"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Həbsdəki bankirin vəkilindən sensasion açıqlamalar

23 İyun 2016 - 08:35
in XƏBƏR LENTİ
FacebookVatsap

cahan

Bunu da oxuyun

SEPAH Küveyt aeroportunun ABŞ-nin “Patriot” HHM sistemi tərəfindən vurulduğunu iddia edir

Minifutbol üzrə Avropa çempionatında ilk finalçı bəlli olub

ABŞ və Çin 30 milyard dollar dəyərində mallara rüsumları qarşılıqlı ləğv edə bilər

Aqil Layıcov Cahangir Hacıyevin hələ də dustaq saxlanılmasında bir qurumu günahkar görür: Maliyyə Nazirliyinin rəhbərliyini; sabiq bank rəhbərinin özünə və ailəsinə məxsus olan 184 milyonluq səhm satılıb, amma..

Beynəlxalq Bankın İdarə Heyətinin sabiq sədri, hazırda həbsdə olan Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyevaya qarşı başlanmış cinayət işi müzakirə olunmaqdadır. C.Hacıyevin vəkili Aqil Layıcov Hacıyevlər ətrafında baş verən olaylarla bağlı “Yeni Müsavat”a  müsahibə verib. Deyib ki, Z.Hacıyeva barəsində çıxarılan qərardan narazıdır.

Vəkil məhkəməyə müraciət hazırladıqlarını bildirib:

– Həmin qərarı mübahisələndirməyə hazırlaşırıq. Yaxın 2 gündə məhkəməyə müraciət edəcəyik.

– Nədən narazısınız? 

– Qərarda yazıblar ki, guya Zamirə Hacıyeva istintaqdan yayınıb. Bunu əsas gətirib həbs-qətimkan tədbiri seçilib. Bu yalan məlumatdır. Zamirə Hacıyeva 10 ildir ki, Azərbaycanda yaşamır. Kredit borcuna görə həbs isə ağlasığmazdır. Bu gün Azərbaycanda demək olar ki, hər kəsin kredit borcu var. Aşağı-yuxarı hər kəs borc içindədir. Mülki məsələni cinayət kimi qiymətləndirib kimisə günahlandırmaq düzgün deyil.

– Zamirə Hacıyevanın 10 ildən artıq bir müddətdə Azərbaycanda yaşamadığını dediniz. Cahangir Hacıyevlə nikahları qüvvəsindədirmi?

– Bəli, sadəcə, Zamirə Hacıyeva xarici ölkə vətəndaşıdır və 10 ildən artıqdır ki, orada yaşayır, uşaqları da orada təhsil alır.

– Cahangir Hacıyevdən nə qədər pul tələb edirlər, ittiham aktında göstərilən məbləğ nə qədərdir? 

– Hələlik ittiham aktı tərtib edilməyib. Ona görə konkret bir söz deyə bilmərəm. İş orasıdır ki, bəzi orqanlar var, məsələn, Maliyyə Nazirliyi iddia edir ki, məbləğ filan qədərdir. Həmin məbləğ isə 10 dəfələrlə şişirdilmiş məbləğdir.

– Maliyyə Nazirliyinin Cahangir Hacıyevin mənimsədiyini iddia etdiyi məbləğ nə qədərdir?

– Söhbət milyarddan gedir. Əslində isə fakt cüzi məbləğ olmalıdır. Həmin cüzi məbləğ hara xərclənib açıqlaması istintaqa verilib.

– Rəqəmi bir qədər konkretləşdirmək olar? Neçə milyarddan söhbət gedir? 

–  Rəqəm dəqiq olmadığı üçün konkret söz deyə bilmirəm. Sadəcə, rəqəm Maliyyə Nazirliyi tərəfindən hədsiz dərəcədə şişirdilib.

– Maliyyə Nazirliyinin mövqeyi nəyə əsaslanır? 

– Orada subyektiv məsələlərdir.

– Cahangir Hacıyevlə Maliyyə Nazirliyi rəhbərliyinin şəxsi münasibətlərinə əsaslanan məsələdir? 

– Bəli, Cahangir Hacıyevlə Maliyyə Nazirliyi rəhbərliyinin münasibəti heç zaman yaxşı olmayıb. Dəfələrlə Beynəlxalq Bankda, aidiyyəti şirkətlərdə yoxlamalar olub. Həmin yoxlamaların nəticələri Maliyyə Nazirliyinə təqdim olub. Nəticələr Maliyyə Nazirliyi tərəfindən qaralanıb, “qara piar”a məruz qalıb. Beynəlxalq Bankda, aidiyyəti şirkətlərdə böyük audit yoxlaması zamanı Maliyyə Nazirliyi rəhbərliyi iddia edib ki, guya Cahangir Hacıyev həmin audit şirkətini ələ alıb. Həmin məsələ Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti tərəfindən yoxlanılıb. İndi də işi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsinə veriblər. Bu qurum isə ixtisaslaşmış orqan olaraq iqtisadi məsələləri çözmək və ya qiymət vermək iqtidarında deyil. Hazırda yoxlamaya Maliyyə Nazirliyinin rəhbərliyi nəzarət edir. Onların subyektiv maraqları olmasına baxmayaraq dedikləri zərər ortaya çıxmır. Çünki dedikləri həmin rəqəmlər cəfəngiyyatdır.

