Daxili İşlər Nazirliyi mayın 28-də və 29-da daxili işlər orqanları tərəfindən qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumat yayıb.
DİN-in Mətbuat Xidmətindən verilən xəbərə görə, respublikanın daxili işlər orqanları tərəfindən ötən iki gün ərzində törədilmiş 99 cinayətin üstü “isti izlər”lə açılıb.
Əvvəlki dövrlərdən bağlı qalmış 5 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 72 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 48 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında 1 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 51, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 4 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 74 nəfər saxlanılıb.
Ötən gün itkin düşmüş kimi axtarışı aparılan 4 nəfər tapıldı
Ötən gün Azərbaycanda itkin düşmüş 4 nəfər tapılıb. Bu barədə Elchi.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, sentyabrın 18-də...





















Son şərhlər