"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home CƏMİYYƏT

Hərbi komissarın məhkəməsində: Yararsız hərbi biletə görə 22 min manat verdim

22 Sentyabr 2025 - 20:18
in CƏMİYYƏT
FacebookVatsap

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xəzər rayon idarəsinin rəisi Ramin Şükürov, həmin idarənin Çağırış şöbəsinin baş zabiti Xalid Əzimov və zabiti Emil Nəbiyevin barəsində cinayət işi üzrə məhkəmə davam edib.

Bunu da oxuyun

“Səssiz tələ” sənədli filmi təqdim olunub

Ağdamda 15 yaşlı qızın erkən evliliyinin qarşısı alınıb

4 oktyabr- Cəbrayıl Şəhəri Günüdür

Elchi.az xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə keçirilən prosesdə şahidlər ifadə verib.

Şahid qismində dindirilən Əhməd Əhmədov bildirib ki, hərbi xidmətə yararsız yazılmaq üçün 22 min manat pul verib:

“Mən xaricdə magistratura təhsili alırdım. 2024-cü ilin noyabrında qədər mənə hərbi komissarlıq tərəfindən möhlət hüququ verilmişdi. May ayında məni hərbi komissarlığa dəvət etdilər. Onlara hələ möhlət hüququmun olduğunu, xaricdə təhsil aldığımı, imtahanlarımın olduğunu desəm də, xeyri olmadı. Daha sonra abituriyent vaxtında tanış olduğum Abdullaya müraciət etdim. Onun atası hərbi komissar olub. Onunla birlikdə Xəzər rayon Hərbi Komissarlığına gəlib Ramin Şükürovla görüşdük. Belimdə və gözümdə olan problemləri ona dedim. Söhbət əsnasında dedilər ki, vəziyyətə baxacağıq. Bir müddət sonra məni Sabunçudakı poliklinikaya dəvət etdilər, müayinələrdən keçdim. Sonra Qobuda Səfərbərlik Xidmətinin müayinələrindən keçdim. Abdulla 22 min manat pula bu işin həll olunacağını dedi. Mən də 22 min manatı Bilgəh qəsəbəsində Abdullaya verdim. O, pulu Ramin Şükürova verəcəyini bildirdi. İyun ayında mənə hərbi xidmətə yararsızlığımı təsdiqləyən bilet verdilər”.

Daha sonra prosesdə Araz Məmmədov şahid kimi dindirilib.

O bildirib ki, Yasamalda kafe işlədib:

“Kafeyə səfərbərlik xidmətində işləyən Bəhram Cəlilov gəlirdi. Kafedə ofisiant işləyən Rəhmanın qohumunun əsgərlik problemi var idi. Mən Bəhramdan xahiş etdim ki, uşağı əsgərlikdən saxlamağa kömək eləsin. O da dedi ki, rəislə (red: Həmin vaxt Ramin Şükürov Yasamalda işləyib) danışacaq. Bir neçə gün sonra gəldi ki, 8 min manat istəyirlər. Dedim, imkanları yoxdur. Bir müddət sonra 6 min manat istədi. Biz də razılaşdıq. Pulu Bəhrama mən verdim”.

Şahid sualları cavablandıran zaman hərbi komissarın kim olduğunu, Bəhram Cəlilovun pulu kimə verdiyi bilmədiyini deyib.

Araz Məmmədovun istintaq ifadələri elan olunan zaman bəlli olub ki, bu iş alınandan sonra ona hamam qonaqlığı verilib: “Həmin qonaqlığa Bəhram gəlməyib. Mən, Fariz və işi düzəldilən oğlan olub. İş həll olunandan sonra hamamda istirahət etmişik”.

Proses oktyabrın 1-də davam edəcək.

Qeyd edək ki, Ramin Şükürova Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2, 311.3.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrarən külli miqdarda rüşvət alma) və 312-1.1-ci (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə (nüfuz alveri) maddələri ilə ittiham elan edilib.

Emil Nəbiyev və Xalid Əzimova isə Cinayət Məcəllənin 311.3.1 və 311.3.2-ci maddələri ilə ittiham elan olunub.

Ramin Şükürovun barəsində həbs, Emil Nəbiyev və Xalid Əzimovun barəsində isə ev dustaqlığı növündə qətimkan tədbiri seçilib. R.Şükürov məhkəmə istintaqı dövründə ev dustaqlığına buraxılıb.

