"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Hamımız yandıq, 14-ümüz ölü! – suçlu kim…

20 May 2015 - 09:22
in XƏBƏR LENTİ
FacebookVatsap

Bakıda qara çərşənbə axşamı; Binəqədi rayonundakı 16 mərtəbəli binada penoplast üzlükdən başlayan dəhşətli yanğının nəticələri ölkəni sarsıtdı; 5 azyaşlının da həyatına son qoyan faciə ilə bağlı prezident xüsusi sərəncam imzaladı; həbslər başladı…

Bunu da oxuyun

Prezident İlham Əliyev Hikmət Çətinin ailəsinə başsağlığı verib

Xaricə satılan malların puluna gömrük nəzarət edəcək

Azərbaycandan 800-ə yaxın tələbə Litvada təhsil alır

Mayın 19-da Bakı, ümumilikdə ölkəmiz  ağır bir faciə yaşayıb. Təxminən saat 11 radələrində Binəqədi rayonu, Azadlıq prospektində yerləşən  289 saylı binanın penoplast üzlüyündə başlayan dəhşətli yanğın tezliklə bütün 16 mərtəbəni əhatə edib. Yanğının yaratdığı dəhşətli tüstü şəhərin böyük bir hissəsinə yayılıb. Məlumatlara görə, məhz çoxsaylı insan itkisinə də penoplast üzlüyün yaratdığı zəhərli tüstü səbəb olub… Hadisədən dərhal sonra hökumətin müvafiq strukturları ayağa qaldırılsa da, nə yazıq ki, bütün çabalara rəğmən 14 nəfər (müstəqli mənbələrə görə, 17) faciəli şəkildə həlak olub. Daha bir dəhşətli fakt isə həlak olanların beşinin azyaşlı olmasıdır…

Daxili işlər naziri və baş prokuror hadisə yerində

Yanğının miqyası bəlli olduqdan sonra daxili işlər naziri Ramil Usubov və baş prokuror Zakir Qaralov dərhal hadisə yerinə gəliblər. Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Özbəkistanda rəsmi səfərdə olduğu üçün yanğınsöndürənlərə onun müavinləri rəhbərlik edib. (Mayın 19-u axşam məlum olub ki, K.Heydərov səfərini yarımçıq qoyub ölkəyə qayıdıb). Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov hadisə yerinə nədənsə, yalnız  axşama yaxın baş çəkib. Orada da sakinlərlə qarşıdurma yaşanıb, merin başına yanan binadan şüşə qırıqları düşüb.
Hadisə yerində açıqlama verən baş prokuror ilkin olaraq 4 nəfərin öldüyünü bildirib.
Zakir Qaralov onu da deyib ki, yanğınla bağlı Fövqəladə Hallar, Daxili İşlər nazirlikləri və Baş Prokurorluq birgə istintaq qrupu yaradıb.
Zakir Qaralov bildirib ki, bu sahədə ixtisaslaşdırılmış kadrlar istintaqa, əməliyyat qrupuna cəlb olunub: “Yanğına ilkin səbəb binanın üzlük örtüyünün lazımi keyfiyyətdə olmamasıdır. İcra orqanlarından təhvil-təslim aktları götürülüb. Bu hərəkətə lazımi qiymət veriləcək”. 
Prezidentin köməkçisi: “Cəzalandırılacaqlar…”
Prezidentin köməkçisi Əli Həsənov yanğın davam edən saatlarda xüsusi bir sərəncam hazırlandığını anons edib: “Prezident Xətai və Binəqədi rayonlarında iki yaşayış binasında baş vermiş yanğının səbəblərinin bütün təfərrüatları ilə araşdırılması üçün xüsusi komissiyanın yaradılması barədə göstəriş verib. Həmçinin yanğına məruz qalmış üzlük materialların istehsalına uyğunluq sertifikatının verilməsi, onlardan yaşayış binalarında üzlük kimi istifadə edilməsi, bu halda təhlükəsizlik normalarına riayət olunub-olunmaması məsələləri də araşdırılacaq, pozuntuya yol vermiş qurumlar və şəxslər ciddi şəkildə cəzalandırılacaq. Həmin materiallarla üzlənmiş binalarla bağlı müvafiq tədbirlər görüləcək”.
Əli Həsənov deyib ki, prezident yanğın nəticəsində həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verib, həmçinin onların dəfninin və yas mərasimlərinin dövlət hesabına təşkili məsələsini Bakı Şəhər İcra Hakimiyyətinə tapşırıb.

