ABŞ-ın vitse-prezidenti Kamala Harris Qəzzada yaşanan böyük iztirablara görə təcili atəşkəsə ehtiyac olduğunu bildirib.
Elchi.az xəbər verir ki, ABŞ-ın vitse-prezidenti Kamala Harris Alabama ştatının Selma şəhərindəki çıxışında atəşkəsə çağırıb.
İsrailin təhlükəsizliyinə sadiqliklərinin davam etdiyini bildirən Harris, HƏMAS-ın İsrail üçün yaratdığı təhdid səbəbiylə aradan qaldırılmalı olduğunu müdafiə etdi.
Harris, həmçinin, HƏMAS-ın Qəzzəyə nəzarət etməməsini təklif edərək, “Və Qəzzada yaşanan əzabların ölçüsünü nəzərə alaraq, dərhal atəşkəs yaradılmalıdır” -deyib.
Sözügedən atəşkəsin girovların xilas edilməsinə və Qəzzaya humanitar yardımların daxil olmasına imkan yaradacağını ifadə edən Harris, “Bu, bizə İsrailin təhlükəsizliyinə və fələstinlilərin ləyaqət hüququna hörmətə əsaslanan daha uzunmüddətli bir quruluş qurmağa imkan verəcək.
ABŞ mətbuatında rəsmi qaynaqlara əsaslanan xəbərdə, Bayden rəhbərliyi ilə İsrailin girovların azad edilməsi də daxil olmaqla 6 həftəlik atəşkəs şərtləri ilə bağlı razılığa gəldiyi və HƏMAS-dan cavab gözlənildiyi bildirilib.
Adının çəkilməsini istəməyən HƏMAS rəsmisi Qəzza zolağında atəşkəsin əldə olunması və İsrailin qoşunlarını oradan çəkməsi üçün ciddi şəkildə çalışdıqlarını bildirib.
Nuranə Məmmədova