“Qalatasaray”dan ayrılan ispaniyalı sol cinah müdafiəçisi Ancelino mövsümün sonuna qədər təmsil etdiyi “Leyptsiq” tərəfindən İtaliyanın “Roma” komandasına icarəyə verilib.
Elchi.az xəbər verir ki, “Roma”nın verdiyi açıqlamada 27 yaşlı ispan müdafiəçi Ancelinonun iyunun 30-na kimi Almaniyanın “Leyptsiq” komandasından icarəyə götürüldüyü açıqlanıb.
İtaliya komandası müqavilə çərçivəsində satın alma opsiyasını da özündə saxlayır.
Ancelino yeni klubunun internet saytında verdiyi açıqlamada “Mən inanılmaz tarixə malik böyük klubun bir hissəsi olmaqdan qürur duyuram” dedi. dedi.
Mövsümün əvvəlində Almaniyanın “Leyptsiq” klubundan icarə əsasında sarı-qırmızılı komandaya keçən ispan futbolçu bu mövsüm “Qalatasaray”ın heyətində 19 rəsmi matçda forma geyinib.
Nuranə Məmmədova