"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home MANŞET

“Harada aş, orada baş” olan media rəhbərləri… – Deputat

27 Sentyabr 2022 - 14:06
in MANŞET
FacebookVatsap

Elchi.az Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, Milli Məclisin üzvü Qüdrət Həsənquliyevin Teleqraf.com-a müsahibəsini təqdim edir:

Bunu da oxuyun

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

Peskov təsdiqlədi: “S-400-lərin Türkiyədən köçürülməsi…”

Sənaye və texnologiya parklarının maliyyə səmərəliliyi ciddi müzakirə mövzusu olmalıdır” – Qüdrət Həsənquliyev

  • Qüdrət bəy, Milli Şura üzvləri, onların xaricdəki dəstəkçiləri, vaxtilə Elçibəy hakimiyyətində təmsil olunub bu gün Qərbdən siyasi dəstək gözləyən bəzi şəxslər ictimai qınaqdan qorxmayraq Azərbaycanı Ermənistanın dövlət sərhədlərini pozmaqda ittiham edirlər. Bu barədə fikirlərinizi bilmək istərdik.
  • Əvvəllər də söyləmişəm, bəzi adamların hakimiyyətə gəlmək ehtirası aşıb-daşır. Onlar görürlər ki, illər keçir, ömür başa çatır, amma heç nəyə nail ola bilmirlər. Uzun illərin uğursuzluğu bu adamları sağlam düşüncədən məhrum etməklə yanaşı, həm də rəzil edib. İctimai qınaqdan qorxmamalarının səbəbi xalqın onsuz da onları dəstəkləmədiyini bilmələridir. Xalqın onların çağırışlarına cavab verməməsi bəzilərini dəli edir. Xaricdə ermənipərəst dairələrdən aldıqları pul qarşılığında öz dövlətinə böhtan atanlar da var. Bir qisim – keçmiş səfir, deputat, yaxud jurnalistlər hesab edir ki, iqtidar onları istifadə edib atıb, buna görə qisas almaq lazımdır. Eyni zamanda düşünürlər ki, ermənipərəst güclərin dəstəyi ilə ölkədə sabitliyi pozub hakimiyyətə gələ bilərlər. Bunların içərisində bəzi böyük dövlətlərin ermənipərəst mövqeyini görüb əsməcə tutanlar da var. 1993-cü ildə Gəncədə hərbi qiyam başlayanda onların çoxunun qorxudan Elçibəyi necə satması, qiyamçıları öz adları ilə çağırmaqdan necə yayınmaları yaddaşlardan heç vaxt silinməyəcək.
    Bu adamların Azərbaycanda siyasi hakimiyyətə gəlməsi ölkəmizin varlığını növbəti dəfə böyük təhlükə ilə üz-üzə qoyar. Bunu sadə insanlar da, ölkədə ictimai asayişin qorunmasına, dövlətin təhlükəsizliyinə cavabdeh olan dövlət orqanları da çox gözəl bilirlər. 30 il xalqımıza zülm etmiş, 20 faiz torpağımızı işğal edib bir milyon insanı ev-eşiyindən qovmaqla dözülməz şəraitdə yaşamağa məhkum etmiş, Xocalı soyqırımını törətmiş bir dövlətin müdafiəsinə qalxanları xalqımız heç vaxt bağışlamayacaq. Son açıqlamaları ilə onlar özlərini tamamilə bitirdilər.
  • Qüdrət bəy, bu cür ünsürlərə qarşı aparlan informasiya savaşının, maarifləndirmə işinin səviyyəsindən razısınızmı?
  • “Harada aş, orada baş” olan bəzi media orqanlarının rəhbərləri özlərini elə aparırlar ki, sanki bu kimi məsələlərin onlara aidiyyəti yoxdur. Prezidenti tərifləmək yetərlidir, amma dövlətimizə böhtan atanlara, dövlət rəsmilərini təhqir edənlərə cavab vermək isə sanki “mətbuatın aşağı təbəqəsinə aid olanların” üzərlərinə düşür. Bu sözləri sizin saytlara aid etmək olmaz. Aynur Camalqızı başda olmaqla, sizin əməkdaşlar heç vaxt yaxalarını kənara çəkməyib, həmişə siyasəti çirkləndirən, öz ölkəsinə böhtan atan satqınların qarşısında dayanıblar. Aynur xanım zamanında çox gənc olmasına baxmayaraq, təmsil olunduğu partiyanın rəhbərlərindən fərqli olaraq barışmazlıq və nifrət siyasətinin cəmiyyətimizə və dövlətimizə vurduğu ziyanları görüb. Siyasi cəngəllikdən çıxışın doğru yolunu seçib, qarşısına çıxan kol-kos ona maneə yaratsa da, onları ayaqlayıb cığır açıb və uğurlara imza atıb. Çox gənc yaşlarında təmsil olunduğu düşərgənin və əməkdaşı olduğu qəzetin mövqeyindən çıxış edərək radikal məqalələr yazıb, amma zamanla səhvlərini anlayıb və necə özündə cəsarət tapıb o yazıları yazırdısa, yenə eyni cəsarətlə səhv etdiyini bəyan edib. Milli Məclisə seçkilərdə tanınmış və təcrübəli şəxslərə qarşı alternativ olmaqdan çəkinməyib, deputat olduğu dönəmdə də yaxşı parlamentar kimi özünü təsdiq edib. Çox təəssüf ki, ali siyasi dəyərləri tam mənimsəməmiş cəmiyyətimizdə onun gənc yaşlarında əldə etdiyi uğurları həzm edə bilməyən bəzi həmkarları, siyasi fəallar ona qarşı amansız bir qara piar kampaniyası başlatdılar və fasilələrlə həmin təbliğat bu gün də davam edir. Amma o, mətbuatımızda azsaylı şəxslərdən biridir ki,dövlətin informasiya siyasətinin müəyyənləşməsinə və həyata keçirilməsinə ciddi töhfə verə bilər. Patriarxal cəmiyyətlərdə qadınların ictimai-siyasi həyatda uğur qazanması həmişə böyük çətinliklərlə müşayiət olunur. Təəssüf ki, bu zaman, bir çox hallarda, qadınların ən böyük qənimləri elə qadınların özləri olur. Aynur xanımı tanıdığımdan əminliklə deyə bilərəm ki, iyrənc metodlarla nə onu yolundan döndərmək, nə də mübarizə əzmini qırmaq olar. O öz yazıları ilə və rəhbərlik etdiyi media qurumlarının gücündən istifadə edərək satqınların ifşasını davam etdirəcək. Bunları da ona görə dedim ki, o, yenə də haqsız və ədalətsiz hücumlara məruz qalır.
Previous Post