Hər dəqiqə artan itkilər…

Yanğının söndürülməsi üçün hətta helikopterlər cəlb edilsə də, dəqiqələr keçdikcə yanğında ölənlərin statistikası az qala hər dəqiqə artmağa başlayıb. 4, 5, 8, 12, 14… səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin sədri Şakir Musayev “Trend”ə bildirib ki, həlak olanların 14-nün meyiti gətirilib.  Həlak olanların ilkin siyahısı belədir:   Məhərrəmova Fərəh Elnur qızı (3 yaş), Bağırov Sahib Rəhim oğlu (49 yaş), Bağırova Firəngiz Rəhim qızı (60 yaş), Şirinova Zülfiyyə Yavər qızı (43 yaş), Nəcəfzadə Yaşar Fazil oğlu (27 yaş), Eyvazov Davud Hamir oğlu (16 yaş), Eyvazova Ülkər Hamir qızı (21 yaş), Cavadov Ömər Vüqar oğlu (yaş yarımlıq),  Kərimova Nazilə Malik qızı (39 yaş), Kərimova Ayan Anar qızı (5 yaş), Hüseynov Ayxan Şahin oğlu (2 yaş).
Ölənlərdən Bağırova Firəngiz Rəhim qızı ilə Bağırov Sahib Rəhim oğlu, Eyvazov Davud Hamir oğlu ilə Eyvazova Ülkər Hamir qızı qardaş-bacıdırlar..
Səhiyyə Nazirliyinin rəsmi məlumatında bildirilib ki, yanğınla əlaqədar 50 nəfər yaralı təcili tibbi yardım maşınları ilə müxtəlif xəstəxanalara yerləşdirilib:
“Əvvəlcədən yaralıların qəbulu üçün tam hazır vəziyyətdə olan xəstəxanalarda yaralılara ən yüksək səviyyədə bütün lazımi tibbi yardım göstərilir. Ümumilikdə xəsarət alanların sayı 50 nəfərdir. Aldıqları müxtəlif bədən xəsarətlərindən 14 nəfər dünyasını dəyişib. Yaralıların əksəriyyəti toksiki zəhərlənmə diaqnozu ilə 1 saylı Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsinə, qalan hissəsi Elmi Təhqiqat Travmatologiya və Ortopediya İnstitutuna, 6 saylı Bakı Şəhər Xəstəxanasına və Yanıq Mərkəzinə yerləşdirilib. 10 nəfərə Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının əməkdaşları tərəfindən yerindəcə yardım göstərilib. Hazırda Səhiyyə Nazirliyinin müavinləri xəstəxanalardadır, yaralıların vəziyyəti ilə şəxsən tanış olurlar və lazımi göstərişlər verirlər. Yanğın başlanan andan etibarən hadisə yerində çalışan 30 təcili və təxirəsalınmaz tibbi yardım briqadası artıq qayıtmaq üzrədir, lakin 3 briqadamız hazır vəziyyətdə hadisə yerində qalır. Xəstəxanalarda olan yaralıların həyati təhlükəsi yoxdur”.