 

Previous Post

Tokayev “Chevron”un rəhbəri ilə Orta Dəhliz vasitəsilə karbohidrogen tədarükünü müzakirə edib

Next Post

Türkiyə ilə Misir arasında 13 ildən sonra ilk hərbi təlimlər keçirilir

Bənzər yazılar

“Səssiz tələ” sənədli filmi təqdim olunub

“Səssiz tələ” sənədli filmi təqdim olunub

04 Oktyabr 2026 - 19:15

"Alternativ” Kommunikasiya və Tədqiqatlar İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirdiyi "Müharibə uşaqları:...

Ağdamda 15 yaşlı qızın erkən evliliyinin qarşısı alınıb

Ağdamda 15 yaşlı qızın erkən evliliyinin qarşısı alınıb

04 Oktyabr 2026 - 11:08

Ağdam rayonunda 15 yaşlı qızın ailəsindən xəbərsiz evdən getməsi ilə bağlı aidiyyəti qurumlar tərəfindən zəruri tədbirlər görülüb. Bu barədə Elchi.az...

4 oktyabr- Cəbrayıl Şəhəri Günüdür

4 oktyabr- Cəbrayıl Şəhəri Günüdür

04 Oktyabr 2026 - 00:00

4 oktyabr Azərbaycan tarixində mühüm və əlamətdar günlərdən biridir. Bu tarix Cəbrayıl şəhərinin işğaldan azad edilməsi ilə bağlı olaraq xalqımızın...

Sabah yollarda görünüş məsafəsi məhdudlaşacaq

Sabah yollarda görünüş məsafəsi məhdudlaşacaq

03 Oktyabr 2026 - 19:59

Avtomobil yollarında vəziyyət açıqlanıb. Elchi.az Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, oktyabrın 4-də ölkə ərazisində qeyri-sabit, yağıntılı və dumanlı...

Next Post
Türkiyə ilə Misir arasında 13 ildən sonra ilk hərbi təlimlər keçirilir

Türkiyə ilə Misir arasında 13 ildən sonra ilk hərbi təlimlər keçirilir

Ələtdə hava limanının açılış tarixi açıqlanıb

Ələtdə hava limanının açılış tarixi açıqlanıb

Comments 8

  1. Vüqar Babayev says:
    1 il ago

    Bu məhkəmə prosesi ilə bağlı məlumatlar çox maraqlıdır. Görünən o ki, hərbi xidmət məsələsində bəzi qanunsuzluqlar baş verirmiş. Hərbi xidmətə yararsız yazılmaq üçün 22 min manat ödəmək fikri təəccübləndirir. Belə hallar heç olmamalıdır. Bu cür məsələlərə diqqət yetirilməsi çox vacibdir.

    Reply
    • Həsən Ələkbərov says:
      1 il ago

      Bu məhkəmə prosesi ilə bağlı verilən məlumatlar həqiqətən də təəccüblüdür. Belə halların baş verməsi təsəvvürə sığışmır. Bəs görəsən, bu cür yollarla hərbi xidmətdən yayınmaq istəyənlər heç də az deyilmi? Bu məsələlərin daha geniş araşdırılmasına ehtiyac varmı?

      Reply
  2. Sona Nəbiyeva says:
    1 il ago

    Bu məqalə hərbi xidmətə çağırış prosesində baş verən ciddi problemləri açıq şəkildə ortaya qoyur. Əhməd Əhmədovun ifadəsi göstərir ki, hərbi bilet almaq üçün böyük məbləğdə pul ödəmək lazım gəlib. Bu cür halların olması təəssüf doğurur və ciddi araşdırma tələb edir. Ümid edək ki, bu məhkəmə prosesi qanunun aliliyini təmin edəcək.

    Reply
    • Rüfət Ələkbərov says:
      1 il ago

      Bu məqalədə qeyd olunan hadisələr hərbi xidmətə çağırış sistemində ciddi nöqsanların olduğunu göstərir. Belə halların yaşanması təəssüf doğurur və bu cür qanunsuzluqlara qarşı daha ciddi tədbirlər görülməlidir. Ümid edək ki, məhkəmə prosesi ədalətin bərqərar olmasına kömək edəcək. Bu kimi hallar cəmiyyətdə haqlı narahatlığa səbəb olur.

      Reply
      • Günay Qurbanova says:
        12 ay ago

        Həqiqətən də ürək ağrıdıcıdır bu xəbərlər. Bu cür hadisələrin olması çox təəssüf doğurur, yəqin ki, çoxları sizin kimi düşünür. Ümid edək ki, bundan sonra belə şeylər olmaz.

