Tel-Əvivdə və İsrailin mərkəzində siren səsləri eşidilir.
Bundan əvvəl Dövlət Dumasının deputatları parlamentin aşağı palatasının Fələstin-İsrail münaqişəsi ilə bağlı BMT-yə müraciətini yekdilliklə qəbul ediblər və bu münaqişədə hər iki tərəfin zorakı üsulları barbarlıq kimi qiymətləndirilib. Bu, qanunvericiliyə dəstək sisteminin portalında dərc olunan sənədlərdən irəli gəlir.
Havar Şəfiyeva