"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home MÖVQE

Ukrayna humanitar dəstəyə görə türk xalqına təşəkkür edir

24 Oktyabr 2023 - 00:09
in MÖVQE
FacebookVatsap

Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş Çexiyanın paytaxtı Praqada Ukrayna parlamentinin sədri Ruslan Stefançuk ilə görüşüb.
Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş Krım Platformasının 2-ci Parlament Zirvə toplantısında iştirak etmək üçün gəldiyi Çexiyanın paytaxtı Praqada təmaslarını davam etdirir.
Elchi.az xəbər verir ki, Kurtulmuş Ukrayna parlamentinin sədri Ruslan Stefançuk ilə görüşüb . Sammit çərçivəsində keçirilən görüşdə parlamentlərarası əlaqələr, Rusiya -Ukrayna müharibəsi, aktual regional və qlobal problemlər müzakirə olunub.
Görüşdə Krım Platformasına önəm verdiklərini bildirən Kurtulmuş, Tatar türklərinin hüquqlarının qorunmasının Türkiyə üçün prioritet və “milli iş” olduğunu bildirib. Tatar türklərinin tarix boyu əziyyət çəkdiklərini və ilk gündən onları aradan qaldırmaq üçün çalışdıqlarını bildirən Kurtulmuş, Ukrayna rəhbərliyinin tatar türklərinə qarşı müsbət yanaşmasını və səylərini təqdir etdiklərini bildirib.
Bu yaxınlarda qəbul edilən “yerli xalqlar qanunu”nun mühüm bir inkişaf olduğunu bildirən Kurtulmuş, Krım Tatar Məclisinin Ukraynada konstitusiya statusuna sahib olmasını arzuladıqlarını da ifadə etdi. Türkiyə Böyük Millət Məclisinin sədri Kurtulmuş Rusiya-Ukrayna müharibəsi zamanı 1 milyon Ukrayna vətəndaşının Türkiyəyə gəldiyini və onların mehribanlıqla qarşılandığını bildirib.
Türkiyənin müharibə başlayandan bəri hər iki ölkə ilə danışa bilən yeganə ölkə olduğunu bildirən Kurtulmuş, Ukraynanın ərazi bütövlüyü və beynəlxalq ictimaiyyət tərəfindən tanınan sərhədlər daxilində suverenliyi əsasında sülhün əldə olunması üçün çalışacaqlarını bildirib. Kurtulmuş Rusiya-Ukrayna müharibəsinin artan və yayılan təhlükəsinə də diqqət çəkərək, bu müharibənin ən qısa zamanda bitəcəyinə ümid etdiyini bildirib.
Kurtulmuş, qida təhlükəsizliyi, taxıl dəhlizi və məhbus mübadiləsi ilə bağlı indiyə qədər müsbət nəticələr əldə edildiyini və daha müsbət nəticələr əldə etməyi arzuladıqlarını da qeyd edib. Parlament diplomatiyasının mühüm bir vasitə olduğunu və bundan yararlanaraq konstruktiv təşəbbüslər irəli sürə biləcəklərini ifadə edən Kurtulmuş, zəlzələ səbəbindən səfər edə bilməyən Ukrayna parlamentinin sədri Stefançuku Türkiyəyə dəvət edib.
Ukrayna humanitar dəstəyə görə türk xalqına təşəkkür edir
Ukrayna parlamentinin sədri Stefançuk Türkiyənin Krım Platformasının qurulduğu gündən bu yana bir parçası olmasından məmnun olduqlarını bildirib. Rusiya-Ukrayna müharibəsi zamanı Ukraynaya göstərdiyi humanitar dəstəyə görə türk xalqına təşəkkür edən Stefançuk Türkiyənin ərzaq təhlükəsizliyinə verdiyi dəstəyin əhəmiyyətinə diqqət çəkib.
Qolodomor faciəsinin 70-ci ildönümü ilə bağlı yaxın vaxtlarda Ukrayna parlamentində xüsusi proqram təşkil ediləcəyini bildirən Stefançuk Kurtulmuşu bu proqrama dəvət edib.
AK Partiya Ankara Millət vəkili Yıldırım Tuğrul Türkeş, AK Partiya Kayseri millət vəkili Murat Cahid Cınqı, CHP Əskişəhər millət vəkili Utku Çakırözer və Türkiyənin Praqa səfiri Egemen Bağış da iştirak edib.

Bunu da oxuyun

Macarıstanın “Pakş” AES-in gücü nasazlıq səbəbindən azaldılıb

SEPAH generalı İranın münaqişəni davam etdirməyə tam hazır olduğunu bildirib

Kosmik müharibə təhlükəsi: Rusiyanın ABŞ-a sərt reaksiyası

Nuranə Məmmədova

 

 

Previous Post

Ukrayna humanitar dəstəyə görə türk xalqına təşəkkür edir

Next Post

Tehranda birgə bəyanat qəbul olundu

Bənzər yazılar

Macarıstanın “Pakş” AES-in gücü nasazlıq səbəbindən azaldılıb

Macarıstanın “Pakş” AES-in gücü nasazlıq səbəbindən azaldılıb

20 Sentyabr 2026 - 12:54

Macarıstandakı "Pakş" atom elektrik stansiyasının (AES) ikinci enerji blokunun iş gücü mexaniki avadanlığın nasazlığı səbəbindən azaldılıb. Elchi.az xəbər verir ki,...