“Zamirə Hacıyeva xarici ölkə vətəndaşıdır və 10 ildən artıqdır ki, orada yaşayır, uşaqları da orada təhsil alır”

-Subyektiv maraqlar dedikdə hansı mövzuda maraqlardan söhbət gedir? 

– Burada söhbət qısqanclıqdan gedir. Ölkənin beynəlxalq reytinqini müəyyən edən şirkətlər var. “Ficht”, “Standart and Poor”, “Modes İnternational” kimi şirkətlər ölkənin müstəqil maliyyə reytinqini müəyyən edərkən dövlətin qurumlarının, bankların göstəricilərini də nəzərə alınıb. 2000-2015-ci illərdə maliyyə reytinqi müəyyən edilərkən Beynəlxalq Bankın reytinqi Maliyyə Nazirliyinin suveren maliyyə reytinqindən üstün olub. Biz hesab edirik ki, bu məqam Maliyyə Nazirliyi rəsmilərində qısqanclıq hissinin yaranmasına səbəb olub.

– Zamirə Hacıyeva ittihamda yer alan, onun 2009-cu ildən 2015-ci ilə qədər xərclədiyi kimi göstərilən 18 milyon manatı təsdiqləyirmi, razılaşırmı?

– Hazırda bu məsələ ilə bağlı məhkəmədə mülki mübahisələrimiz gedir. Həmin pulun əvəzinə Hacıyev ailəsinə məxsus olan Beynəlxalq Bankın səhmləri alınıb. 2015-ci ildə Zamirə xanımın kredit kartında 4 milyon manat borc olub. Cahangir Hacıyev vəzifədən ayrılan zaman onların ailəsinə məxsus səhm paketi olub. Zamirə Hacıyeva səhm paketini satıb ki, borcuna yönəldilsin. İndiyə qədər nə bir qəpik pul verilib, nə də pulun hara getməsi bilinir!

– Həmin səhmlər kimə verilib? 

– Banka təslim edilib ki, borclara yönəldilsin. Amma yönəldilməyib. Buna baxmayaraq, Zamirə Hacıyevaya cinayət işi başlayıblar.

– Səhmlərin Beynəlxalq Banka təhvil verilməsini təsdiqləyən əlinizdə müqavilə, sənəd varmı?

 

– Əlimizdə müqavilə var. Həmin müqavilələrdə reyestr saxlayıcının da qeydləri var.

– Beynəlxalq Bankda Zamirə Hacıyeva kimi müştərilər – 5-6 ilin ərzində 18 milyon manat pul xərcləyənlər çoxmu olub? 

– İşə aidiyyəti olub-olmadı, adamları götürüb həbs ediblər. Məsələn,  “Bermud-Elektroniks”in rəhbərini həbs ediblər. Adam Azərbaycanda yaxşı biznesmenlərdən biri olub. Onun anbarında bu gün 10 milyon manatlıq malı var. Amma həmin malı satmağa və krediti qaytarmağa imkan vermirlər. Əgər kreditləşmə sahibkarlığa dövlət dəstəyidirsə, sahibkarı götürdüyü kreditə görə həbs etmək nəyə xidmət edir? Kredit almaq nə vaxtdan dələduzluq olub?

– Cahangir Hacıyev ittiham üzrə tələb olunan məbləği qaytarıbmı?

– Cahangir Hacıyevin özünə və ailəsinə məxsus olan 184 milyonluq səhm satılıb. 1 manatını da olsa, qaytarmayıblar. Həmin səhmləri ona görə verib ki, ehtimal olunan zərərləri bağlasınlar. Bu gün obyektiv araşdırma aparılsa, həmin səhmlərin satılmasından əldə olunan gəlirlə kredit borcları bağlanmalı, əsassız cinayət işləri açılmamalı idi. Hazırda bu məsələlərlə bağlı Nəsimi Rayon Məhkəməsində iddiamıza baxılır. Yaxın zamanlarda bu haqda da geniş açıqlama verəcəyik.

