Qazaxıstanın enerjisistem operatoru “KEGOC” Səhmdar Cəmiyyəti elektrik təchizatını tam bərpa edib.
Elchi.az xəbər verir ki, bu barədə respublikanın Energetika Nazirliyindən məlumat verilib.
“KEGOC”un məlumatına görə, yerli vaxtla saat 14:37-də Qazaxıstanın Vahid Elektrik Enerjisi Sistemində (EES) texnoloji pozuntu baş verib və bu, 500 kV-luq “Ağadır-Ülkən L-5300”, “L-5320”, eləcə də “Aptoğay-Taldıqorğan L-5400” elektrik verilişi xətlərinin açılması ilə müşayiət olunub. Buna görə də respublikanın Bostandıq, Naurızbay, Auezov və Alatau rayonlarının sakinləri işıqsız qalıblar.
Məryəm





