Prezident sərəncam verdi

Axşam saatlarında isə  prezidenti İlham Əliyevi yanğınla əlaqədar Dövlət Komissiyasının yaradılması haqqında sərəncam imzalayıb.
APA-nın məlumatına görə, sərəncama əsasən, Dövlət Komissiyası aşağıdakı tərkibdə yaradılıb:
Komissiyanın sədri: Abid Şərifov – Baş nazirinin müavini
Komissiyanın üzvləri: Ramil Usubov – daxili işlər naziri
Kəmaləddin Heydərov – fövqəladə hallar naziri
Zakir Qaralov – Baş prokuror
Eldar Mahmudov – milli təhlükəsizlik naziri
Oqtay Şirəliyev – səhiyyə naziri
Samir Şərifov – maliyyə naziri
Səlim Müslümov – əmək və əhalinin sosial müdafiəsi naziri
Hacıbala Abutalıbov – Bakı Şəhər İcra Hakimiyyətinin başçısı
Dövlət başçısının tapşırığına əsasən, Dövlət Komissiyası:
– hadisənin baş verməsi səbəblərini və şəraitini araşdıraraq onun nəticələrinin aradan qaldırılması üçün təxirəsalınmaz tədbirlər müəyyənləşdirib və həyata keçirməlidir;
– baş vermiş yanğın nəticəsində zərər çəkənlərin əmlakına dəymiş ziyanın 15 gün müddətində hesablanmasını təmin etməlidir;
– hadisə nəticəsində zərər çəkənlərə və həlak olanların ailə üzvlərinə maddi və digər zəruri yardım göstərilməsini təmin etməlidir;
– yanğın nəticəsində xəsarət alanların müalicəsini təmin etməlidir;
– yaşayış binasının istifadəyə yararlılıq vəziyyətini araşdırıb və onun sakinlərinin müvəqqəti yerləşdirilməsi ilə bağlı zəruri tədbirləri həyata keçirməlidir;
– görülmüş işlər haqqında mütəmadi məlumat verməlidir.
Baş Prokurorluq isə Daxili İşlər və Fövqəladə Hallar nazirlikləri ilə birlikdə baş vermiş yanğın hadisəsinin səbəblərinin araşdırılması və təqsirkar şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilməsi üçün təxirəsalınmaz istintaq tədbirlərini həyata keçirməlidir.

“Global Construction” şirkətinin rəhbəri Miryusif Mahmudov həbs olundu

Sərəncam hazırlanan saatlarda  yanğınla bağlı ilk həbs qərarı xəbəri gəlib.
Məlum olub ki, Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində Cinayət Məcəlləsinin 225.2-ci – ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olan yanğın təhlükəsizliyi qaydalarını pozma, 308.2-ci – vəzifə səlahiyyətlərindən sui-istifadə və 314.2-ci – ağır nəticələrə səbəb olan səhlənkarlıq maddələri ilə cinayət işi başlanılıb. Qulluq mənafeyi tələb etdiyi halda səlahiyyətlərindən istifadə etməyən və istehsal etdiyi keyfiyyətsiz üzlüklərlə həmin binada fasadlama işləri aparmış “Global Construction” şirkətinin rəhbəri Miryusif Mahmudov iş üzrə şübhəli şəxs qismində tutulub.
Məlumat üçün bildirək ki, adıçəkilən şirkət Bakı şəhəri, A.Gəraybəyli küçəsi, 23a ünvanında yerləşir. Bu haqda musavat.com yazıb. Sayt bildirir ki, şirkətin sosial şəbəkələrdə olan səhifələri də bağlanıb. “General Construction” 2001-ci ildə Panamada qeydiyyatdan keçmiş “Oceanstream İNC” adlı offşor şirkət tərəfindən təsis olunub. Həmin təsisçi şirkətin sahibi azərbaycanlı iş adamı Xaqani Bəşirovdur. Xəqani Bəşirov eyni zamanda Lüksemburq-Azərbaycan Mədəniyyət Cəmiyyətinin yaradıcısı və sədridir. Qurum Lüksemburqda yerləşir. Həmin cəmiyyətlə də əlaqə yaratmağımız alınmadı. Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib ki, həmin cəmiyyətlə uzun müddətdir ki, əlaqə yaratmaq mümkün deyil: “Uzun müddətdir ki, həmin cəmiyyətin sədri bizimlə əlaqə saxlamır. Çünki ya yerini, ya da telefon nömrəsini dəyişib. Bizim hazırda bu təşkilatın hansı ölkədə fəaliyyət göstərməsindən məlumatımız yoxdur. Bütövlükdə cəmiyyətin sədri və fəaliyyətindən xəbərsizik”.