“Harada aş, orada baş” olan media rəhbərləri… – Deputat

Next Post

Soylu istefa verir? – Ərdoğana müraciət

Bənzər yazılar

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

30 Sentyabr 2026 - 19:44

Oktyabrın 2-3-də bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib. Bu barədə Elchi.z - a...

Peskov təsdiqlədi: “S-400-lərin Türkiyədən köçürülməsi…”

Peskov təsdiqlədi: “S-400-lərin Türkiyədən köçürülməsi…”

30 Sentyabr 2026 - 16:00

"S-400 hava hücumundan müdafiə sistemlərinin Türkiyədən başqa yerə köçürülməsi məsələsi gündəmdədir". Elchi.az-ın məlumatına görə, bu barədə Rusiya Prezidentinin mətbuat katibi...

Sənaye və texnologiya parklarının maliyyə səmərəliliyi ciddi müzakirə mövzusu olmalıdır” – Qüdrət Həsənquliyev

Sənaye və texnologiya parklarının maliyyə səmərəliliyi ciddi müzakirə mövzusu olmalıdır” – Qüdrət Həsənquliyev

30 Sentyabr 2026 - 14:07

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev partiyanın mətbuat xidmətinin suallarını cavablandırıb. Elchi.az müsahibəni təqdim edir: -...

Moskvadan Londona nüvə xəbərdarlığı: “Kalininqrada zərbə cavabsız qalmayacaq”

Moskvadan Londona nüvə xəbərdarlığı: “Kalininqrada zərbə cavabsız qalmayacaq”

29 Sentyabr 2026 - 16:56

Böyük Britaniya və ya NATO-nun hərbi əməliyyatları Rusiyanın sərəncamında olan bütün vasitələrlə cavablandırılacaq. Elchi.az xəbər verir ki, Rusiyanın Londondakı səfirliyi...

