Haitidə dəstələrin həbsxanaya silahlı hücumu nəticəsində 3600 məhbus qaçıb, 12 məhbus həyatını itirib.
Paytaxt Port-au-Prensdəki Croix des Bouquets həbsxanasına basqın edən silahlı dəstələr ilə təhlükəsizlik qüvvələri arasında qarşıdurma yaşanıb.
Elchi.az xəbər verir ki, Haiti hökumətindən verilən açıqlamada səhər saatlarında cinayətkar təşkilatların həbsxanaya hücum etdiyi və polisin müqaviməti nəticəsində silahlı şəxslərin ərazidən qaçdığı bildirilib.
Digər tərəfdən dəstələrin basqın etdiyi həbsxanada 17 Kolumbiya vətəndaşının olduğu və Kolumbiya hökumətinin Haiti səlahiyyətliləri ilə əlaqə saxladığı paylaşılıb.
Bölgə mətbuatının məlumatına görə, son 3 gündə baş verən hücumlarda 4 polis əməkdaşının ölümü ilə yanaşı, onlarla insan da yaralanıb.
Baş nazir Ariel Henrinin istefası tələbi ilə bir müddətdir etiraz aksiyası keçirən minlərlə insan tez-tez polislə qarşılaşır.
Nuranə Məmmədova