Haitinin keçmiş prezidenti Jan-Claud Duvaliyer vəfat edib.
Skay Nyusun (Sky News) verdiyi məlumata görə, 64 yaşlı eks-prezident uzun müddət xəstəlikdən əziyyət çəkirdi.
Atası Fransis Duvaliyerin ölümündən sonra hakimiyyətə gələn və 19 yaşında Haitinin 32-ci prezidenti olan Duvaliyer 15 il sonra hərbi çevriliş nəticəsində devrildi. Korrupsiyada ittiham olunan Duvaliyer yalnız 2011-ci ildə vətəninə dönə bilmişdi.