        Reply
  3. Fəridə Hacıyeva says:
    1 il ago

    Bu məqalədəki məlumatlar çox önəmlidir. Hərbi xidmət mövzusunda yaşanan bu hadisələr, dövlət qulluqçularının peşəkarlığından kənar davranışlarını göz önünə sərir. Belə hadisələrin araşdırılması və cəzalandırılması cəmiyyətin hüquqa inamını möhkəmləndirir. Ədalətin bərpası üçün bu cür məhkəmə proseslərinin davam etməsini arzu edərdim.

    Reply
    • Lamiyə Bəkirova says:
      1 il ago

      Bu hadisələr göstərir ki, bəzi vəzifəli şəxslər qanunsuz yollara əl ataraq dövlətə və vətəndaşlara ziyan vurur. Əhməd Əhmədovun 22 min manat verərək hərbi xidmətə yararsız yazılmaq istəməsi, bu sahədəki problemlərin nə qədər ciddiyini ortaya qoyur. Belə şikayətlərin araşdırılması və günahkarların cəzalandırılması ədalətin təmin olunması üçün çox vacibdir.

      Reply
      • Məhəmməd Məmmədov says:
        1 il ago

        Hərbi komissarın məhkəməsində yaşanan bu hadisələr təəssüf doğurur. Əhməd Əhmədovun 22 min manat pul verərək hərbi xidmətə yararsız yazılmaq istəməsi, bu sahədəki sui-istifadə hallarının nə qədər yayğın olduğunu göstərir. Belə halların qarşısının alınması və qanunsuzluqlara yol verənlərin cəzalandırılması vacibdir.

        Reply

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

“Səssiz tələ” sənədli filmi təqdim olunub

“Səssiz tələ” sənədli filmi təqdim olunub

04 Oktyabr 2026 - 19:15
Türkiyədə arı pətəklərinin içində 90 kiloqramdan çox narkotik aşkarlanıb

Türkiyədə arı pətəklərinin içində 90 kiloqramdan çox narkotik aşkarlanıb

04 Oktyabr 2026 - 14:33
İtaliyada düşərgədə yanğın olub, 10-dan çox insan xəsarət alıb

İtaliyada düşərgədə yanğın olub, 10-dan çox insan xəsarət alıb

04 Oktyabr 2026 - 14:32
Məkkə sazişinə qoşulanların sayı arta bilər

Məkkə sazişinə qoşulanların sayı arta bilər

04 Oktyabr 2026 - 13:08
İran ABŞ-nin təklifinə cavab verib

İran ABŞ-nin təklifinə cavab verib

04 Oktyabr 2026 - 12:55
Əraqçi: İranın şərtləri qəbul edilsə, Hörmüz boğazı açılacaq

Əraqçi: İranın şərtləri qəbul edilsə, Hörmüz boğazı açılacaq

04 Oktyabr 2026 - 12:52
Azərbaycanda yağıntılı hava davam edir, dağlara qar yağıb – FAKTİKİ HAVA

Azərbaycanda yağıntılı hava davam edir, dağlara qar yağıb – FAKTİKİ HAVA

04 Oktyabr 2026 - 12:39
Sabah Bakıda və bəzi rayonlarda yağış yağacaq

Sabah Bakıda və bəzi rayonlarda yağış yağacaq

04 Oktyabr 2026 - 12:33
SEPAH: İran ballistik raketlərin istehsalı üçün imkanlarını qoruyub saxlayıb

SEPAH: İran ballistik raketlərin istehsalı üçün imkanlarını qoruyub saxlayıb

04 Oktyabr 2026 - 11:13
Merts Ukraynaya elan olunmamış səfər edib

Merts Ukraynaya elan olunmamış səfər edib

04 Oktyabr 2026 - 11:11
Gəncədə 28 yaşlı kişi və bacısı yanıq xəsarətləri alıb

Gəncədə 28 yaşlı kişi və bacısı yanıq xəsarətləri alıb

04 Oktyabr 2026 - 11:10
Ağdamda 15 yaşlı qızın erkən evliliyinin qarşısı alınıb

Ağdamda 15 yaşlı qızın erkən evliliyinin qarşısı alınıb

04 Oktyabr 2026 - 11:08
4 oktyabr- Cəbrayıl Şəhəri Günüdür

4 oktyabr- Cəbrayıl Şəhəri Günüdür

04 Oktyabr 2026 - 00:00
Filosof İoanna Kuçuradi vəfat edib

Filosof İoanna Kuçuradi vəfat edib

03 Oktyabr 2026 - 23:00
İran və İraq arasında uçuşlar sabahdan bərpa ediləcək

İran və İraq arasında uçuşlar sabahdan bərpa ediləcək

03 Oktyabr 2026 - 21:43
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.