– Dediniz ki, Maliyyə Nazirliyi rəhbərliyi şəxsi mülahizələrinə əsaslanaraq Cahangir Hacıyevə qarşı milyardlıq iddialar irəli sürüblər. Cahangir Hacıyevdə həmin məbləğləri örtəcək qədər səhm varmı? 

– Ümumiyyətlə, kredit götürənlərin heç biri deməyib ki, krediti şəxsən Cahangir Hacıyevdən alıblar. Kreditlər layihələrə ayrılıb və bu gün həmin layihələrin işlək vəziyyətdə olmaması oradan professionalların uzaqlaşıdırılması ilə bağlıdır. Yeni təyin edilən şəxslər səriştəsizdirlər və müəssisələr ona görə iflic durumdadırlar. Ayrılan kreditlərdən yalnız iki Dubay layihəsi üzrə pullar xaricə çıxıb. Həmin müəssisələr də göz qabağındadır. Hazırda Beynəlxalq Bankın layihələrinə Maliyyə Nazirliyinin təyin etdiyi şəxslər rəhbərlik edib. Həmin şəxslər müəssisələri bərbad duruma salıblar. Bir tərəfdən deyirlər ki, Cahangir Hacıyevin qurduğu müəssisələr rentabelli deyil, o biri tərəfdən də bu yaxınlarda Kənd Təsərrüfatı Nazirliyinin keçirdiyi sərgidə uğurlu layihələr kimi Cahangir Hacıyevin qurduğu layihələri təqdim etdilər.

– Hansı şirkətlərdən söhbət gedir? 

– “İnter Tobacco”, pambıq istehsalı üzrə Zaqafqaziyanın ən böyük zavodu olan CTC, Oğuz Qlükoza zavodu və digərlərini uğurlu layihə kimi təqdim etmişdilər.  Həmin layihələri ölkə rəhbərliyinə son 20 ilin ən uğurlu layihələri kimi təqdim etdilər.

– Cahangir Hacıyevin sağlıq durumu necədir? 

– Onda Haşimoto sindromu var. Bu, oksigen çatışmazlığıdır və ürək fəaliyyətinin pisləşməsinə, qan təzyiqinin yüksəlməsinə səbəb olur. Cahangir Hacıyevin saxlandığı kamerada ventilyasiya demək olar ki, yoxdur. Həmin kamera çox isti olur. Bu isə onun halının pisləşməsinə, gün ərzində 2-3 dəfə üstünə həkim çağırılmasına səbəb olur. Bu məsələ ilə bağlı biz Penitensiar Xidmətin rəhbərliyinə müraciət etmişik. Xahiş etmişik ki, gün ərzində kameranın pəncərəsi açıq saxlansın.

– Cahangir Hacıyevə bu cür münasibət nədən qaynaqlanır?

– Düşünür ki, dövlətçiliyə sadiq olub. Kimlərinsə beynində hazırkı istintaqın aparılmasının vacibliyi haqda rəy formalaşıb. Bununla bağlı yeganə versiyası Maliyyə Nazirliyinin qərəzi və ölkə başçısına düzgün məlumatların verilməməsi idi.

– Həbsinin Eldar Mahmudovla əlaqəli olması haqda iddiaları bölüşürmü? 

– Eldar Mahmudovla Cahangir Hacıyev 2012-ci ildə qohum olublar. Yəni qohumluqla əlaqəsi qəti yoxdur.

– Beynəlxalq Bankın ən reytinqli dövrlərində xırda payçıların dividendləri ödənilmirdi, bank rəsmilərinin adları ən müxtəlif müəssisələrin zəbt edilməsində keçirdi. Bu məsələlərlə bağlı Cahangir Hacıyevə ittiham verilibmi? 

– Həmin məsələlər məhkəmələrdə araşdırılmalıdır. Şəxslərin hüquqlarının təminatçısı məhkəmələrdir. Sual çıxır ortaya; bəs məhkəmələr niyə həmin şəxslərin iddialarını təmin etməyib?

Previous Post

Həbsdəki bankirin vəkilindən sensasion açıqlamalar

Next Post

Bakı və Kremlin gizli Qarabağ anlaşması: iki paytaxtın hərbi razılığı var – iddia

Bənzər yazılar

SEPAH Küveyt aeroportunun ABŞ-nin “Patriot” HHM sistemi tərəfindən vurulduğunu iddia edir

SEPAH Küveyt aeroportunun ABŞ-nin “Patriot” HHM sistemi tərəfindən vurulduğunu iddia edir

03 İyun 2026 - 23:18

İran Küveyt Beynəlxalq Hava Limanına zərbə endirməsi ilə bağlı iddiaları təkzib edib və bildirib ki, zədələr ABŞ-nin "Patriot" hava hücumundan...