Next Post
Soylu istefa verir? – Ərdoğana müraciət

Soylu istefa verir? – Ərdoğana müraciət

Soylu istefa verir? – Ərdoğana müraciət

Soylu istefa verir? – Ərdoğana müraciət

Son xəbərlər

“Neftçi” basketbol komandası FIBA Avropa Kubokunda əsas mərhələyə yüksəlib

“Neftçi” basketbol komandası FIBA Avropa Kubokunda əsas mərhələyə yüksəlib

30 Sentyabr 2026 - 22:36
Tramp ABŞ qoşunlarının İraqdan tam çıxarılmasını administrasiyasının qələbəsi adlandırıb

Tramp ABŞ qoşunlarının İraqdan tam çıxarılmasını administrasiyasının qələbəsi adlandırıb

30 Sentyabr 2026 - 22:34
Danimarka səfiri HHQ helikopteri ilə bağlı insidentə görə Rusiya XİN-ə çağırılıb

Danimarka səfiri HHQ helikopteri ilə bağlı insidentə görə Rusiya XİN-ə çağırılıb

30 Sentyabr 2026 - 22:33
ABŞ səfirliyi: Bakı ilə müdafiə sahəsində tərəfdaşlığı genişləndiririk

ABŞ səfirliyi: Bakı ilə müdafiə sahəsində tərəfdaşlığı genişləndiririk

30 Sentyabr 2026 - 22:31
Azərbaycan məhsulları Minskdə beynəlxalq sənaye sərgisində vahid ölkə stendində nümayiş olunur

Azərbaycan məhsulları Minskdə beynəlxalq sənaye sərgisində vahid ölkə stendində nümayiş olunur

30 Sentyabr 2026 - 19:52
Yakutiyada yeniyetmə məktəbdə terror aktı törətmək istəyib

Yakutiyada yeniyetmə məktəbdə terror aktı törətmək istəyib

30 Sentyabr 2026 - 19:50
Həsənzadə: ABŞ SEPAH və “Bəsic” qərargahlarına hücumla heç nəyə nail olmayıb

Həsənzadə: ABŞ SEPAH və “Bəsic” qərargahlarına hücumla heç nəyə nail olmayıb

30 Sentyabr 2026 - 19:48
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

30 Sentyabr 2026 - 19:44
FHN kiçikhəcmli gəmi istifadəçiləri üçün tədbirlər keçirib

FHN kiçikhəcmli gəmi istifadəçiləri üçün tədbirlər keçirib

30 Sentyabr 2026 - 19:29
Azərbaycan MN ilə Türkiyə müdafiə sənayesi şirkətləri arasında əməkdaşlığa dair müqavilələr imzalanıb

Azərbaycan MN ilə Türkiyə müdafiə sənayesi şirkətləri arasında əməkdaşlığa dair müqavilələr imzalanıb

30 Sentyabr 2026 - 19:12
Uşaqla nikah bağlamadan ailə qurmaq erkən evlilik sayılacaq

Uşaqla nikah bağlamadan ailə qurmaq erkən evlilik sayılacaq

30 Sentyabr 2026 - 18:56
Bakıda və bölgələrdə külək güclənəcək

Külək güclənəcək – XƏBƏRDARLIQ

30 Sentyabr 2026 - 18:48
Rutte Rusiyaya NATO-nun müdafiə məqsədlərini xatırladıb

Rutte Rusiyaya NATO-nun müdafiə məqsədlərini xatırladıb

30 Sentyabr 2026 - 18:39
Prezidentin sosial şəbəkə hesablarında “ADEX 2026” sərgisi ilə bağlı paylaşım edilib

Prezidentin sosial şəbəkə hesablarında “ADEX 2026” sərgisi ilə bağlı paylaşım edilib

30 Sentyabr 2026 - 18:25
Oktyabrın ilk günlərində hava yağıntılı olacaq, temperatur 5-8 dərəcə enəcək – XƏBƏRDARLIQ

Oktyabrın ilk günlərində hava yağıntılı olacaq, temperatur 5-8 dərəcə enəcək – XƏBƏRDARLIQ

30 Sentyabr 2026 - 18:17
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.