Havay adalarında “Kilauea”vulkanı püskürüb. ABŞ Geoloji Tədqiqat Xidmətinin (USGS) məlumatına görə, parıltı iyunun 7-də “Kilauea”nın zirvəsindəki veb-kameradan görüntülərdə müşahidə edilib. Nəticədə qırmızı aviasiya təhlükəsi kodu elan edilib.
Elchi.az bu barədə Ria.ru-ya istinadən xəbər verir.
Hazırda yalnız “Halemaumau” krateri aktiv püskürmə ilə üzləşir, USGS-ə görə, xidmət hadisələr inkişaf etdikcə təhlükə səviyyəsini nəzərdən keçirəcək.
Qeyd edək ki, “Kilauea” Yer kürəsinin ən aktiv vulkanlarından biri hesab olunur. “Kilauea”nın həm də Havay vulkanları ilahəsi Pelenin evi olduğuna inanılır.
Vulkanın sonuncu püskürməsi 2021-ci ildə baş verib.
2018-ci il may ayının əvvəlində vulkanın aktivləşməsindən sonra yerli hakimiyyət 10 minə yaxın insanın zərər çəkdiyi və 700-dən çox evin dağıdıldığı əhalinin təxliyəsini elan etmişdi.
Yeganə