Minifutbol üzrə Avropa çempionatında ilk finalçı bəlli olub

Minifutbol üzrə Avropa çempionatında ilk finalçı bəlli olub

03 İyun 2026 - 23:11

Slovakiyada keçirilən minifutbol üzrə Avropa çempionatında ilk finalçı bəlli olub. Elchi.az  xəbər verir ki, ilk yarımfinal oyununda Ukrayna millisi Macarıstanı...

ABŞ və Çin 30 milyard dollar dəyərində mallara rüsumları qarşılıqlı ləğv edə bilər

ABŞ və Çin 30 milyard dollar dəyərində mallara rüsumları qarşılıqlı ləğv edə bilər

03 İyun 2026 - 23:00

ABŞ və Çin 30 milyard dollar dəyərində mallara rüsumların qarşılıqlı ləğvi imkanını nəzərdən keçirir. Elchi.az  xəbər verir ki, bu barədə...

Qırğızıstan ilk dəfə BMT Təhlükəsizlik Şurasının üzvü seçilib

Qırğızıstan ilk dəfə BMT Təhlükəsizlik Şurasının üzvü seçilib

03 İyun 2026 - 21:40

Qırğızıstan tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib. Elchi.az Rusiya mediasına istinadən xəbər verir ki, Baş Assambleya ölkənin...

Next Post

Bakı və Kremlin gizli Qarabağ anlaşması: iki paytaxtın hərbi razılığı var - iddia

Bakı və Kremlin gizli Qarabağ anlaşması: iki paytaxtın hərbi razılığı var - iddia

Son xəbərlər

Ali Məhkəmə müsabiqə elan edir

Ali Məhkəmə: Qanunsuz məqsədlə verilən pul geri qaytarılmır

04 İyun 2026 - 12:27
Nazir müavini: Ət qiymətləri istehsalın artması və maya dəyərinin azalması hesabına sabitləşə bilər

Nazir müavini: Ət qiymətləri istehsalın artması və maya dəyərinin azalması hesabına sabitləşə bilər

04 İyun 2026 - 12:14
ADSEA: Xankəndidə sakinlər fasiləsiz içməli su ilə təmin olunur

ADSEA: Xankəndidə sakinlər fasiləsiz içməli su ilə təmin olunur

04 İyun 2026 - 12:06
Nazir müavini: Fermerlər üçün modul elektron rəqəmsal platforma istifadəyə veriləcək

Nazir müavini: Fermerlər üçün modul elektron rəqəmsal platforma istifadəyə veriləcək

04 İyun 2026 - 11:57
Xankəndidə yağış sularının yığılması üçün kollektor tikiləcək

Xankəndidə yağış sularının yığılması üçün kollektor tikiləcək

04 İyun 2026 - 11:50
Bir ayda sərhəddə 5.6 milyon manatlıq qaçaqmal tutulub

Bir ayda sərhəddə 5.6 milyon manatlıq qaçaqmal tutulub

04 İyun 2026 - 11:42
Bakıda Milli Qurtuluş Gününə həsr olunan konsert keçiriləcək

Bakıda Milli Qurtuluş Gününə həsr olunan konsert keçiriləcək

04 İyun 2026 - 11:30
Tramp etiraf edir: Netanyahunun iddiaları bu sözlərlə təsdiqləndi

Tramp etiraf edir: Netanyahunun iddiaları bu sözlərlə təsdiqləndi

04 İyun 2026 - 11:27
Mülki PUA-lara nəzarət olacaq, yoxlamalar aparılacaq

Mülki PUA-lara nəzarət olacaq, yoxlamalar aparılacaq

04 İyun 2026 - 11:24
ÜST ölümcül Ebola virusu barədə xəbərdarlıq edir!

ÜST ölümcül Ebola virusu barədə xəbərdarlıq edir!

04 İyun 2026 - 11:15
Tramp: İranla razılaşma bu həftəsonu əldə edilə bilər

Tramp: İranla razılaşma bu həftəsonu əldə edilə bilər

04 İyun 2026 - 11:04
Geomaqnit qasırğası olacaq

Geomaqnit qasırğası olacaq

04 İyun 2026 - 10:58
ABŞ: İsrail və Livan atəşkəs barədə razılığa gəldilər

ABŞ: İsrail və Livan atəşkəs barədə razılığa gəldilər

04 İyun 2026 - 10:51
NASA, MAVEN kosmik gəmisinin Mars missiyası başa çatdı

NASA, MAVEN kosmik gəmisinin Mars missiyası başa çatdı

04 İyun 2026 - 10:43
İran müharibəsi Yaponiyada plastik torba böhranına səbəb oldu

İran müharibəsi Yaponiyada plastik torba böhranına səbəb oldu

04 İyun 2026 - 10:36
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  
« May    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.