Finlandiya prezidenti Sauli Niinistö Ukraynada sülhün əldə olunmasına kömək edəcəyi təqdirdə Rusiya lideri Vladimir Putinlə danışmağa hazır olduğunu bildirib. Elchi.az xəbər verir ki, siyasətçi bu barədə Finlandiyanın “Yle” teleradio şirkətinin efirində bildirib.
Dövlət başçısı Ukraynadakı münaqişənin uzun sürməyəcəyinə və dondurulmayacağına ümid etdiyini bildirib. Niinistöyə görə, vəziyyətin indi “mövqe müharibəsinə” çevrilməsi əlamətləri var.
Finlandiya prezidenti bundan əvvəl Qərbi Rusiya ilə münasibətləri qoruyub saxlamaq üçün yollar tapmağa çağırıb.
Havar Şəfiyeva