"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Hamdi Köçər: «Azərbaycandan gələn 2 min xəstədən yalnız 100-də xərçəng tapdıq»

10 İyun 2015 - 15:29
in XƏBƏR LENTİ
FacebookVatsap

Hamdi Köçər: «Azərbaycandan gələn 2 min xəstədən yalnız 100-də xərçəng tapdıq»Bir müddət Azərbaycanda özəl tibb klinikaları ilə əməkdaşlıq etmiş türkiyəli cərrah, süd vəzilərinin xərçəngi üzrə mütəxəssis Hamdi Köçər«Facebook» profilində Bakıda fəaliyyətinə imkan verilmədiyindən şikayətlənib. Hazırda İstanbulda çalışan həkim “Azadlıq” radiosuna telefonla müsahibəsində buna belə aydınlıq gətirib:

Bunu da oxuyun

Media və Yayım Şurası Azərbaycana qarşı İran və Türkiyədən koordinasiyalı informasiya hücumlarını pisləyib

“MS Now”: Ağ Evin yeni mətbuat katibi ilk brifinqdən sonra işdən çıxarılmaqla hədələnib

SEPAH: Hörmüzdən icazəsiz keçən neft tankerində yanğın baş verib

– Bakını könüllü tərk etmədim. Çalışdığım xəstəxanalara zəng vurub, rəhbərliyə təzyiq edirdilər ki, məni işdən çıxarsınlar. Əks halda, xəstəxananı bağlayacaqlarını deyirlərmiş. Üstəlik, birbaşa  klinika sahibləri ilə danışırlarmış. Kimlərin zəng vurduğunu bilmədim. Baş həkimlər üzr istəyib deyirdilər ki, səninlə artıq işləyə bilməyəcəyik, yoxsa xəstəxananı bağlayacaqlar. Sonuncu – dördüncü klinikadan da bu səbəblə ayrıldım. Bilirəm, Bakıda bir çox xarici, özəlliklə Türkiyə həkimləri çalışırlar. Fikrimcə, problem məhz onkoloji sahədə çalışmağımdan qaynaqlanır…

«AZƏRBAYCAN HƏKİMLƏRİ XƏSTƏLİK OLMAYAN MASTOPATİYANI MÜALİCƏ EDİRLƏR»

– Bunun səbəbi nədir: İşinizdəki nöqsanlar, rəqabət mühiti, ya nələr?

– Bu söhbətləri Azərbaycanda işləməyə imkan vermirlər deyə etmirəm. Madam soruşursunuz, səmimi olum. Danışdığıma görə ordan uzaqlaşdırılmışam. Bakıya gedən gündən deyirdim ki, mastopatiya adlı bir xəstəlik yoxdur, çünki  mastopatiya döşün normal quruluşudur, müalicə olunmaz, xərçəngə çevrilməz, əməliyyat edilməz. Amma Azərbaycanda həkimlərin çoxu mastopatiyanı müalicə edirlər, döşdə əməliyyat aparırlar. Mən mastopatiyanın müalicəsini aybaşını müalicə etməyə bənzədirəm. Bütün süd vəziləri hər ay böyüyür, ağrıyır, həssaslaşır. Bunu bütün qadın həkimləri də bilir, endokrinoloqlar da. Anlamadığım səbəblərlə Azərbaycanda bunu müalicə etmək istəyirlər. Mən də ora gəldiyim gündən bəri televiziya proqramlarına qatılıb söyləyirdim ki, mastopatiya adlı bir xəstəlik yoxdur. O cümlədən, süd vəzindəki «kista»ların nə əməliyyata, nə də hər hansı müalicəyə ehtiyacı var. Məncə, bu maarifləndirici təbliğatım kimlərinsə xoşuna gəlməyib.

– Hamdi bəy, ola bilərmi ki, Azərbaycan həkimləri çağdaş tibbin yeniliklərindən xəbərsiz qaldıqlarından mastopatiyanı xərçəng simptomları sayır və əməliyyat yolu ilə qarşısını almaq istəyirlər?

