"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Güzəştli ipoteka kreditinin həcmi açıqlanıb

23 İyun 2016 - 07:21
in XƏBƏR LENTİ
FacebookVatsap

Güzəştli ipoteka kreditinin həcmi açıqlanıb

Bunu da oxuyun

Ermənistanda Noyemberyan icmasının rəhbəri saxlanılıb

Sahibə Qafarova: Azərbaycan Afrika ölkələri ilə münasibətlərin inkişafına mühüm əhəmiyyət verir

İsveç Fransadan 4,3 milyard avro dəyərində freqatlar alacaq

Azərbaycanda güzəştli ipoteka kreditinin həcmi və güzəştli ipotekadan istifadə hüququ olan şəxslərin kateqoriyası müəyyənləşdirilib.
 
APA-nın məlumatına görə, bu, Azərbaycan prezidenti İlham Əliyevin “Azərbaycan Respublikasında ipoteka kreditləşməsinin bəzi məsələləri haqqında” fərmanı ilə təsdiq edilmiş “Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası”nda əksini tapıb.
Qaydaya əsasən ipoteka krediti  Azərbaycan manatı ilə olmalıdır və yalnız Azərbaycan  vətəndaşına verilə bilər.  Kredit 3 ildən 25 ilədək, güzəştli ipoteka krediti isə 30 ilədək müddətə verilməlidir. Eyni zamanda  kredit üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına alınmış yaşayış sahəsinin alınmasına verilməlidir. Kredit yaşayış sahəsinin 1 kvadratmetri üçün hesablanan qiyməti ipoteka kreditinin verilmə tarixinə Bakı şəhəri, habelə onun qəsəbə və kəndləri üzrə zonalarda, ölkənin digər şəhər və rayon ərazilərində orta bazar qiymətindən artıq olmayan və təmirli yaşayış sahələrinin alınmasına verilməlidir. Kreditin, o cümlədən güzəştli ipoteka kreditinin maksimal məbləği ölkədaxili sosial-iqtisadi vəziyyətin təhlili əsasında Cəmiyyətin Müşahidə Şurası tərəfindən müəyyən edilir. Maksimal məbləğ Nazirlər Kabinetinin müəyyən etdiyi Bakı şəhəri üzrə 7-ci zonada yerləşən, sahəsi 100 kvadratmetr olan təmirli yaşayış sahəsinin 1 kvadratmetrinin orta bazar qiyməti ilə hesablanmış dəyərindən artıq olmamalıdır. Kredit, o cümlədən güzəştli ipoteka krediti üzrə illik faiz dərəcələri Cəmiyyətin Müşahidə Şurası tərəfindən müəyyən olunacaq.  Güzəştli ipoteka krediti kreditin verildiyi tarixə ipoteka ilə yüklü edilən yaşayış sahəsinin qiymətinin 85 faizi həcmində verilməlidir (güzəştli ipoteka kreditinin məbləğinin 85 faizdən az olması barədə borcalanın rəsmi müraciət etdiyi hallar istisna olmaqla). Güzəştli ipotekaya aid olmayan kreditin məbləği kreditin verildiyi tarixə ipoteka ilə yüklü edilən yaşayış sahəsinin qiymətinin 85 faizindən çox və 75 faizindən az olmamalıdır (ipoteka kreditinin məbləğinin 75 faizdən az olması barədə borcalanın rəsmi müraciət etdiyi hallar istisna olmaqla). O cümlədən poteka krediti üzrə ödəniləcək aylıq məbləğ borcalanın (borcalanların) aylıq məcmu gəlirinin 70 faizindən, kreditin son ödəniş tarixinə borcalanın yaşı qanunla müəyyən olunmuş pensiya yaşı həddindən çox olmamalıdır. Kredit yaşayış sahəsinin ipotekası ilə təmin olunmalıdır;  Kredit üzrə əsas borc və hesablanmış faizlər hər ay bərabər hissələrlə (annuitet ödənişlər) ödənilməlidir. Borcalan ölüm və əmək qabiliyyətinin itirilməsi hallarından, ipoteka ilə yüklü edilmiş yaşayış sahəsi isə bazar qiyməti əsas götürülərək, ipoteka ilə təmin edilən kreditin həcmindən az olmamaq şərtilə, sığortalanmalıdır.
