"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home aktual-banner

Həbsdəki general Elçin Quliyevdən “çox şeyi danışacam” anonsu

18 İyul 2017 - 09:20
in aktual-banner, Banner, BannerVeteninfo, Cebhe-banner, MANŞET
FacebookVatsap

Bunu da oxuyun

Maskın atası ruslara heyran olduğunu etiraf etdi

Netanyahunun İrana mesajı: Lazım gələrsə, təkbaşına hücum edəcəyik

El-Nino 50 milyon insanı kəskin aclıqla təhdid edir

MTN-in Antiterror Mərkəzinin sabiq rəisi: “İstəsəm ölkədən elə qaçardım ki, izimi-tozumu tapa bilməzdilər”

MTN-in Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyev, Antiterror Mərkəzinin əməkdaşı, polkovnik Azər Mehdiyevin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. Musavat.com xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Elbəy Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş iş adamı Maqsud Mahmudovun epizodu üzrə şahidlər dindirilib.

Qeyd edək ki, ittihama görə, 2015-ci ildə Maqsud Mahmudov MTN-ə çağırılıb və ondan hədə-qorxu yolu ilə 120 min dollar pul alıblar.
Məhkəmədə şahid qismində zərərçəkmiş iş adamının dostu Aslan Qəhrəmanov ifadə verib.

O bildirib ki, Maqsud Mahmudov 2015-ci ilin yayında ona zəng edib və görüşmək istədiyini bildirib:

Image result for Maqsud Mahmudov

“Onunla görüşdüm. Görüş zamanı Maqsud bildirdi ki, onu MTN-ə çağırıblar, şantaj edirlər, 120 min dollar istəyirlər. Maqsud bildirdi ki, pulun çatdırılması üçün ona bir gün vaxt veriblər. Bizim obyektlərimiz var idi. Biz dost olmaqla yanaşı, həm də kirvə idik. Buna görə də aramızda pul söhbəti olmayıb. Maqsud təklif etdi ki, mənim obyektim kiçik olduğu üçün onu sataq və əldə olunan pulu MTN-ə verək, sonra bu məsələni öz aramızda həll edək. Həsən Əliyev küçəsində olan mağazanı tələsik satdıq və əldə olunan 60 min dolları götürərək MTN-ə gəldik.
Yaxınlıqdakı parkda maşını saxladıq. Maşından düşəndə Maqsud orada onu gözləyən Azər Mehdiyevlə söhbət etməyə başladı. Həmin zaman kənarda olduğum üçün pulun verilməsini görməmişəm. Maqsud geri qayıdanda bildirdi ki, pulu MTN işçilərinə verib”.
Zərərçəkmişin kirvəsi əlavə edib ki, pulu polkovnik Azər Mehdiyev tək almayıb.
Onun sözlərinə görə, kirvəsi Maqsud bu işdə Antiterror Mərkəzinin rəis müavini İlqar Əliyevin və həmin mərkəzin əməkdaşı Ayaz Gərayzadənin də adını çəkirmiş.

Zərərçəkmiş Maqsud Mahmudov bildirib ki, pulu Azər Mehdiyevə və Ayaz Gərayzadəyə verib.

Məhkəmədə şahid qismində ifadə verən Marik Şamilov isə bildirib ki, 2009-cu ildə anasına məxsus olan ev plana düşüb və aldığı pulla Salyan yolu 32 ünvanında torpaq sahəsi alıb.

Onun sözlərinə görə, həmin torpaq sahəsinin bələdiyyədən alınmış sənədləri olub.

M.Şamilov 2 ildən sonra torpaq sahəsinə gələndə görüb ki, orada ondan xəbərsiz tikinti işləri gedir:
“Bildirdim ki, bu torpaq sahəsini mən almışam. Orada işləyənlər dedilər ki, gözlə, torpağı alan sahibkar gələcək. Bir qədər sonra Maqsud ora gəldi. O bildirdi ki, torpağı ona satıblar. Bir az sonra ora torpağı satan Elşən və Nizaməddin gəldi. Onlar Maqsudu kənara çəkdilər və söhbət etdilər. Sonra mənə dedilər ki, torpaq məsələn həll ediləcək. Amma gözləsəm də, bu məsələ həll edilmədi”.
Şahid Marik Şamilov deyib ki, bununla bağlı dəfələrlə polis və prokurorluğa şikayət edib, məhkəməyə üz tutub. Amma bir nəticəsi olmayıb.
“Mənə torpağı satanlar Maqsudun dostları idi. Sonra onlar mənə hədə-qorxu gəlməyə başladılar. Həmin ərəfədə Maqsudla telefonla danışsam da, o mənə hədə-qorxu gəlməyib. Torpağı satanlar mənə hədə-qorxu gəldiyi üçün MTN-ə şikayət etdim. MTN-ə kiminsə tapşırığı ilə şikayət etməmişəm. MTN-in qəbul şöbəsində ərizə yazmışam”, – deyə şahid bildirib.