– Bu məsələyə şərh vermək istəməzdim. Çünki mən orda bir çox savadlı, çalışqan həmkarımın olduğunu bilirəm. Amma dediyim məsələnin nədən qaynaqlandığını bilmirəm. Mən Almaniyada, Fransada çalışdım, mastopatiya adlı xəstəlik yoxdur, – bilirəm. Nədən bunun müalicəsi üçün torba-torba dərmanlar yazırlar, – bax, bunu anlamıram.

«BİLMİRƏM, BAKIDA DƏQİQ ANALİZ APARILIR, YA YOX»

– Azərbaycanda döş xərçənginin geniş yayıldığı deyilir və statistika da bunu təsdiqləyir. Bütövlükdə xərçəngin dəqiqləşdirilməsi, xərçəng diaqnozunun qoyulub-qoyulmaması nə dərəcədə qəliz məsələdir və bu baxımdan Azərbaycanda xərçəng statistikasına nə dərəcədə inanmaq olar?

– Orada çalışdığım müddətdə xərçəngdən şübhələndiyim xəstələrin iynə ilə biopsislərini edirdim. Sonra bu analizləri İstanbula gətirib, patologiya üzrə mütəxəssislərə verirdim. İşdir, xərçəng çıxardısa, onda xəstəni İstanbula çağırıb əməliyyat edirdim. Azərbaycanda patologiya üzrə yalnız bir nəfər mütəxəssislə tanış oldum, o da Türkiyədən Ləvənd bəy idi. Milli Onkologiya Mərkəzində işləyirdi. Onunla söhbətimdən öyrəndim ki, Azərbaycanda patologiya üzrə həkim yoxdur. Patologiya uzmanı –  mütəxəssisi deyərkən, bu sahədə 4 il boyunca uzmanlıq təhsili alan, beynəlxalq diplomu olan həkimi nəzərdə tuturam. Yoxsa Azərbaycanda  patologiya üzrə birillik təhsili olan və ya xaricdə bir neçə ay çalışmış həmkarlarım var. Onların da əməyinə sayqım yetərincədir. Ancaq xəstələrimə daha güvənli və dəqiq analiz nəticəsi almaq üçün mən nümunələri İstanbula gətirirdim. Bilmirəm, Bakıda dəqiq analiz aparılır, ya yox. Amma bunu gördüm ki, Azərbaycanda xəstələrin əlində patoloji analiz nəticələri yoxdur, di gəl, onlara əməliyyat olmalarının vacibliyi söylənib. Azərbaycandakı iş sistemi fərqlidir. Mən Türkiyədəki, Qərbdəki sistemi orda qurmaq istədim. Biz xəstəyə bir diaqnoz qoyduqsa, o diaqnozu mütləq sənədlə, analiz nəticəsi ilə təsdiqləməliyik. Buna dünyada sübuta dayanıqlı təbabət deyilir. Analizin nəticəsi xəstəyə verilməlidir, bundan sonra o, əməliyyat üçün istədiyi həkimin yanına gedir. Amma siz xəstəyə analizin nəticəsini verməsəniz, o, sizə məhkum qalar, ya da başqa həkimin yanına gedərsə, yenidən ondan analiz götürmək məcburiyyəti yaranar.

– Hamdi bəy, 4 ildə sizə üz tutan adamlardan neçəsinə xərçəng diaqnozu qoydunuz? Əlinizdə bir statistika var?

– Əlimdə bütün xəstələrimin bilgiləri var. Azərbaycandan 2 mindən çox xəstəm olub. Bunların, uzağı, 100-ü gerçəkdən xərçəng xəstəsi olub. Yerdə qalanların çoxuna Bakıda təklif edilən əməliyyata ehtiyac olmadığını gördüm. Bunların 90 faizi döş ağrısı ilə gəlib, ya da süd vəzisində şiş diaqnozu ilə.

– Sizcə, onkoloji xəstələr yalnız ixtisaslaşmış klinikalarda müalicə və ya əməliyyat olunmalıdır, yoxsa bu elə də önəmli deyil?

