“Gürcüstanın Avropa İttifaqına (Aİ) üzvlüyə namizəd ölkə statusu alması dövlətin eks-prezidenti Mixail Saakaşvilinin gələcək taleyi ilə bağlı qərardan asılı olacaq”.
Elchi.az Vesti.ru-ya istinadən xəbər verir ki, bu fikirləri Polşanın xarici işlər naziri Zbiqnev Rau bildirib.
Bundan əlavə, Avropa Parlamentinin üzvü Yohannes Han bildirib ki, Avropa İttifaqı Saakaşvilinin səhhətini diqqətlə izləyir və gözlənilməz vəziyyətlərin qarşısını almaq üçün səy göstərəcək.
Bundan əvvəl digər deputat Jacek Sariusz-Wolski Aİ-yə üzvlük ərizəsinin mümkün təsdiqlənməsinin Gürcüstanın eks-prezidentinin azadlığa buraxılması ilə bağlı ola biləcəyini təklif edib. O, bildirib ki, Avropa Parlamenti Qafqaz dövlətinin keçmiş rəhbəri həbsdə olduğu müddətdə onun Aİ-yə üzvlüyünə səs verməyəcək.
Yeganə