Bina sakinləri öz əcəllərinə etiraz ediblərmiş…

Bina sakinlərindən aldığımız məlumata görə, onlar binanın fasadı penoplastla bəzədilən zaman etiraz ediblər, amma faydası olmayıb: “Burada ”təmir” işləri aparanda biz səsimi qaldırdıq. Etiraz etdik. Amma faydası olmadı. Yenə də bu bəzəmə işlərinə davam etdilər. Bütün bina sakinləri buna etiraz etsəydilər, indi belə olmazdı. Qısa müddət ərzində bina demək olar ki, təmiz yandı”. 
Yanğın baş vermiş binanın sakinlərindən biri deyir: “Mən 4-cü mərtəbədə yaşayıram. Evdən çıxıb, iş dalınca getdim. Qayıdanda gördüm binamız yanır. Evdən çıxmağımla qayıtmağımın arası cəmisi 20 dəqiqə çəkdi. Amma bina artıq od tutub yanırdı. İçəri girməyə çalışdım, amma girmədim. Bizim ailə artıq bayıra çıxmışdı. Bizim mənzil çox da yanmayıb. Amma digər mənzillərdə heç bir əşya salamat qalmadı. Ölənlər də qonşularımızdı. Onların çoxu ikinci blokda yaşayanlardır”.


Abutalıbovun telefonuna qadın cavab verib 

“Binada baş verən yanğınla bağlı Binəqədi Rayon İcra Hakimiyyətinə və Fövqəladə Hallar Nazirliyinə müraciət edin, bizə yox…”
Bu sözləri modern.az saytına açıqlamasında Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun şəxsi telefonuna cavab verən köməkçi xanım bildirdi. “Baş verənlərdə Bakı Şəhər İcra Hakimiyyətini, Hacıbla Abutalıbovu günahlandırırlar” fikirlərinə cavab olaraq xanım belə deyib: “Bu məsələ Hacıbala müəllimlik deyil”.
Xanım bir daha “müvafiq qurumlara müraciət edin” deyərək telefonu söndürüb.
Binəqədi Rayon İcra Hakimiyyəti: “Məsuliyyət onların üzərinə düşür”
Binəqədi İcra Hakimiyyətinin rayon təsərrüfatı şöbəsinin müdiri Ədalət Rəcəbov azvision.az-a bildirib ki, yanğınla bağlı bütün məsuliyyət binada təmir işləri aparan şirkətin üzərinə düşür: “Təmir işlərini ”Global Construction” şirkəti həyata keçirib. Odur ki, bütün məsuliyyət onların üzərinə düşür”.

Telekanallar çal-çağıra… sərəncamdan sonra ara verdi

Musavat.com faciə baş verən saatlarda milli kanallarda kiçicik bir monitorinq keçirib.
Xəzər TV, Space TV ekranlarında ısl çal-çağır əhvalı olub. Space TV-nin “Günaydın” verilişində isə müğənni Ağadadaş Ağayev qol götürüb oynayıb. ATV-nin efirində yayımlanan “Düzünü desək” verilişində isə xalq artisti Niyaməddin Musayev yaradıcılığından, planlarından, səhnə macəralarından danışıb. Yalnız prezidentin sərəncamından sonra televiziyalar əyləncəli proqramlarını dayandırıblar.

Matəm elan edilə bilərmi?