– Türkiyədə xərçəng əməliyyatını bu sahədə ixtisaslaşan hər həkim edə bilər. Bütün xəstəxanalarda isə ümumi cərrah həkim süd vəzisində əməliyyat apara bilər. Amma bundan sonra xəstəni onkoloqun görməsi, müayinə və müalicəsi vacibdir.

«XƏSTƏLİYİN MİLLİSİ NECƏ OLUR?»

– Onkoloji xəstələri çox narahat edən bir sual: əməliyyatdan sonra kimyəvi terapiya istənilən klinikada gerçəkləşdirilə bilər, yoxsa yalnız onkoloji mərkəzlərdə?

– Türkiyədə onkoloji klinika deyilən, özəlliklə «milli onkoloji» deyilən bir yer yoxdur. Əslində anlamıram, xəstəliyin millisi necə olur? Milli himn, milli mədəniyyət, milli tarix olur, amma xəstəliyin, müalicənin millisi necə olur, mən bunu anlamadım. Türkiyədə şüa cihazları çox bahadır. Xüsusən dövlət xəstəxanalarında, universitet klinikalarında, hər şəhərdə şüa müalicəsi imkanı var. Son illərdə xərçəng əməliyyatı, şüa terapiyasını özəl klinikalar da gerçəkləşdirir. Onkoloji əməliyyatları özü edən, başqasına izn verməyən monopoliya sistemi, şükür ki, Türkiyədə yoxdur.

– Azərbaycanda nəyə ehtiyac daha çoxdur: ixtisaslı həkimlərə, yoxsa modern texnologiyaya?

– Hər ikisinə ehtiyac var. Zatən söhbətin əvvəlindən bəri bu sahədə gördüklərimi, müşahidələrimi sizinlə bölüşdüm. Orda yaxşı həkimlər var. Mənim vurğulamaq istədiyim budur ki, orda uzman həkimlərin sayı artmalıdır və düşünürəm ki, bu, çox önəmlidir. Uzman həkimlərin sayı artdıqca, ölkədə sağlamlıq durumunun səviyyəsi də yüksələcək (“Azadlıq.org”).

 

Previous Post

Hamdi Köçər: «Azərbaycandan gələn 2 min xəstədən yalnız 100-də xərçəng tapdıq»

Next Post

Elza 6 mərtəbəli şlyapasından danışdı

Bənzər yazılar

Media və Yayım Şurası Azərbaycana qarşı İran və Türkiyədən koordinasiyalı informasiya hücumlarını pisləyib

Media və Yayım Şurası Azərbaycana qarşı İran və Türkiyədən koordinasiyalı informasiya hücumlarını pisləyib

14 Oktyabr 2026 - 10:40

"Son günlər xarici ölkələrdə fəaliyyət göstərən ictimai fəalların, siyasətçilərin, hətta rəsmi şəxslərin Azərbaycana qarşı məqsədyönlü informasiya kampaniyalarında fəal iştirak etməsi...

“MS Now”: Ağ Evin yeni mətbuat katibi ilk brifinqdən sonra işdən çıxarılmaqla hədələnib

“MS Now”: Ağ Evin yeni mətbuat katibi ilk brifinqdən sonra işdən çıxarılmaqla hədələnib

13 Oktyabr 2026 - 23:56

Ağ Evdə ABŞ Prezidentinin yeni mətbuat katibi Keti Zakariyanın ilk brifinqindən narazı qalıblar və onun tezliklə işdən çıxarıla biləcəyini mümkün...

SEPAH: Hörmüzdən icazəsiz keçən neft tankerində yanğın baş verib

SEPAH: Hörmüzdən icazəsiz keçən neft tankerində yanğın baş verib

13 Oktyabr 2026 - 23:19

İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri (HDQ) Hörmüz boğazının şərqində qaydaları (Tehranın elan etdiyi qaydalar-red.) pozan bir...

