Baş nazir Ariel Henri Haitidə dəstələrin törətdiyi zorakılıq və gərgin etirazlardan sonra tutduğu vəzifədən istefa verib.
Elchi.az xəbər verir ki, “CARICOM”a üzv olan 25 ölkənin dövlət başçıları Haitidəki təhlükəsizlik böhranını müzakirə etmək üçün Yamaykanın Kinqston şəhərində fövqəladə toplantı keçirib.
Görüşün ardından martın 5-dən təhlükəsizlik səbəbi ilə Puerto Rikoda gözləyən Henrinin istefa qərarını “CARICOM”a çatdırdığı bildirilib.
Yerli mətbuatda dərc olunan xəbərlərdə zorakılığın davam etdiyi ölkədə dəstə üzvlərinin 2 polis bölməsinə və Daxili İşlər Nazirliyinə basqın etdiyi, lakin polis tərəfindən dəf edildiyi bildirilib.
Nuranə Məmmədova