Milli Strateji Mərkəzinin rəhbəri İsa Qəmbər Meydan TV-yə deyib ki, mütləq matəm elan olunmalıdır, çünki böyük faciə baş verib. Onlarla insan həlak olub, xəsarət alıb, onlarla ailə faciə yaşayır və bütün xalq bu itkinin təsiri altındadır.
Yeni Azərbaycan Partiyasının funksioneri, deputat Aydın Mirzəzadə aznews.az-ın ünvanlandığı bu sualı belə cavablandırıb: “Bununla bağlı heç nə deyə bilmərəm, ancaq ilk növbədə yanğın zamanı ölənlərin dəfni ilə ciddi məşğul olmalıyıq. Xəsarət alanların müalicəsi və evsiz qalanların yerləşdirilməsi məsələləri də tez bir zamanda öz həllini tapmalıdır”.

Müsavat bəyanat yaydı 

Müsavat Partiyası bəyanat yayıb. Bəyanatda bildirilir: “Mövcud iqtidarın vətəndaşların taleyinə və təhlükəsizliyinə biganəliyi, bütün sahələrdə ilk növbədə korrupsiya maraqlarının əsas götürülməsi səbəbindən minlərlə Bakı sakininin həyatı təhlükədədir.
Müsavat Partiyası yanğın nəticəsində həlak olanların ailə üzvlərinə və yaxınlarına başsağlığı verir. Faciənin miqyasını nəzərə alaraq ölkədə bir günlük matəm elan olunmasını zəruri sayırıq.
Vətəndaşların təhlükəsizliyini təmin etmək məqsədilə binaların üzərindən penoplast örtüklərin dərhal sökülməsini, həmin örtüklərin odadavamlı materiallarla əvəz olunmasını, bu faciəli vəziyyətin yaranmasında təqsiri olanların dərhal cəzalandırılmasını, yanğından zərərçəkənlərə ciddi kompensasiyanın ödənilməsini tələb edirik”.

Penoplast üzlüklərin sökülməsi əmri verildi 

Bakıda penoplast üzlüklü binaların fasadlarının sökülməsi əmri verilib.
Bakıxanov qəsəbəsində və Xətai rayonunun Zığ şossesində yerləşən binaların sakinlərinin musavat.com-un müxbirinə verdikləri məlumata görə, söküntü işlərinə texnika və çoxlu sayda işçi qüvvəsi cəlb olunub.
Sakinlərin sözlərinə görə, işçilərə tez bir zamanda binaların fasadının tamamilə sökülməsi tapşırılıb.








Məhəmməd TÜRKMƏN
Fotolar, video müəllifindir
Previous Post

Kəmaləddin Heydərov səfərini yarımçıq kəsərək Bakıya dönüb

Next Post

60 terrorçu öldürüldü

Bənzər yazılar

Prezident İlham Əliyev Hikmət Çətinin ailəsinə başsağlığı verib

Prezident İlham Əliyev Hikmət Çətinin ailəsinə başsağlığı verib

25 Noyabr 2026 - 15:05

Prezident İlham Əliyev Hikmət Çətinin ailəsinə başsağlığı məktubu ünvanlayıb. Elchi.az xəbər verir ki, məktubda deyilir: "Türkiyə Respublikasının görkəmli dövlət və...

Xaricə satılan malların puluna gömrük nəzarət edəcək

Xaricə satılan malların puluna gömrük nəzarət edəcək

25 Noyabr 2026 - 14:14

Prezident İlham Əliyev ixracda hesablaşmaların tənzimlənməsi ilə bağlı əlavə tədbirlər və 24 iyun 1997-ci il tarixli fərmanla təsdiq edilmiş "İdxal-ixrac...

Azərbaycandan 800-ə yaxın tələbə Litvada təhsil alır

Azərbaycandan 800-ə yaxın tələbə Litvada təhsil alır

25 Noyabr 2026 - 13:42

Azərbaycandan 800-ə yaxın tələbə Litvanın ali təhsil müəssisələrində təhsil alır, bu ikitərəfli münasibətlərin vacib komponentidir. Elchi.az xəbər verir ki, bunu...

