"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home CƏMİYYƏT

Hacı İbrahimin qardaşının aldatdığı şəxslərin adları açıqlanıb – SİYAHI

22 Noyabr 2018 - 15:18
in CƏMİYYƏT, SEÇMƏ XƏBƏRLƏR
FacebookVatsap

Bunu da oxuyun

Çimərliklərə getmək istəyənlərə xəbərdarlıq – dənizdə dalğa artacaq

Azərbaycanda bu şəxslər 7 min manatadək cərimələnəcək

Sabahın hava proqnozu açıqlanıb

Diasporla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri Nazim İbrahimov və iş adamı Hacı İbrahim Nehrəmlinin qardaşı Sahib İbrahimovun cinayət işinin bəzi detalları məlum olub.

Elchi.az  “Report”a istinadən xəbər verir ki, istintaq dövründə S.İbrahimova qarşı Cinayət Məcəlləsinin külli miqdarda dələduzluq, vergi ödəməkdən yayınma, qanunsuz sahibkarlıq, vəzifə saxtakarlığı və vəzifə səlahiyyətlərindən sui-istifadə etmə maddələri ilə ittiham irəli sürülüb.

Məlumata görə, onun barəsində cinayət işi əvvəl “Sahil-D Kompani” şirkətinin vəzifəli şəxsi Adilağa Hüseynovun işi ilə birgə aparılıb, lakin daha sonra S.İbrahimovla bağlı materiallar ayrıca icraata götürülüb.

İttiham aktına əsasən, “STS” şirkətinin 95 faiz payçısı və “Sahil-D Kompani” şirkətinin 25 faiz payçısı olmaqla təsisçi olan S.İbrahimov qardaşı İ.Nehrəmliyə məxsus “Avesta”nın binasında fəaliyyət göstərib. O, təsisçisi olduğu şirkətlərin tikdiyi binalardan mənzilləri müştərilərə satmaqla məşğul olub.

S.İbrahimov Qurban Rüstəmovdan 42 min manat alaraq ona “STS” şirkətinin Səttar Bəhlulzadə 14 ünvanında tikdiyi binadan 48 kvadratmetrlik mənzil verəcəyini vəd edib. Lakin 2009-cu ildə həmin bina dövlət ehtiyacları üçün sökülüb və şirkətə kompensasiya ödənilib. O, Q.Rüstəmova isə “Sahil-D Kompani”nin tikdiyi Xətai rayonunda yerləşən binadan mənzil verəcəyini deyərək aldadıb və pulunu mənimsəyib.

Həmin şirkətin direktoru Məzahir Cəfərov isə Q.Rüstəmovdan 62 min manat pul alaraq “RRR” MTK tərəfindən tikilən başqa bir mənzili ona satılması ilə bağlı saxta sənədlər verib. Həmin mənzil isə “RRR” MTK-nın direktoru Nizami Məmmədov tərəfindən öncədən qanuni əsaslarla Elşad Qənbərova satılıb.

Eyni üsulla S.İbrahimov vətəndaş Sədaqət Əsədullayevdən 75 500 dollar, İlqar Quliyevdən 81 000 dollar, Etibar Allahverdiyevdən 162 400 dollar, Mübariz Kazımovdan 96 400 dollar, Həlimə Ocaqverdiyevdən 58 431 manat, Habil Süleymanovdan 178 000 dollar, Ayxan Budaqovdan 130 000 manat, Elnur Nuriyevdən 94 220 manat, Ramiz Mürsəliyevdən 91 350 manat, Gülnar Alıyevadan 350 000 dollar, İsmayıl Cəfərovdan 126 000 manat, Zaur Mustafayevdən 202 000 manat və dgər şəxslərdən oxşar məbləğlərdə pullar alaraq dələduzluq yolu ilə mənsiməyib. O, həmin vətəndaşlara saxta sənədlər əsasında ev satdığını qeyd edən arayışlar verib. Lakin həmin evlər daha əvvəl başqa şəxslər tərəfindən əls sahiblərinə satılıb.

Bundan başqa, S.İbrahimov Teymur Əliyev küçəsində yerlşən Zabir Hüsyenovdan villasını 2,6 milyon dollara alacağını vəd edib. O, həmin şəxsə 500 min dollar nağd pul və 1,1 milyon dolların əvəzində Nəsimi rayonunda 3 mənzil verib, qalan 1 milyon dolları isə ödəməyib. Bir müddət sonra isə həmin pulun əvəzinə Z.Hüseynovun övladları Zaur, Zamiq, Könül və Gülbacıya – hərəsinə bir mənzil satdığını qeyd edilən saxta sənədlər təqdim edib. Lakin sonradan həmin mənzillərin başqa şəxslərin adına olduğu müəyyənləşib.

Həmçinin S.İbrahimov 1,5 milyon manatı vergidən yayınaraq ödəməməkdə ittiham olunur.

Belə ki, o, Bakı şəhəri, Həsən Əliyev küçəsində “Galaxy Palace” MMC-nin adından yaşayış və qeyri-yaşayış sahələrindən ibarət binanı tikib mənzilləri və obyektləri sataraq dövlət büdcəsinə ödəməli olduğu vergini ödəməyib. 2012-2014-cü illər ərzində 1 milyon 438 min 925 manat pulu vergidən yayınmaqla ödəməyib.

Cinayət materiallarına əsasən, S.İbrahimov “Galaxy Palace” MMC-nin adından tikdiyi binanı 2010-cu ildə Nərimanov rayon icra hakimiyyətinin sərəncamı və Bakı Şəhər İcra Haimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsinin layihəsi əsasında tiksə də, tikintiyə xüsusi lisenziyanı almayıb. Buna görə də qanunsuz sahibkarlıqla məşğul olaraq 1 milyon 61 min manat gəlir əldə edib.

