HƏMAS-ın silahlı qanadı İzzəddin əl-Qəssam Briqadaları Qətər və Misirin vasitəçiliyi ilə daha 2 girovu azad etdiklərini açıqlayıb.
Elchi.az xəbər verir ki, İsrail və Fələstin arasında münaqişələr davam edərkən, HƏMAS daha 2 girovu azad edib.
HƏMAS-ın silahlı qanadı İzzəddin əl-Qəssam Briqadaları tərəfindən verilən açıqlamada Qətər və Misirin vasitəçiliyi ilə Qəzza zolağında saxlanılan daha 2 girovun azad edildiyi bildirilib.
Açıqlamada azad edilən girovların İsrail vətəndaşları Nurit Yitzhak və Yocheved Lifshitz olduğu, söz mövzusu girovların ötən cümə günü azadlığa buraxılmaları tələb edildiyi, lakin İsrailin bunu qəbul etmədiyi bildirilib. Bəyanatda həmçinin qeyd olunub ki, 2 girov humanitar və tibbi səbəblərdən azad edilib.
HƏMAS daha əvvəl israilli ananı və iki uşağını və ABŞ vətəndaşı ana və qızını azad etmişdi.
Nuranə Məmmədova