Güzəştli ipoteka kreditindən istifadə etmək hüququna malik gənc ailənin üzvü olan şəxslərin əhatə dairəsi də müəyyənləşdirilib. Bura şəhid ailəsinin üzvü (əri/arvadı, övladları), Milli Qəhrəman (özü, əri/arvadı, övladları), məcburi köçkün və ya ona bərabər tutulan şəxs, ən azı 3 il dövlət qulluğunda qulluq edən, o cümlədən dövlət qulluğunun xüsusi növündə xidmət keçən şəxs, ən azı 5 il dövlət ümumtəhsil məktəbində müəllim işləyən şəxs, fəlsəfə doktoru elmi dərəcəsi olan şəxs, idman sahəsində xüsusi xidmətləri olan şəxs (fəxri bədən tərbiyəsi və idman xadimi, ölkə miqyaslı yarışların qalibi (I yer), beynəlxalq miqyaslı yarışların mükafatçısı (I, II və ya III yer),  elmlər doktoru elmi dərəcəsi olan şəxs, ən azı 15 il dövlət qulluğunda qulluq edən şəxs, ən azı 3 il hərbi xidmətdə olan (müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçulardan başqa), həmçinin ehtiyata və istefaya buraxılmış Azərbaycan Respublikasının hərbi qulluqçuları (“Hərbi vəzifə və hərbi xidmət haqqında” qanununda nəzərdə tutulan hallarda ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçular istisna olmaqla) və ən azı 3 il daxili işlər orqanlarında xidmət keçən xüsusi rütbəsi olan şəxs daxildir. Güzəştli ipoteka kreditindən istifadə etmək hüququ olan ailə və ya şəxs bu hüquqdan yalnız bir dəfə istifadə edə bilər. Dövlət büdcəsindən ayrılan vəsait yalnız güzəştli ipoteka kreditinin maliyyələşdirilməsinə yönəldilir. Cəmiyyət müvəkkil banklardan ipoteka kreditini kotirovka dərəcəsi ilə alır. Kotirovka dərəcəsi Cəmiyyətin Müşahidə Şurası tərəfindən kredit, o cümlədən güzəştli ipoteka krediti üzrə müəyyən olunan illik faiz dərəcələrinin 70 faizi səviyyəsində müəyyənləşdirilir. Cəmiyyət hər bir müvəkkil bankdan alınacaq ipoteka kreditinin həcminə limit tətbiq edir. Limitin müəyyənləşdirilməsi qaydasını Cəmiyyətin Müşahidə Şurası təsdiq edir.
“Elektron hökumət” portalında olan “Elektron ipoteka” sistemi fəaliyyətə başlayanadək ipoteka krediti almaq istəyən şəxs Cəmiyyətin rəsmi internet səhifəsi vasitəsilə və ya birbaşa müvəkkil banka gəlməklə ipoteka kreditinin verilməsi üçün müraciət edə bilər.  Cəmiyyətin Müşahidə Şurası tərəfindən kredit, o cümlədən güzəştli ipoteka krediti üzrə illik faiz dərəcələri müəyyən olunana qədər, kredit üzrə illik faiz dərəcəsi 8 faizdən, güzəştli ipoteka krediti üzrə isə 4 faizdən çox olmamalıdır.

