Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 3 590 yoluxma halı qeydə alınıb, 67 nəfər ölüb.
Bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin məlumatında bildirilib.
Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 942 173, ölənlərin sayı isə 14 009 nəfərə çatıb.
Virusa yoluxanlardan 904 903 nəfərin sağaldığı bildirilib.