Böyük Britaniyanın səfiri İran XİN-ə çağırılıb

Böyük Britaniyanın səfiri İran XİN-ə çağırılıb

13 Oktyabr 2026 - 22:55

Böyük Britaniyanın İrandakı səfiri Hüqo Şorter Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb. Elchi.az  IRIB-yə istinadən xəbər verir ki, buna səbəb "RAF...

Next Post

Elza 6 mərtəbəli şlyapasından danışdı

Elza 6 mərtəbəli şlyapasından danışdı

Son xəbərlər

Bakı, Sumqayıt və Abşeron üzrə oktyabrın pensiyaları ödənilib

Bakı, Sumqayıt və Abşeron üzrə oktyabrın pensiyaları ödənilib

14 Oktyabr 2026 - 11:46
Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda partlayış səsləri eşidilib

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda partlayış səsləri eşidilib

14 Oktyabr 2026 - 11:34
ABŞ-ın Hörmüz boğazı ilə bağlı bəyanatı

ABŞ-ın Hörmüz boğazı ilə bağlı bəyanatı

14 Oktyabr 2026 - 11:27
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin Azərbaycana səfərinə dair videoçarx paylaşılıb

Prezident: Qarabağ və Şərqi Zəngəzurda 600 hektar meşə fondu bərpa olunub

14 Oktyabr 2026 - 11:19
Prezident: Qarabağ və Şərqi Zəngəzurda dəmir yollarının inşası davam edir

Dövlət başçısı: 300 min hektardan çox ərazi minalardan və partlayıcı sursatdan təmizlənib

14 Oktyabr 2026 - 11:12
Tramp: İrana ağır zərbə endirəcəyik

Tramp: İrana ağır zərbə endirəcəyik

14 Oktyabr 2026 - 11:05
Prezident: Azərbaycan hər zaman Türk dünyasının sıx birləşməsi naminə bütün səylərini səfərbər edib

Azərbaycan Prezidenti: Azad edilmiş ərazilərdə bərpa və yenidənqurmaya dövlət büdcəsindən indiyədək 25.5 milyard manat ayrılıb

14 Oktyabr 2026 - 10:56
Prezident: Qarabağ və Şərqi Zəngəzurda dəmir yollarının inşası davam edir

Prezident: Qarabağ və Şərqi Zəngəzurda dəmir yollarının inşası davam edir

14 Oktyabr 2026 - 10:49
Media və Yayım Şurası Azərbaycana qarşı İran və Türkiyədən koordinasiyalı informasiya hücumlarını pisləyib

Media və Yayım Şurası Azərbaycana qarşı İran və Türkiyədən koordinasiyalı informasiya hücumlarını pisləyib

14 Oktyabr 2026 - 10:40
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin Azərbaycana səfərinə dair videoçarx paylaşılıb

Prezident “Rebuild Garabagh” sərgisinin iştirakçılarına müraciət ünvanlayıb

14 Oktyabr 2026 - 10:33
Bakıda Xəzər İnşaat Həftəsi keçirilir

Bakıda Xəzər İnşaat Həftəsi keçirilir

14 Oktyabr 2026 - 10:25
Zelenski: Müttəfiqlər Kiyevi Rusiyanın ballistik raket hücumları barədə xəbərdar etməyib

Zelenski: Müttəfiqlər Kiyevi Rusiyanın ballistik raket hücumları barədə xəbərdar etməyib

14 Oktyabr 2026 - 10:17
FHN Penitensiar xidmətin Mühafizə alayında təlim keçirib – VİDEO

FHN Penitensiar xidmətin Mühafizə alayında təlim keçirib – VİDEO

14 Oktyabr 2026 - 10:08
Bakıda III Milli Rəqabət Forumu keçirilir

Bakıda III Milli Rəqabət Forumu keçirilir

14 Oktyabr 2026 - 09:54
Dünya bazarlarında neft yenidən bahalaşır

Dünya bazarlarında neft yenidən bahalaşır

14 Oktyabr 2026 - 09:43
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.