Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində hərəkətə keçməyin vaxtı çatıb.
Elchi.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Soçidə rusiyalı həmkarı Vladimir Putinlə görüşdə deyib.
O qeyd edib ki, bugünkü görüş regional məsələlərə həsr olunub:
“Bir daha Qarabağ münaqişəsinin həllində oynadığınız rola görə minnətdarlığımı bildirmək istəyirəm”.