Gəncədə su anbarına düşən 9 yaşlı uşaq xəstəxanaya yerləşdirilib.
Bu barədə Elchi.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Nazirliyin “112″ qaynar telefon xəttinə Gəncə şəhəri, Azərbaycan bayrağı küçəsində 1 nəfərin su anbarına düşərək təhlükəli vəziyyətdə qalması barədə məlumat daxil olub.
Məlumatla əlaqədar FHN-in Gəncə Regional Mərkəzinin xilasediciləri dərhal çağırış ünvanına cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, 2015-ci il təvəllüdlü Y.Quliyev binanın həyətində oynayarkən qəflətən dərinliyi təqribən 7 metr olan boş su anbarına düşərək təhlükəli vəziyyətdə qalıb.
Xilasedicilər operativ olaraq xüsusi xilasetmə vasitələrilə uşağı anbardan çıxararaq, təcili tibbi yardım briqadası ilə xəstəxanaya çatdırıblar.
DİN: Ötən gün cinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanılıb
Oktyabrın 30-da ölkə ərazisində qeydə alınan 27, əvvəlki dövrlərdən bağlı qalan 6 cinayətin açılması polis tərəfindən təmin olunub. DİN-in mətbuat...






















Son şərhlər