Hələ də tapılmayan və məlumat ala bilmədiyimiz vətəndaşlarımız var.
Elchi.az Report-a istinadənxəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bu gün Qəhrəmanmaraşda türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, bu müddət ərzində Azərbaycanın 5 vətəndaşının zəlzələ zonasında həlak olması təsdiq edilib:
“Bir nəfərin nəşinin qohumları tərəfindən Türkiyədə dəfn edilməsi qərar alınıb. Digər 4 nəfərin isə Azərbaycana aparılması istiqamətində işlər davam edir. Eyni zamanda hələ də tapılmayan və məlumat ala bilmədiyimiz vətəndaşlarımız var”.