Image result for mƏHKƏMƏ

Bu ifadəyə münasibət bildirən Maqsud Mahmudov isə söyləyib ki, bu şikayətdən sonra ondan 120 min dollar alıblar:

“MTN-dən Ayaz mənə dedi ki, həmin pulun 10 min dolları Marikə çatıb. Bununla bağlı Ayaz Gərayzadənin də, digər MTN əməkdaşlarının da ifadələrində var”.
Həbsdə olan MTN polkovniki Azər Mehdiyev isə deyib ki, həmin ərəfədə “Atletlər kəndi”də keçirilən tədbirlə bağlı qurulan əməliyyat qrupunun üzvü olub və işə gəlmirmiş:

“Ancaq ”Atletlər kəndi”də olurdum. İyulun 2-də işə çıxdım. Mənə qovluqda ərizə verdilər ki, bu məsələni araşdırım. Həmin günü Maqsuda zəng etmədim. Buna görə mənə dedilər ki, niyə zəng etməmisən? Mən də günün ikinci yarısında Maqsuda zəng elədim və MTN-ə çağırdım. Onun izahatını alandan sonra materialı rəhbərliyə göndərdim. Bu işin araşdırılması üçün nazirin imzası olub. Buna görə də mən də rəsmi qaydada araşdırma aparmışam. Marik Şamilovun şikayət ərizəsi ilə bağlı qaranlıq məqamlar var. Onları burada açıqlamaq istəmirəm.

Bununla bağlı qapalı iclasda geniş danışacam”.

Image result for İlqar Əliyev

Həbsdəki general Elçin Quliyev isə bu ifadələrlə bağlı bunları deyib: “Bu işlə bağlı İlqar Əliyevin (həbsxanada intihar edən polkovnik-red.) ifadələrinə istinad olunur. Amma həmin ifadələri mənə təqdim etmədilər. Bildirdilər ki, həmin ifadə dövlət sirridir. Eyni zamanda Ayaz Gərayzadə və Ramin Hümmətov da ifadə veriblər. Sonradan bu şəxslər yoxa çıxıb. Bu məsələ ilə bağlı qapalı iclasda geniş danışacam. Mən çox şeylər danışacam. Danışandan sonra görəcəksiz ki, necə əməliyyatçı olmuşam. Sübut edəcəm ki, bu işdə heç bir fakt yoxdur. MTN-də baş verən olaylardan sonra iki ay işimdə qalmışam, sonra başqa işdə işləmişəm. Sonradan mənim və həyat yoldaşımın ölkədən çıxışına ”stop” qoyulub. İki uşaq anasının ölkədən çıxışına “stop” qoyulur. Hara qaçacaqdı? Mən uzun illər xüsusi xidmət orqanında işləmişəm. Özümdə günah hiss etsəydim, başqaları kimi qaçardım. Mənim kimi ölkədən qaçmağa imkanı olan ikinci bir şəxs olmayıb. Elə qaçardım ki, izimi-tozumu da tapa bilməzdilər. İlqar Əliyev həbs olunandan sonra guya ifadə verib. Amma həmin ifadə ortalıqda yoxdur. Sonradan Ayaz və Ramin könüllü ifadə veriblər, cinayətlərini etiraf ediblər. Bu şəxslərin ölkədən çıxmalarına “stop” qoyulmalı halda, qoyulmayıb. Onlara ölkədən çıxmalarına şərait yaradılıb”.

Maqsud Mahmudov Elçin Quliyevin arayışına cavab verib: “Məni MTN-ə aparıbsız? Guya dövlətə xəyanət etmişəm, amma həbs etməyibsiz”.
General Elçin Quliyev isə cavab verib ki, MTN-ə gətirilən hər kəsi həbs etmirdilər.

Məhkəmə prosesi davam edir.

Previous Post

Həbsdəki general Elçin Quliyevdən “çox şeyi danışacam” anonsu

Next Post

Benzinlər idxal rüsumundan azad edildi

Bənzər yazılar

Maskın atası ruslara heyran olduğunu etiraf etdi

Maskın atası ruslara heyran olduğunu etiraf etdi

06 Avqust 2026 - 15:00

Sahibkar və amerikalı milyarder İlon Maskın atası Errol Mask Rusiya vətəndaşlarının mehribanlığına və qonaqpərvərliyinə heyran olduğunu bildirib. Elchi.az xəbər verir...