Beynəlxalq Meşə Təlim və Tingçilik Mərkəzi yaradılıb – FƏRMAN

Beynəlxalq Meşə Təlim və Tingçilik Mərkəzi yaradılıb – FƏRMAN

25 Noyabr 2026 - 13:19

Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində “Beynəlxalq Meşə Təlim və Tingçilik Mərkəzi" yaradılıb. Elchi.az xəbər verir ki, Prezident...

Next Post

60 terrorçu öldürüldü

İlham Əliyev yanğn baş verən əraziyə gəlib

Son xəbərlər

Sabahın hava proqnozu açıqlanıb

Sabahın hava proqnozu açıqlanıb

26 Noyabr 2026 - 12:17
Lukaşenko parlamentə qadınlarla bağlı amnistiya haqqında qanun layihəsi təqdim edib

Lukaşenko parlamentə qadınlarla bağlı amnistiya haqqında qanun layihəsi təqdim edib

26 Noyabr 2026 - 12:11
“La Repubblica”: Avropa qaz idxalında çatışmazlığı tam aradan qaldıra bilməyib

“La Repubblica”: Avropa qaz idxalında çatışmazlığı tam aradan qaldıra bilməyib

26 Noyabr 2026 - 11:58
Şoyqu Rüttenin Rusiyanın itkiləri ilə bağlı açıqlamasına münasibət bildirdi

Şoyqu Rüttenin Rusiyanın itkiləri ilə bağlı açıqlamasına münasibət bildirdi

26 Noyabr 2026 - 11:35
Misirdə tanker yanğını! Ölənlərin sayı 31-ə çatıb

Misirdə tanker yanğını! Ölənlərin sayı 31-ə çatıb

26 Noyabr 2026 - 11:24
Mask ABŞ-dakı hər bir uşağa 2 ədəd “SpaceX” səhmi verəcəyini vəd edir

Mask ABŞ-dakı hər bir uşağa 2 ədəd “SpaceX” səhmi verəcəyini vəd edir

26 Noyabr 2026 - 11:12
Dekabrda nazir və komitə sədrlərinin vətəndaş qəbulu CƏDVƏLİ

Dekabrda nazir və komitə sədrlərinin vətəndaş qəbulu CƏDVƏLİ

26 Noyabr 2026 - 11:05
Faktiki hava açıqlanıb

Faktiki hava açıqlanıb

26 Noyabr 2026 - 10:58
Nazir: Zəngəzur dəhlizi Şərqlə Qərb arasında yeni marşrut açacaq

Nazir: Zəngəzur dəhlizi Şərqlə Qərb arasında yeni marşrut açacaq

26 Noyabr 2026 - 10:50
Fransada orta məktəb şagirdlərinin etiraz aksiyaları zamanı təxminən 500 şagird xəsarət alıb

Fransada orta məktəb şagirdlərinin etiraz aksiyaları zamanı təxminən 500 şagird xəsarət alıb

26 Noyabr 2026 - 10:47
Misirdə tanker yanğını nəticəsində ölənlərin sayı 31-ə çatıb

Misirdə tanker yanğını nəticəsində ölənlərin sayı 31-ə çatıb

26 Noyabr 2026 - 10:35
Ərəb Koalisiyası: 2 ballistik raket məhv edildi

Ərəb Koalisiyası: 2 ballistik raket məhv edildi

26 Noyabr 2026 - 10:28
Əraqçi İsrail haqqında: Hər bir ittiham bir etirafdır

Əraqçi İsrail haqqında: Hər bir ittiham bir etirafdır

26 Noyabr 2026 - 10:15
FHN 7 nəfəri xilas etdi, 5 nəfərə köməklik göstərdi

FHN 7 nəfəri xilas etdi, 5 nəfərə köməklik göstərdi

26 Noyabr 2026 - 10:06
FHN Ağdam rayonunda əlilliyi olan şəxslər və onlara xidmət göstərənlər üçün maarifləndirmə tədbiri keçirdi

FHN Ağdam rayonunda əlilliyi olan şəxslər və onlara xidmət göstərənlər üçün maarifləndirmə tədbiri keçirdi

26 Noyabr 2026 - 09:56
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
« Okt    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.