Previous Post

Güzəştli ipoteka kreditinin həcmi açıqlanıb

Next Post

Həbsdəki bankirin vəkilindən sensasion açıqlamalar

Bənzər yazılar

Ermənistanda Noyemberyan icmasının rəhbəri saxlanılıb

Ermənistanda Noyemberyan icmasının rəhbəri saxlanılıb

31 Avqust 2026 - 23:00

Noyemberyan icmasının rəhbəri Arsen Ağababyan Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsində araşdırılan iş çərçivəsində saxlanılıb. Elchi.az  xəbər verir ki, bu barədə...

Sahibə Qafarova: Azərbaycan Afrika ölkələri ilə münasibətlərin inkişafına mühüm əhəmiyyət verir

Sahibə Qafarova: Azərbaycan Afrika ölkələri ilə münasibətlərin inkişafına mühüm əhəmiyyət verir

31 Avqust 2026 - 22:59

Azərbaycan Afrika ölkələri ilə münasibətlərin inkişafına mühüm əhəmiyyət verir. Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Elchi.az- a verilən məlumata...

İsveç Fransadan 4,3 milyard avro dəyərində freqatlar alacaq

İsveç Fransadan 4,3 milyard avro dəyərində freqatlar alacaq

31 Avqust 2026 - 22:57

İsveç Fransadan 4,3 milyard avro dəyərində dörd müdafiə və müdaxilə freqatı alacaq. Elchi.az  "Le Monde"yə istinadən xəbər verir ki, müvafiq...

Bakı və Abşeron yarımadasında dolu yağacaq

Bakı və Abşeron yarımadasında dolu yağacaq

31 Avqust 2026 - 21:12

Bakı və Abşeron yarımadasında dolu yağacaq. Elchi.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, avqustun...

Next Post

Həbsdəki bankirin vəkilindən sensasion açıqlamalar

Həbsdəki bankirin vəkilindən sensasion açıqlamalar

Son xəbərlər

Böyük Kanyonda baş verən daşqında iki nəfər ölüb, 14 nəfər itkin düşüb

Böyük Kanyonda baş verən daşqında iki nəfər ölüb, 14 nəfər itkin düşüb

31 Avqust 2026 - 23:02
Ermənistanda Noyemberyan icmasının rəhbəri saxlanılıb

Ermənistanda Noyemberyan icmasının rəhbəri saxlanılıb

31 Avqust 2026 - 23:00
Sahibə Qafarova: Azərbaycan Afrika ölkələri ilə münasibətlərin inkişafına mühüm əhəmiyyət verir

Sahibə Qafarova: Azərbaycan Afrika ölkələri ilə münasibətlərin inkişafına mühüm əhəmiyyət verir

31 Avqust 2026 - 22:59
İsveç Fransadan 4,3 milyard avro dəyərində freqatlar alacaq

İsveç Fransadan 4,3 milyard avro dəyərində freqatlar alacaq

31 Avqust 2026 - 22:57
Bakı və Abşeron yarımadasında dolu yağacaq

Bakı və Abşeron yarımadasında dolu yağacaq

31 Avqust 2026 - 21:12
FHN qeyri-sabit hava şəraiti ilə bağlı əhaliyə xəbərdarlıq edib

FHN qeyri-sabit hava şəraiti ilə bağlı əhaliyə xəbərdarlıq edib

31 Avqust 2026 - 20:36
İlham Əliyev və Mehriban Əliyeva Bişkekdə 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimində iştirak ediblər

İlham Əliyev və Mehriban Əliyeva Bişkekdə 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimində iştirak ediblər

31 Avqust 2026 - 20:32
MEDİA Britaniya qəzetlərində Azərbaycanla bağlı yazılara münasibət bildirib

MEDİA Britaniya qəzetlərində Azərbaycanla bağlı yazılara münasibət bildirib

31 Avqust 2026 - 20:26
Pentaqon raket istehsalını artırmaq üçün müqavilələr bağlayıb

Pentaqon raket istehsalını artırmaq üçün müqavilələr bağlayıb

31 Avqust 2026 - 20:21
İlham Əliyev Məsud Pezeşkianı “İstisu”ya qonaq edib

İlham Əliyev Məsud Pezeşkianı “İstisu”ya qonaq edib

31 Avqust 2026 - 20:15
Magistraturaya boş qalan plan yerlərinin nəticələri elan olunub

Magistraturaya boş qalan plan yerlərinin nəticələri elan olunub

31 Avqust 2026 - 20:11
Azərbaycan və Çin arasında məhkəmə-hüquq sahəsində əməkdaşlıq müzakirə olunub

Azərbaycan və Çin arasında məhkəmə-hüquq sahəsində əməkdaşlıq müzakirə olunub

31 Avqust 2026 - 20:08
Messi milli komandadakı karyerasını başa vurub

Messi milli komandadakı karyerasını başa vurub

31 Avqust 2026 - 19:29
Hikmət Hacıyev: Bakı Avropa İttifaqını Zəngəzur dəhlizinin iştirakçısı kimi görmək istəyir

Azərbaycan heyəti Dünya Köçəri Oyunlarında keçid edib – VİDEO

31 Avqust 2026 - 19:10
Prezident: Azərbaycan İranla bağlı yaranmış vəziyyətin sülh və danışıqlar yolu ilə həllinin tərəfdarıdır

Prezident: Azərbaycan İranla bağlı yaranmış vəziyyətin sülh və danışıqlar yolu ilə həllinin tərəfdarıdır

31 Avqust 2026 - 18:59
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.