ABŞ-ın Havay arxipelaqında yerləşən, dünyanın ən aktiv vulkanlarından biri olan Kilaueada püskürmə baş verib.
Elchi.az xəbər verir ki, ABŞ-ın Havay arxipelaqlarından olan Böyük Adanın cənubundakı Havay Vulkanları Milli Parkında yerləşən Kilauea vulkanı 1247 metr hündürlüklə fəaliyyətə başlayıb.
Havay Vulkan Rəsədxanasından (HVO) verilən açıqlamada, vulkanın Halemaumau kraterində püskürmənin baş verdiyi bildirilib.
Bildirilib ki, aviasiya sənayesi üçün risk səviyyəsi narıncıdan qırmızıya yüksəlib.
Bildirilib ki, hazırda partlayış kraterlə məhdudlaşır və yaşayış məntəqələri üçün heç bir təhlükə yaratmır.
Şayəstə