Netanyahunun İrana mesajı: Lazım gələrsə, təkbaşına hücum edəcəyik

Netanyahunun İrana mesajı: Lazım gələrsə, təkbaşına hücum edəcəyik

06 Avqust 2026 - 10:54

İsrail Baş naziri Benyamin Netanyahu, ABŞ və İran arasında danışıqlar davam edərkən, İranın nüvə silahı əldə etməsinin qarşısını almaq üçün...

El-Nino 50 milyon insanı kəskin aclıqla təhdid edir

El-Nino 50 milyon insanı kəskin aclıqla təhdid edir

06 Avqust 2026 - 10:25

Sürətlə inkişaf edən El Nino hava fenomeninin gələn ilin sonuna qədər təxminən 50 milyon insanı kəskin aclığa sürükləyə biləcəyi açıqlanıb....

Qüdrət Həsənquliyev: “Azərbaycan Ermənistan qarşısında konkret tələb qoymalıdır: yeni hökumət formalaşdı, referendumu elan et!”

Qüdrət Həsənquliyev: “Azərbaycan Ermənistan qarşısında konkret tələb qoymalıdır: yeni hökumət formalaşdı, referendumu elan et!”

05 Avqust 2026 - 18:40

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev Ermənistanda yeni hakimiyyət komandasının və parlamentin formalaşmasından sonra ənənəvi anti-Azərbaycan və...

Next Post

Benzinlər idxal rüsumundan azad edildi

Benzinlər idxal rüsumundan azad edildi

Son xəbərlər

Ronaldo bu həftəsonu evlənir – Toyun detalları məlum oldu

Ronaldo bu həftəsonu evlənir – Toyun detalları məlum oldu

07 Avqust 2026 - 14:38
Azərbaycan Malayziyaya yeni səfir təyin edib

Azərbaycan Malayziyaya yeni səfir təyin edib

07 Avqust 2026 - 14:29
Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun Təşkilat Komitəsi yaradılıb – SƏRƏNCAM

Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun Təşkilat Komitəsi yaradılıb – SƏRƏNCAM

07 Avqust 2026 - 14:14
Çin ABŞ-ın yeni nüvə strategiyasını şərh etdi

Çin ABŞ-ın yeni nüvə strategiyasını şərh etdi

07 Avqust 2026 - 14:00
Jurnalist vəsiqəsinə görə 20 manatlıq ödəniş ləğv edildi

Jurnalist vəsiqəsinə görə 20 manatlıq ödəniş ləğv edildi

07 Avqust 2026 - 13:48
Media və Yayım Şurası yaradılıb

Media və Yayım Şurası yaradılıb

07 Avqust 2026 - 13:39
Sabah hava necə olacaq?

Sabah hava necə olacaq?

07 Avqust 2026 - 13:30
Prezident bu dəyişiklikləri təsdiqlədi

Prezident bu dəyişiklikləri təsdiqlədi

07 Avqust 2026 - 13:14
“Tam və qeyd-şərtsiz atəşkəsə ehtiyac var” – Quterreş

“Tam və qeyd-şərtsiz atəşkəsə ehtiyac var” – Quterreş

07 Avqust 2026 - 13:00
Azərbaycanın UEFA-nın reytinqində 26-cı yerdədir

Azərbaycanın UEFA-nın reytinqində 26-cı yerdədir

07 Avqust 2026 - 12:53
Siyasi həqiqətləri gizlədən suallar

Siyasi həqiqətləri gizlədən suallar

07 Avqust 2026 - 12:51
13 stomatoloq məsuliyyətə cəlb edilib

13 stomatoloq məsuliyyətə cəlb edilib

07 Avqust 2026 - 12:46
ARDNF Perunun “Inkia Energy” şirkətinə investisiya edib

ARDNF Perunun “Inkia Energy” şirkətinə investisiya edib

07 Avqust 2026 - 12:27
Bədii gimnastika üzrə 31-ci ölkə çempionatı başa çatdı

Bədii gimnastika üzrə 31-ci ölkə çempionatı başa çatdı

07 Avqust 2026 - 12:18
FAA Boeing 737 MAX təyyarələrinin yoxlanılmasını tələb etdi

FAA Boeing 737 MAX təyyarələrinin yoxlanılmasını tələb etdi

07 Avqust 2026 - 12:11
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Avqust 2026
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  
« İyl    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.