Qeyd edək ki, S.İbrahimovun cinayət işi üzrə məhkəmə Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Ramella Allahverdiyevanın sədrliyi ilə araşdırılır.

Previous Post

Hacı İbrahimin qardaşının aldatdığı şəxslərin adları açıqlanıb – SİYAHI

Next Post

Sabahın hava proqnozu açıqlanıb

Bənzər yazılar

Çimərliklərə getmək istəyənlərə xəbərdarlıq – dənizdə dalğa artacaq

Çimərliklərə getmək istəyənlərə xəbərdarlıq – dənizdə dalğa artacaq

27 İyul 2026 - 13:30

Abşeron çimərliklərində iyulun 28-də arabir güclənən şimal-qərb küləyi günün ikinci yarısında mülayim şimal-şərq küləyi ilə əvəz olunacaq. Elchi.az xəbər verir...

Azərbaycanda bu şəxslər 7 min manatadək cərimələnəcək

Azərbaycanda bu şəxslər 7 min manatadək cərimələnəcək

27 İyul 2026 - 13:14

Kraudfandinq haqqında qanunvericiliyin pozulmasına görə cərimələr tətbiq olunacaq. Elchi.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi İnzibati Xətalar Məcəlləsinə...

Sabah 36 dərəcə isti olacaq

Sabahın hava proqnozu açıqlanıb

27 İyul 2026 - 12:30

Sabah Azərbaycanda hava necə olacaq? İyulun 28-də gözlənilən hava proqnozu açıqlanıb. Bakıda və Abşeron yarımadasında hava necə olacaq? Milli Hidrometeorologiya...

Baş Dövlət Yol Polisi İdarəsinin yol hərəkəti iştirakçılarına müraciət etdi

Yol polisi küləkli hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına xəbərdarlıq etdi

27 İyul 2026 - 12:00

Baş Dövlət Yol Polisi İdarəsi küləkli hava ilə bağlı hərəkət iştirakçılarına xəbərdarlıq edib. Bu barədə Elchi.az-a idarədən məlumat verilib. Bildirilib...

Next Post
Sabahın hava proqnozu açıqlanıb

Sabahın hava proqnozu açıqlanıb

Azərbaycandan İrana gedənlərin sayı 61,4 faiz artıb – RƏSMİ

Azərbaycandan İrana gedənlərin sayı 61,4 faiz artıb – RƏSMİ

Son xəbərlər

ABŞ radiasiyaya yanaşmasını dəyişəcək

ABŞ radiasiyaya yanaşmasını dəyişəcək

27 İyul 2026 - 14:00
Azərbaycana ən çox turist bu ölkələrdən gəldi – Siyahı

Azərbaycana ən çox turist bu ölkələrdən gəldi – Siyahı

27 İyul 2026 - 13:45
Azərbaycan İstanbula yeni baş konsul təyin edib

Azərbaycan İstanbula yeni baş konsul təyin edib

27 İyul 2026 - 13:40
Azərbaycanın İstanbuldakı konsulu geri çağırılıb

Azərbaycanın İstanbuldakı konsulu geri çağırılıb

27 İyul 2026 - 13:38
Çimərliklərə getmək istəyənlərə xəbərdarlıq – dənizdə dalğa artacaq

Çimərliklərə getmək istəyənlərə xəbərdarlıq – dənizdə dalğa artacaq

27 İyul 2026 - 13:30
Azərbaycanda bu şəxslər 7 min manatadək cərimələnəcək

Azərbaycanda bu şəxslər 7 min manatadək cərimələnəcək

27 İyul 2026 - 13:14
Tramp özünü “Amerikanın xilaskarı” adlandırdı

Tramp özünü “Amerikanın xilaskarı” adlandırdı

27 İyul 2026 - 13:00
Azərbaycanın FIFA referisi UEFA Konfrans Liqasına təyinat alıb

Azərbaycanın FIFA referisi UEFA Konfrans Liqasına təyinat alıb

27 İyul 2026 - 12:52
Azad edilmiş ərazilərdə daha 212 mina, 753 PHS aşkarlanıb

Azad edilmiş ərazilərdə daha 212 mina, 753 PHS aşkarlanıb

27 İyul 2026 - 12:43
Sabah 36 dərəcə isti olacaq

Sabahın hava proqnozu açıqlanıb

27 İyul 2026 - 12:30
Laçında 1,2 ton çətənə kolu məhv edilib

Laçında 1,2 ton çətənə kolu məhv edilib

27 İyul 2026 - 12:29
Azneft İB: Küləkli hava şəraiti ilə əlaqədar təhlükəsizlik tədbirləri gücləndirilib

Azneft İB: Küləkli hava şəraiti ilə əlaqədar təhlükəsizlik tədbirləri gücləndirilib

27 İyul 2026 - 12:28
İyul çağırışının gedişatı müzakirə olunub

İyul çağırışının gedişatı müzakirə olunub

27 İyul 2026 - 12:25
Güclü külək nəticəsində ağac aşıb, bir nəfər xəsarət alıb

Güclü külək nəticəsində ağac aşıb, bir nəfər xəsarət alıb

27 İyul 2026 - 12:15
Azərbaycan klubu 9 illik məşqçisi ilə yolları ayırdı

Azərbaycan klubu 9 illik məşqçisi ilə yolları ayırdı

27 İyul 2026 - 12:08
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyul 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  
« İyn    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.