SEPAH generalı İranın münaqişəni davam etdirməyə tam hazır olduğunu bildirib

SEPAH generalı İranın münaqişəni davam etdirməyə tam hazır olduğunu bildirib

18 Sentyabr 2026 - 22:44

İran istənilən düşmən tərəfin aqressiv addımına cavab verməyə tam hazırdır. Elchi.az xəbər verir ki, bunu İran İslam İnqilabı Keşikçiləri Korpusunun...

Kosmik müharibə təhlükəsi: Rusiyanın ABŞ-a sərt reaksiyası

Kosmik müharibə təhlükəsi: Rusiyanın ABŞ-a sərt reaksiyası

16 Sentyabr 2026 - 10:08

ABŞ-ın orbitdə silah sistemlərinə malik olması barədə rəsmi bəyanatı Moskvada sərt reaksiyaya səbəb olub. Rusiya Xarici İşlər Nazirliyi Vaşinqtonu kosmosda...

Bakıdan dünyaya həmrəylik mesajı

Bakıdan dünyaya həmrəylik mesajı

15 Sentyabr 2026 - 17:39

"Azərbaycan müxtəlif dinlərin və xalqların birgə yaşadığı çoxkonfessiyalı, tolerant ölkədir. Tarixin bütün dövrlərində dini dözümlülük, başqa dinlərin nümayəndələrinə hörmət və...

Next Post
Tehranda birgə bəyanat qəbul olundu

Tehranda birgə bəyanat qəbul olundu

Tehranda birgə bəyanat qəbul olundu

Tehranda birgə bəyanat qəbul olundu

Son xəbərlər

Tarixi zəfərimizin rəmzi – Suverenlik Günu

Tarixi zəfərimizin rəmzi – Suverenlik Günu

20 Sentyabr 2026 - 13:00
Lamin Yamal İspaniya La Liqasında 50 məhsuldar ötürmə ilə rekorda imza atıb

Lamin Yamal İspaniya La Liqasında 50 məhsuldar ötürmə ilə rekorda imza atıb

20 Sentyabr 2026 - 12:55
Macarıstanın “Pakş” AES-in gücü nasazlıq səbəbindən azaldılıb

Macarıstanın “Pakş” AES-in gücü nasazlıq səbəbindən azaldılıb

20 Sentyabr 2026 - 12:54
Braziliyalı hücumçu Rafinya “Barselona”nın tarixinə düşüb

Braziliyalı hücumçu Rafinya “Barselona”nın tarixinə düşüb

20 Sentyabr 2026 - 12:51
Pakistan XİN Azərbaycanın Dövlət Suverenliyi Gününü təbrik edib

Pakistan XİN Azərbaycanın Dövlət Suverenliyi Gününü təbrik edib

20 Sentyabr 2026 - 12:49
Çin şirkəti “Kinetica-1” daşıyıcı raketinin 16-cı buraxılışını başa çatdırıb

Çin şirkəti “Kinetica-1” daşıyıcı raketinin 16-cı buraxılışını başa çatdırıb

20 Sentyabr 2026 - 12:43
Bakıda yağış yağacaq, bəzi rayonlara dolu düşəcək

Bakıda yağış yağacaq, bəzi rayonlara dolu düşəcək

20 Sentyabr 2026 - 12:41
Azərbaycan XİN: Dövlət suverenliyinin bərpası regionda yeni siyasi reallıq yaradıb

Azərbaycan XİN: Dövlət suverenliyinin bərpası regionda yeni siyasi reallıq yaradıb

20 Sentyabr 2026 - 10:38
Türkiyədə sərnişin avtobusu qəzaya uğrayıb, 18 nəfər xəsarət alıb

Türkiyədə sərnişin avtobusu qəzaya uğrayıb, 18 nəfər xəsarət alıb

20 Sentyabr 2026 - 10:37
“Yuventus”un qapıçısı Kamil Qrabara diz zədəsi ilə üzləşib

“Yuventus”un qapıçısı Kamil Qrabara diz zədəsi ilə üzləşib

20 Sentyabr 2026 - 10:35
“Haber Global”: Antiterror əməliyyatı ilə Azərbaycan Ordusu daha bir parlaq zəfərə imza atıb

“Haber Global”: Antiterror əməliyyatı ilə Azərbaycan Ordusu daha bir parlaq zəfərə imza atıb

20 Sentyabr 2026 - 10:33
Prezidentin sosial media hesablarında 20 Sentyabr – Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib

Prezidentin sosial media hesablarında 20 Sentyabr – Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib

19 Sentyabr 2026 - 18:11
Hava ilə bağlı xəbərdarlıq: Şimşək çaxacaq, dolu düşəcək

Göygölə dolu düşüb – FAKTİKİ HAVA

19 Sentyabr 2026 - 17:30
FHN DYMX növbəti “açıq qapı günü” tədbiri keçirib – VİDEO

Bakıda yaşayış binasında yanğın olub

19 Sentyabr 2026 - 16:53
Danimarka Trampın Qrenlandiya ilə bağlı elan etdiyi razılaşmanı alqışlayıb

Danimarka Trampın Qrenlandiya ilə bağlı elan etdiyi razılaşmanı alqışlayıb

19 Sentyabr 2026 - 16:25
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.